Sahibə Qafarova Marlen Mamataliyevi vəzifəyə seçilməsi münasibətilə təbrik edib.
#Sahibə Qafarova
Sahibə Qafarova Tənzilə Narbayeva ilə görüşüb
Milli Məclisin Sədri Sahibə Qafarovanın Özbəkistan Respublikasına səfərə gedib.
Azərbaycan Respublikasının Milli Məclisinə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib.
Azərbaycan əleyhinə qəbul edilən sənədlər qərəzli xarakter daşıyır
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.
Sahibə Qafarova Toni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rəcəb Tayyib Ərdoğan Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyasının iclasında iştirak edən parlament sədrləri ilə görüş keçirib. Milli Məclisin sədri Sahibə Qafarova görüşdə iştirak edib.
Aprelin 17-də İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında ikitərəfli görüş keçirilib. Söhbətdə PAİ Assambleyasının parlamentlərarası əməkdaşlıq üçün mühüm platforma kimi rolu vurğulanaraq, bu baxımdan qurumun Baş katibi Martin Çunqonqun Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında dialoqun qurulmasında göstərdiyi səylər yüksək qiymətləndirilib, ona təşəkkür ifadə edilib.
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb. Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib. Azərbaycan parlamentinin spikeri çıxışında bu gün dünyada artan qeyri-müəyyənlik dövründə münaqişələrin davam etdiyini, gərginliyin artdığını, böhranların dərinləşdiyini və bərabərsizliklərin genişlənməkdə davam etdiyini bildirib. Onun sözlərinə görə, bu meyillər sülhün və ədalətin təməllərini sarsıtmaq riski yaradır. O cümlədən, Sahibə Qafarova iqlim dəyişikliyinin artıq real olduğunu və təcili tədbirlər tələb etdiyini vurğulayıb. Bu şəraitdə Assambleyanın mövzusunun həm vaxtında, həm də son dərəcə aktual olduğunu söyləyən Milli Məclisin sədri deyib ki, bu, kollektiv və məsuliyyətli şəkildə hərəkət etməyə çağırır.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Parlamentlərarası İttifaqın (IPU) vitse-prezidenti Sevil Mikayılova İstanbulda keçirilən IPU-nun 152-ci Assambleyası çərçivəsində Qadın Parlamentarilər Bürosu və Forumunun iclasında çıxış edib. S. Mikayılova, xüsusilə, Komitənin fəaliyyəti və vəzifələri, IPU-nun cari Assambleyasında qadınların iştirak dinamikası, eləcə də dünya ölkələrinin milli parlamentlərində gender balansı ilə bağlı vəziyyəti barədə məlumat verib.