TÜRKPA baş katibi Ramil Həsən Qazaxıstanda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirak edib, dövlət başçıları və Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri ilə görüşlər keçirib.
#Ramil Həsən
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Ermənistanda Türkiyə bayrağının yandırılması faktını qəti şəkildə pisləyib. Bununla bağlı bəyanat TÜRKPA-nın rəsmi internet səhifəsində yerləşdirilib. Bəyanatda bildirilib ki, bu kimi addımlar qarşılıqlı hörmət prinsiplərinə zərbə vurur və regionda gərginliyin daha da artmasına səbəb ola bilər.
Bu ilin payızında Türk Dövlətləri Parlament Assambleyasının növbəti plenar iclası Qırğızıstanda keçiriləcək. Mamatəliyev qeyd edib ki, parlament diplomatiyası vasitəsilə qardaş xalqlar arasında münasibətlərin möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır.
TÜRKPA Baş katibi səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana rəsmi səfər çərçivəsində Prezident Mərkəzini ziyarət edib.
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi səfir Ramil Həsən Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev ilə görüşüb.
Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) mənzil-qərargahını ziyarət edib və Baş katib səfir Ramil Həsənlə görüşüb. Nümayəndə heyətini salamlayan Baş katib Ramil Həsən Bakıda yenidən görüşmək fürsətindən məmnunluğunu bildirib. Bundan əvvəlki görüşün Türkiyədə baş tutduğunu xatırladan Baş katib, konstruktiv dialoqun davam etdirilməsinin institusional əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verən müsbət addım olduğunu vurğulayıb