Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • Körfəz Əməkdaşlıq Şurası
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb

    15 İyul 2026 18:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Milli Məclisin sədri Sahibə Qafarova iyulun 15-də ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

    Bildirilib ki, əvvəlcə ali qonaq Milli Məclisin plenar iclas zalı ilə tanış olub.

    Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar.

    Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Xatirə kitabını imzalayıb.

    Görüşdə ölkələrimizi birləşdirən dostluq münasibətlərindən və qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs edən Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, son illərdə Azərbaycan ilə Slovakiya arasında münasibətlər dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. O bildirib ki, 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişafı üçün möhkəm əsas yaradıb. Spiker fəal siyasi dialoqun, ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin bu prosesdə mühüm rol oynadığını vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin dekabr ayında Slovakiyaya həyata keçirdiyi ilk rəsmi səfərin, eləcə də Prezident Peter Pelleqrinin ölkəmizə cari rəsmi səfərinin Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında yeni mərhələ açdığını qeyd edib.

    Milli Məclisin sədri Sahibə Qafarova Prezident Peter Pelleqrini ilə əvvəlki illərdə keçirilmiş görüşlərini məmnunluqla xatırlayıb. O, Slovakiya Milli Şurasının sədri, daha sonra isə Slovakiyanın Baş naziri kimi Azərbaycana səfər etmiş Peter Pelleqrinin bu dəfə Slovakiya Respublikasının Prezidenti qismində ölkəmizə rəsmi səfərinin, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi danışıqların ikitərəfli münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Spiker bu səfərin Azərbaycan–Slovakiya əlaqələrinin daha da möhkəmlənməsinə və əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

    Söhbətdə humanitar sahədə, xüsusilə təhsil və mədəniyyət istiqamətlərində əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu sahələr xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır. Cari ilin oktyabr ayından etibarən Bakı ilə Bratislava arasında birbaşa aviareyslərin açılmasının xalqlar arasında əlaqələrin inkişafına və yeni əməkdaşlıq imkanlarının yaranmasına əhəmiyyətli töhfə verəcəyi vurğulanıb.

    Söhbət zamanı parlamentlərarası əməkdaşlığın Azərbaycan–Slovakiya münasibətlərinin mühüm istiqamətlərindən biri olduğu vurğulanıb. Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, qanunverici orqanlar arasında qarşılıqlı səfərlər və müntəzəm təmaslar ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verir. Beş il əvvəl Slovakiyaya həyata keçirdiyi rəsmi səfəri məmnunluqla xatırlayan spiker, bu ilin may ayında Slovakiya Milli Şurasının sədri Rixard Raşinin Azərbaycana rəsmi səfəri zamanı parlamentlər arasında Anlaşma Memorandumunun imzalanmasını yüksək qiymətləndirib. O bildirib ki, bu sənəd parlamentlərarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət edir.

    Görüşdə parlamentlərarası dostluq qrupları arasında da əlaqələrin əhəmiyyəti vurğulanaraq, parlamentlərin profil komitələri arasında əməkdaşlığın genişləndirilməsi və beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

    Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə söz açan Milli Məclisin sədri Sahibə Qafarova, həmçinin Slovakiyanın Qarabağın bərpası prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən həyata keçirilən "ağıllı kənd" layihəsinin ölkələrimiz arasında uğurlu praktiki əməkdaşlığın bariz nümunəsi olduğunu bildirib. Qeyd olunub ki, ötən gün iki ölkə Prezidentinin iştirakı ilə Ağdam şəhərində təməli qoyulan tam orta məktəb Azərbaycan ilə Slovakiya arasında dostluğun daha bir rəmzinə çevriləcək.

    Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu ifadə edib. Ali qonaq qeyd edib ki, 2018-ci ildə Slovakiyanın Baş naziri kimi Azərbaycana həyata keçirdiyi səfərdən sonra onun rəhbərlik etdiyi hökumət ölkəsinin Azərbaycanda səfirlik açması barədə qərar qəbul edib. O bildirib ki, bu addım Slovakiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına verilən önəmin ifadəsi olub. Prezident Peter Pelleqrini bu gün ölkələrimiz arasında dostluq münasibətlərinin və siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. Qeyd olunub ki, bu baxımdan son iki il ərzində Slovakiyanın üç ali dövlət rəsmisinin Azərbaycana həyata keçirdikləri səfərlər bunun bariz nümunəsidir.

    Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirdiyi rəsmi səfərin Şuşa şəhərindən başlanmasının xüsusi rəmzi məna daşıdığını qeyd edən Prezident Peter Pelleqrini bildirib ki, Avropa İttifaqına üzv ölkənin Prezidenti qismində Şuşaya rəsmi səfər edən ilk dövlət başçısı olmaq onun üçün xüsusi qürur mənbəyidir. O, Şuşada keçirilmiş görüş və müzakirələrin, eləcə də əldə olunmuş razılaşmaların ölkələrimiz arasında münasibətlərin gələcək inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

    Ali qonaq Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərindən müsbət təəssüratlarını bölüşərək, Slovakiya şirkətlərinin bu prosesə töhfəsini və həyata keçirdikləri layihələri ölkələrimiz arasında uğurlu əməkdaşlığın bariz nümunəsi kimi dəyərləndirib. Ağdamda tikiləcək tam orta məktəbə Slovakiyanın görkəmli şəxsiyyətinin adının verilməsini qürurverici hadisə adlandıran Prezident Peter Pelleqrini bunun Slovakiya ilə Azərbaycan arasında dostluğun və qarşılıqlı hörmətin daha bir təzahürü olduğunu bildirib.

    Söhbət zamanı Milli Məclisin sədri ilə müxtəlif zamanlarda keçirdiyi görüşləri məmnunluqla xatırlayan ali qonaq, parlamentlərarası əməkdaşlığın əhəmiyyətinə toxunaraq, parlamentlərin aidiyyəti komitələri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Sonda o, Milli Məclisin sədrini yenidən Slovakiyaya rəsmi səfərə dəvət edib.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb
    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb
    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb
    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb
    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb
    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb
    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb
    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb
    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb
    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb
    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb
    #Azərbaycan #Milli Məclis #Sahibə Qafarova #Slovakiya #strateji tərəfdaşlıq #Peter Pelleqrini
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Altı ay ərzində Azərbaycandan Xorvatiyaya ixrac olunan neftin həcmi açıqlandı

    11 Avqust 2026 16:15

    Azərbaycan və BƏƏ əməkdaşlıq imkanlarını müzakirə edib

    11 Avqust 2026 14:55

    Prezident İlham Əliyev və Baş nazir Paşinyan birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər

    10 Avqust 2026 22:31

    2026-cı ilin 7 ayında sahibkarlara 1191 lisenziya verilib

    10 Avqust 2026 17:59

    Azərbaycan Ekvadoru Milli Günü münasibətilə təbrik edib

    10 Avqust 2026 16:14

    Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri KOBİA rəhbəri ilə görüşüb

    10 Avqust 2026 16:11

    Hikmət Hacıyev Vaşinqton sammitinin ildönümü ilə bağlı paylaşım edib

    8 Avqust 2026 16:51

    Sülh prosesində ötən ilin ən mühüm hadisəsi Ağ Evdəki görüş oldu - Metyu Brayza

    8 Avqust 2026 13:56

    ABŞ Vaşinqton sammitindən bir il sonra Azərbaycan və Ermənistan münasibətlərindəki irəliləyişi qiymətləndirib

    8 Avqust 2026 12:59

    Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan

    8 Avqust 2026 10:35

    Vaşinqton sammitinin ildönümündə TRIPP-in praktiki icrasına keçməyin vaxtı çatıb - Sekuta

    8 Avqust 2026 10:34

    Vaşinqtondan başlanan yeni mərhələ: Prezident İlham Əliyevin sülh siyasəti və Cənubi Qafqazın dəyişən geosiyasi mənzərəsi

    8 Avqust 2026 10:30
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olublar

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Naxçıvan” Mehmanxana Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər

    Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimində iştirak edib

    İsrail və Livan arasında yeni danışıqlar sentyabrda Romada keçiriləcək - ABŞ

    London Tel-Əvivə Qərb sahilində vəziyyətlə bağlı çağırış edib

    İranın Hörmüz boğazındakı təsir imkanları zəifləyir

    İran xarici işlər naziri Pakistanın daxili işlər naziri ilə görüşüb

    İsrail Qəzza sülh planını rədd etməklə prosesi ləngidir - Qətər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.