#silahlı münaqişə

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın videokonfransında silahlı münaqişələr zamanı ətraf mühitin qorunmasının vacibliyindən danışıb. O bildirib ki, münaqişələr yalnız insanlara deyil, təbiətə də uzunmüddətli zərər vurur. Sahibə Qafarova beynəlxalq humanitar hüququn bu sahədə mühüm rol oynadığını və parlamentlərin qanunvericilik vasitəsilə prosesə töhfə verdiyini qeyd edib. Çıxışda Azərbaycanın işğal dövründə üzləşdiyi ekoloji fəsadlara xüsusi diqqət ayrılıb. Spiker minaların insan və təbiət üçün yaratdığı təhlükəni vurğulayıb. O, Azərbaycanın azad edilmiş ərazilərdə ekoloji bərpa və minatəmizləmə layihələri həyata keçirdiyini bildirib. Sahibə Qafarova ətraf mühitin qorunmasının dayanıqlı sülhün əsas şərtlərindən biri olduğunu qeyd edib.

Mozambik prezidenti Daniel Şapu ölkənin şimalında yerləşən Kabo Delgado bölgəsində fəaliyyət göstərən silahlı qrupları meşələrdən çıxaraq dialoqa qoşulmağa çağırıb. Prezident bu çağırışı bölgəyə etdiyi işgüzar səfər zamanı səsləndirib və ölkədə davam edən münaqişənin yalnız sülh yolu ilə həll oluna biləcəyini vurğulayıb.

Almaniya Xarici İşlər Nazirliyi Bəhreyn və Küveytə səfərlərə qarşı xəbərdarlıq edib. Nazirlik hazırkı regional gərginliyi “çox qeyri-sabit” qiymətləndirir və hər iki ölkəyə səfərdən çəkilməyi tövsiyə edir. İranın raket və pilotsuz uçuş aparatları ilə hədəfləmə riski, hava nəqliyyatına məhdudiyyətlər və silahlı qarşıdurmaların yenidən alovlanma ehtimalı Almaniyanın səyahət məsləhətinin əsas səbəbləri kimi göstərilib.