#TÜRKPA

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Ermənistanda Türkiyə bayrağının yandırılması faktını qəti şəkildə pisləyib. Bununla bağlı bəyanat TÜRKPA-nın rəsmi internet səhifəsində yerləşdirilib. Bəyanatda bildirilib ki, bu kimi addımlar qarşılıqlı hörmət prinsiplərinə zərbə vurur və regionda gərginliyin daha da artmasına səbəb ola bilər.

15 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qərargahında Fondun əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, gənc şair Fərid Hüseynin yaradıcılığına həsr olunmuş ədəbi-bədii konsert və onun dahi Nizami Gəncəvi yaradıcılığı haqqında qələmə aldığı “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, həmçinin dövlət xadimləri, elm adamları və ədəbiyyat dünyasının nümayəndələri və media təmsilçiləri iştirak ediblər.