Livan parlamentinin sədri Nəbih Bərri İsrailin Ənsar və Deyr əz-Zəhraniyə endirdiyi ölümcül zərbələri “qətliam” adlandırıb. Bərri hücumların Livanın cənubunda davam edən və məhvetmə məqsədi daşıdığını bildirdiyi müharibənin tərkib hissəsi olduğunu deyib. O, İsraili atəşkəs razılaşmalarına əməl etməməkdə ittiham edib. Livan parlamentinin sədri İsrailin beynəlxalq hüquq normalarına da məhəl qoymadığını bildirib. Berri həmçinin İsrailin müharibəyə son qoymaq məqsədilə aparılan diplomatik səylərə əhəmiyyət vermədiyini vurğulayıb. Onun sözlərinə görə, davam edən hücumlar Livanın cənubunda vəziyyəti daha da ağırlaşdırır. İsrailin hərbi əməliyyatları bölgədə sabitliyin bərqərar olmasına mane olur. Hücumlar fonunda Livan və İsrail arasında razılaşmaların gələcəyi ilə bağlı narahatlıqlar artır.
Baş xəbər
Cənubi Afrika Daxili İşlər Nazirliyi Malavi, Nigeriya və Efiopiyadan miqrantların ölkədən çıxarılması üçün çəkilən xərclərin bir hissəsinin ödənilməsini tələb edib. Nazirliyin məlumatına görə, bu il deportasiya və geri qaytarma əməliyyatlarına 292 milyon rand (təxminən 18 milyon dollar) xərclənib. Xərclərin əsas hissəsi miqrantların daşınması, müvəqqəti mərkəzlərin yaradılması və əməkdaşların əlavə iş saatlarına yönəlib.
Mərakeş və İspaniya Seuta sərhədində mümkün yeni kütləvi miqrant keçidinin qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndirib. İspaniya hökuməti iyulun sonunda Seutaya 70 mindən çox miqrantın axını ilə bağlı əvvəlcədən edilən xəbərdarlıqlara lazımi reaksiya verməməkdə ittiham olunur. Həmin hadisələr zamanı azı 94 nəfərin öldüyü bildirilib.
2026-cı il fevralın 28-də Cənubi Darfur əyalətinin mərkəzi Nyala şəhərində qadın hüquqları ilə bağlı təlim seminarına basqın edilib, 5 qadın jurnalist həbs olunaraq naməlum təcridxanalara aparılıb və onların sonrakı taleyi gizli saxlanılıb. Həbsdən 5 aydan çox vaxt keçməsinə baxmayaraq, nəzarətdə olan ərazilərdə media nümayəndələrini susdurmağa yönəlmiş addımlar fonunda onların vəziyyəti ağır olaraq qalır.
İraqın Baş naziri Əli əl-Zeydi ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqdakı hərbi missiyasının başa çatması üçün son tarixin 30 sentyabr olduğunu bir daha təsdiqləyib. Bu addım Bağdadın suverenlik gündəliyinin ən çətin mərhələsi ilə - İranla əlaqəli güclü silahlı qruplaşmaların nəzarətində olan silahların dövlət nəzarətinə qaytarılması məsələsi ilə üz-üzə qalmasına səbəb olub.
Suriyanın şimal-şərqində Fərat çayında su səviyyəsinin yüksəlməsi ilə əlaqədar təhlükəsizlik və ehtiyat tədbirləri gücləndirilib. Məlumata görə, Türkiyədən Fərata daxil olan suyun həcmi saniyədə 1 200 kubmetrə çatıb. Çayın səviyyəsinin hazırda 70 santimetr yüksəldiyi, növbəti 24 saat ərzində daha 30 santimetr artmasının gözlənildiyi bildirilib.
Suriyada “SOS Uşaq Kəndləri” təşkilatı keçmiş Əsəd rejimi dövründə ailələrindən məcburi şəkildə ayrılan və saxlanılan şəxslərin uşaqları ilə bağlı araşdırmanın nəticələrini açıqlayıb.
İndoneziyanın şərqində, Flores adası yaxınlığında baş verən 7,7 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb. KİV-in məlumatına görə, xilasetmə və axtarış işləri davam etdirilir. Zəlzələ nəticəsində çoxsaylı binalara və yollara ziyan dəyib, bəzi ərazilərdə torpaq sürüşmələri baş verib.
Sudan Suveren Şurasının sədri və ordu komandanı Əbdülfəttah əl-Burhan ölkədə milli dialoq prosesinə qatılan şəxslərə müvəqqəti hüquqi, siyasi və təhlükəsizlik təminatlarının veriləcəyini açıqlayıb. Burhan bildirib ki, müstəqil milli mexanizm tərəfindən idarə olunacaq dialoqda iştirak edən şəxslər barəsində mövcud cinayət təqibləri müvəqqəti dayandırılacaq. O, bu tədbirin amnistiya olmadığını və şikayətçilərin hüquqlarının qüvvədə qalacağını vurğulayıb.
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 min ton taxta göndərilib. Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
Səudiyyə Ərəbistanında aparılan arxeoloji araşdırmalar ölkənin minilliklər boyu insan məskunlaşmasının və sivilizasiyaların mühüm mərkəzlərindən biri olduğunu göstərən yeni sübutlar ortaya çıxarıb. Ölkənin müxtəlif bölgələrində aparılan qazıntılar zamanı daş dövrünə aid alətlər, qədim yaşayış məskənləri, qayaüstü rəsmlər, yazılar, məzarlar və qədim su sistemləri aşkarlanıb. Tədqiqatlar Ərəbistan yarımadasının yalnız qədim ticarət yollarının keçdiyi ərazi deyil, həm də uzunmüddətli məskunlaşma və mədəni mübadilə məkanı olduğunu göstərir.
İş yerində tükənmişliyin əlamətlərini görmək adətən asandır: davamlı yorğunluq, motivasiyanın itməsi və təzyiq hissi insanın işdən tükəndiyini göstərə bilər. Lakin işçi bütün vəzifələrini yerinə yetirməyə davam edir, amma bacarıqlarından tam istifadə olunmadığını və inkişaf etmədiyini düşünürsə, bu, «peşə paslanması» adlandırılan vəziyyətə işarə edə bilər.