Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Sahibə Qafarova "Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi" mövzusunda çıxış edib

    9 İyul 2026 18:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sahibə Qafarova "Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi" mövzusunda çıxış edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Milli Məclisin sədri Sahibə Qafarova iyulun 9-da Parlamentlərarası İttifaqın "Silahlı münaqişələr zamanı ətraf mühitin mühafizəsi" mövzusunda videokonfransında çıxış edib.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

    Bildirilib ki, spiker Sahibə Qafarova çıxışında silahlı münaqişələr zamanı ətraf mühitin qorunmasının təkcə ekoloji olmadığını, bunun humanitar, hüquqi və təhlükəsizlik baxımından zəruri bir məsələ olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, silahlı münaqişələr təkcə insan faciələrinə deyil, həm də ekosistemlərə, biomüxtəlifliyə, su ehtiyatlarına və kənd təsərrüfatı ərazilərinə uzunmüddətli ziyan vurur. Bu isə dayanıqlı inkişafı zəiflədir və gələcək nəsillərə mənfi təsir göstərir.

    Beynəlxalq humanitar hüququn silahlı münaqişələr zamanı ətraf mühitin qorunması üçün mühüm hüquqi çərçivə yaratdığını vurğulayan Milli Məclisin sədri qeyd edib ki, onun effektivliyi milli səviyyədə tətbiqindən asılıdır. O, bu baxımdan parlamentlərin rolunu qeyd edib. Bildirilib ki, qanunvericilik orqanları beynəlxalq humanitar hüququn prinsiplərinin milli qanunvericilikdə əks etdirilməsini təmin etmək, onların icrasına nəzarəti gücləndirmək, ətraf mühitə vurulan zərərə görə hüquqi məsuliyyət mexanizmlərinin təkmilləşdirilməsinə töhfə vermək və beynəlxalq əməkdaşlıq vasitəsilə münaqişədən sonrakı ekoloji bərpa prosesini dəstəkləməklə mühüm rol oynayır.

    Parlamentin spikeri çıxışında Azərbaycanın təcrübəsində silahlı münaqişələrin ətraf mühit üçün yaratdığı dağıdıcı nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, otuz il davam etmiş işğal dövründə işğaldan zərər çəkmiş ərazilərə genişmiqyaslı ekoloji ziyan vurulmuş, meşələr qırılmış, torpaqlar deqradasiyaya uğramış, su ehtiyatları çirkləndirilmiş, biomüxtəliflik məhv edilmiş və təbii sərvətlər qanunsuz istismar olunmuşdur. Bundan əlavə, Sahibə Qafarova deyib ki, ərazilərdə basdırılmış bir milyondan artıq mina həm insanlar, həm də təbiət üçün ciddi təhlükə yaratmaqda davam edir, ekoloji bərpa prosesini və məcburi köçkünlərin təhlükəsiz qayıdışını ləngidir.

    Milli Məclisin sədri qeyd edib ki, bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı humanitar minatəmizləmə, ekosistemlərin bərpası, meşələrin salınması və yaşıl enerji layihələrini həyata keçirir. Azərbaycan parlamenti ölkənin müvafiq beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə uyğun olaraq, yeni qanunlar qəbul etmək və mövcud qanunlara düzəlişlər etməklə milli hüquqi çərçivəni gücləndirməyə davam edir. Bundan əlavə, 2024-cü ildə Milli Məclis Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik etmiş, Məcəlləyə "Ekosid" adlı maddə əlavə edib və ekosidi sülh və bəşəriyyət əleyhinə cinayət kimi təsbit edib. Həmçinin “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” qanunlar qəbul olunub.

    Spiker Sahibə Qafarova həmçinin 2024-cü ilin noyabr ayında Bakıda Parlamentlərarası İttifaq və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən COP29 çərçivəsində birgə təşkil edilmiş Parlament Görüşündə qəbul olunan Yekun Sənədi xüsusi vurğulayaraq, qeyd edib ki, həmin sənəd parlamentləri münaqişələrin ətraf mühitə təsirlərinin qarşısını almağa, minaların və partlamamış hərbi sursatların vurduğu ekoloji zərər barədə məlumatlılığı artırmağa və ekosidlə mübarizə sahəsində qanunvericilik təşəbbüslərini gücləndirməyə çağırır. Onun sözlərinə görə, bu tövsiyələr COP29-a ev sahibliyi etmiş ölkə kimi Azərbaycanın uzunmüddətli mövqeyini tam şəkildə əks etdirir: ətraf mühitin qorunması münaqişələrin qarşısının alınmasının, münaqişədən sonrakı bərpa prosesinin və dayanıqlı sülhün təmin edilməsinin ayrılmaz tərkib hissəsi olmalıdır.

    Çıxışının sonunda spiker Sahibə Qafarova bir daha beynəlxalq humanitar hüququn həyata keçirilməsini daha da gücləndirmək və gələcək nəsillər üçün daha təhlükəsiz və dayanıqlı bir gələcəyi təmin etmək məqsədilə birgə səyləri davam etdirməyə çağırıb.

    #Milli Məclis #Sahibə Qafarova #Parlamentlərarası İttifaq #silahlı münaqişə #ekoloji təhlükəsizlik #ətraf mühit
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

    28 Avqust 2026 16:19

    Afrika iqlimi terrorizmə münbit şərait yaradır?

    5 Avqust 2026 06:00

    Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.

    31 İyul 2026 20:23

    Ağ Ev ətraf mühit sahəsində əsas vəzifəyə yeni namizəd hazırlayır

    29 İyul 2026 22:30

    Sahibə Qafarova Efiopiya Baş naziri ilə görüşüb

    29 İyul 2026 18:39

    Sahibə Qafarova Efiopiya Federasiya Palatasının sədri ilə görüşüb

    29 İyul 2026 15:40

    Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsinə etiraz edib

    24 İyul 2026 17:07

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    16 İyul 2026 17:37

    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb

    15 İyul 2026 18:50

    Sahibə Qafarova ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş keçirilib

    13 İyul 2026 22:06

    Sahibə Qafarova Bob Bləkmənlə parlamentlərarası əməkdaşlığı müzakirə edib

    13 İyul 2026 19:42

    Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

    13 İyul 2026 18:19
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.