Baş xəbər

Dünyanın müxtəlif bölgələrində güclü zəlzələlərin qısa zaman ərzində ard-arda baş verməsi Yer kürəsində seysmik aktivliyin artdığı ilə bağlı narahatlıqları gücləndirib. Lakin uzunmüddətli statistik məlumatlar qlobal miqyasda böyük zəlzələlərin sayında nəzərəçarpacaq artım olmadığını göstərir. 2026-cı ilin iyun-avqust aylarında Venesuela, Filippin, Yaponiya, Misir və Kolumbiyada baş verən zəlzələlər bu təəssüratı daha da gücləndirib. İyunun 24-də Venesuelada 39 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki zəlzələ qeydə alınıb. İyunun 8-də Filippinin cənubunda 7,8 bal, iyulun 28-də Yaponiyanın Kyuşu adasında 7,1 bal, avqustun 10-da isə Kolumbiyada 7,4 bal gücündə zəlzələ baş verib.

Qədim Misir ordusu xüsusilə Yeni Krallıq dövründə (e.ə. 1550–1070-ci illər) qədim dünyanın ən güclü hərbi qüvvələrindən birinə çevrilmişdi. Misirlilər bu gücə böyük ölçüdə xarici xalqlardan mənimsədikləri və təkmilləşdirdikləri silah texnologiyaları hesabına nail olmuşdular. Hiksosların Misiri işğalından sonra misirlilər yeni hərbi texnologiyaları öyrənərək döyüş imkanlarını genişləndirdilər. Nəticədə nizələrdən döyüş baltalarına, mürəkkəb yaylardan döyüş arabalarına qədər müxtəlif silahlar Misir ordusunun əsas arsenalına çevrildi.

Şimali Amerikanın ən yüksək zirvəsi olan Alyaskadakı dağın adı uzun illər ərzində siyasi və tarixi mübahisələrin mövzusuna çevrilib. Yerli xalqların əsrlərdir “Denali” adlandırdığı zirvə 1896-cı ildə “MakKinli” adlandırılıb. Qızıl axtarışları zamanı Alyaskaya gələn kəşfiyyatçı Uilyam Diki 1896-cı ildə dağa ABŞ prezidentliyinə namizəd Uilyam MakKinlinin adını verib. Bu ad 1917-ci ildə rəsmi status qazanıb.

İraq Ali Məhkəmə Şurası korrupsiya işi çərçivəsində 20 milyon dollardan çox vəsaitin və 60 kiloqram qızılın ələ keçirildiyini açıqlayıb. Məlumata görə, araşdırma İraqın keçmiş neft nazirinin emal məsələləri üzrə müavini Adnan əl-Cümeyli və onunla əlaqəli şəxslərlə bağlı aparılır.

1922-ci il noyabrın 4-də britaniyalı arxeoloq Hovard Karter və misirli mütəxəssislər Misirin Krallar vadisində 3 min ildən artıq müddət qum altında qalmış Tutanxamonun məqbərəsini aşkar ediblər. Məqbərədən 5 mindən çox qiymətli artefaktın tapılması arxeologiya tarixinin ən mühüm kəşflərindən biri hesab olunur. Məqbərənin ən diqqətçəkən xüsusiyyətlərindən biri onun digər fironların məqbərələri kimi tamamilə talan edilməməsi idi. Buna görə burada hökmdarın gündəlik həyatından dəfn mərasiminə qədər müxtəlif sahələri əks etdirən çoxsaylı əşyalar qorunub.

Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına əsasən, Qətərin Ümumi Daxili Məhsulunun (ÜDM) 2026-cı ildə təxminən 217.4 milyard dollar olacağı, adambaşına düşən ÜDM-in isə təxminən 68 138 dollar təşkil edəcəyi proqnozlaşdırılır. Lakin BVF ölkənin enerji infrastrukturunda baş verən ciddi kəsintilərə görə Qətərin real ÜDM-inin 2026-cı ildə 8.6 faiz kiçiləcəyini gözləyir.

ABŞ ilə İran arasında əldə olunmuş atəşkəs memorandumunun müddətinin sabah (bazar ertəsi) başa çatması yaxınlaşdıqca, atəşkəsin uzadılması istiqamətində hər hansı irəliləyişin əldə olunacağına dair heç bir əlamət görünmür.

Tarix boyu mühəndislər insanların səyahət, ünsiyyət və yaşayış formasını dəyişdirən nəhəng layihələr həyata keçiriblər. Panama kanalından Nyu-York metrosuna qədər bu tikililər mühəndislik imkanlarının sərhədlərini genişləndirib. Dünyanın mühəndislik möcüzələri sırasında 1914-cü ildə istifadəyə verilən və Atlantik okeanını Sakit okeanla birləşdirən Panama kanalı xüsusi yer tutur. Kanal qlobal ticarət marşrutlarını əhəmiyyətli dərəcədə qısaldıb.

XV-XVII əsrlər arasında Avropanın dənizçiləri yeni ərazilərə səyahətlər və müstəmləkəçilik yürüşləri zamanı daha sürətli gəmilərdən və təkmil naviqasiya alətlərindən istifadə edirdilər. Portuqaliya və İspaniya bu dövrün əsas dəniz dövlətləri olsa da, sonrakı mərhələdə Britaniya, Fransa və Niderland da ön plana çıxdı.

Avqustun 16-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Müdafiə Nazirliyindən bildirilib ki, hərbi orkestrlərin müşayiəti ilə Döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.