Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Milli Məclisin komissiyası Fransanın Azərbaycana qarşı hibrid təhdidləri ilə bağlı bəyanat yayıb

    16 İyun 2026 18:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Milli Məclisin komissiyası Fransanın Azərbaycana qarşı hibrid təhdidləri ilə bağlı bəyanat yayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası (Komissiya) öz səlahiyyətləri çərçivəsində apardığı monitorinqlər və empirik təhlillər nəticəsində müəyyən edib ki, Fransa Respublikasının Azərbaycan Respublikasına qarşı özündə hibrid təhdidlərin geniş spektrli komponentlərini ehtiva edən fəaliyyətləri hələ də davam edir.

    Xüsusilə də 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərdən sonra Fransa tərəfi diplomatik çərçivəni aşaraq, regiondakı beynəlxalq hüquqa zidd maraqlarını təmin etmək məqsədilə müxtəlif vasitələr, platformalar və alətlərlə ölkəmizə qarşı hibrid təhdidlər yaratmağa çalışır.

    Azərbaycan və Ermənistan arasında hazırda müşahidə edilən kövrək sülh prosesinə zərbə vuran iddialar, beynəlxalq təsisatlarda səsləndirilən birtərəfli mövqelər, Fransa mediası və məhkəmə-hüquq sistemində davam edən tendensiyalar onu deməyə əsas verir ki, bu təhdidlər Azərbaycanın daxili işlərinə qarışmağa, xarici siyasət kursuna təsir etməyə, beynəlxalq arenadakı mövqeyini zəiflətməyə və regionda sabitliyi pozmağa hesablanıb.

    Fransa dövlətinin və ona bağlı aktorların hibrid təhdidləri əsasən aşağıdakı istiqamətləri əhatə edir:

    “Lawfare”, yəni hüquqi vasitələrlə təzyiq etmək yolu ilə Fransa parlamentinin hər iki palatasının (Senat və Milli Assambleya) 2020-ci ilin noyabrından başlayaraq dəfələrlə Azərbaycanı hədəf alan, ölkəmizin suverenliyi və ərazi bütövlüyünün əleyhinə olan qətnamələr qəbul etməsi;
    Diplomatik və siyasi təzyiq vasitəsi kimi istifadə edilən bu sənədlərin hüquqi qüvvəsi məhdud olsa da, onlar Fransanın təsir dairəsinin və erməni lobbisinin güclü olduğu digər ölkələrdə Azərbaycana qarşı oxşar yanaşmaların formalaşması məqsədilə qəbul edilir. Parlamentlərin bu cür birtərəfli və qərəzli sənədləri ölkəmiz barədə beynəlxalq arenada mənfi imic formalaşdırmağa, legitim mövqeyimizi zəiflətməyə, regionda sülh və sabitliyə töhfə vermək əvəzinə, süni gərginlik yaratmağa xidmət edir.

    Beynəlxalq təşkilat və təsisatlarda, regional platformalarda Azərbaycan əleyhinə aktiv fəaliyyətin aparılması;
    II Qarabağ müharibəsindən sonra Fransanın bəzi dövlət rəsmiləri, diplomatları, parlamentariləri və ictimai xadimləri BMT və onun qurumları, Avropa İttifaqının (Aİ) institutları (xüsusən Avropa Parlamenti), Avropa Şurası, AŞPA, ATƏT, eləcə də Beynəlxalq Frankofoniya Təşkilatı kimi platformalardan istifadə edərək Azərbaycanın maraqlarına zidd qərar və sənədlərin qəbul edilməsinə cəhdlər göstərib. Bu addımlar ölkəmizin beynəlxalq hüquqa uyğun hərəkətlərinə baxmayaraq, onu təcrid etmək, nüfuzdan salmaq və müəyyən beynəlxalq əməkdaşlıq çərçivələrindən kənarlaşdırmaq məqsədi ilə edilib.

    Fransız mediasında Azərbaycana qarşı mənfi imicin formalaşdırılması;
    Fransa mətbuatında Azərbaycanın genişmiqyaslı şəkildə mənfi imicinin yaradılması artıq davamlı xarakter daşıyır. Təkcə may və iyun ayları ərzində Fransa mediasında 40-a yaxın Azərbaycan əleyhinə məqalənin dərc olunması, onlarla tele-reportajın hazırlanması neqativ təbliğatın intensivliyini göstərir. Fransız mediası Azərbaycana qarşı qərəzli, təhriflərə əsaslan və dezinformasiya xarakteri daşıyan məlumatları yaymaqla hibrid təhdidlərin mühüm cəbhəsinə çevrilib.

    Fransa mediasında radikal müxalifətçilərə birtərəfli qaydada tribuna verilərək Azərbaycanın daxili işlərinə birbaşa qarışılması;
    Fransa mediasında Azərbaycanın daxilində və xaricində siyasi çəkisi olmayan bəzi radikal müxalifət nümayəndələrinin yazılarına və müsahibələrinə geniş yer verilərək ölkəmizdəki real vəziyyətin təhrif olunmasına, Fransa ictimaiyyətini çaşdırmağa yönəlmiş çağırışlar edilməsinə şərait yaradılır. Media azadlığı adı altında radikalların Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyətlərini stimullaşdırmağa hesablanmış bu addımlar daxili sabitliyi pozmaq, habelə sosial narazılıq və ölkədə qütbləşmə yaratmaq məqsədlərinə xidmət edən elementdir. Obyektiv jurnalistika prinsiplərinə zidd olaraq, materiallarda Azərbaycan dövlətinin rəsmi mövqeyinə və ya alternativ fikirlərə yer verilməməsi isə bir daha sübut edir ki, bu fəaliyyətlər həm də Fransa cəmiyyətində ölkəmizlə bağlı mənfi rəyin formalaşdırılması məqsədilə bilərəkdən aparılır.

    Fransada siyasi sığınacaq adı ilə məskunlaşan Azərbaycan əsilli radikal şəxslərdən hibrid təhdid alətləri kimi istifadə olunması;
    Bu kimi şəxslərə Fransanın rəsmi və qeyri-rəsmi dairələrinin davamlı dəstək verməsinin, onların “pozulan hüquqları”nın müxtəlif vasitələrlə, süni şəkildə və illərlə gündəmdə saxlanılmasının, demokratik dəyərlər pərdəsi altında siyasi motivli iddiaların önə çıxardılmasının yeganə məqsədi dövlətimizi beynəlxalq ictimaiyyət qarşısında "repressiv rejim" kimi təqdim etmək və etibarsızlaşdırmağa yönəlib.

    Erməni lobbisinin koordinasiyası ilə anti-Azərbaycan fəaliyyətlərin aparılması;
    Fransada güclü erməni lobbisinin təsiri altında olan bəzi dövlət rəsmiləri, parlamentarilər və yerli idarəetmə orqanları rəhbərlərinin (merlər) anti-Azərbaycan fəaliyyətləri müntəzəm xarakter daşıyır. Fransız siyasətçilər güclü siyasi və iqtisadi əlaqələrə malik erməni lobbisinin təsiri altında tez-tez ermənipərəst mövqelərdən çıxış edir, Aİ daxilində və beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə əlaqələndirilmiş formada fəaliyyət göstərirlər. Bu fəaliyyətlər Azərbaycanın beynəlxalq hüquqla tanınmış suverenliyini və ərazi bütövlüyünü pozmağa yönəlir, Fransa ilə ikitərəfli əlaqələrdə böyük gərginlik yaradır.

    Ermənipərəst qruplar, Fransanın maliyyələşdirdiyi beynəlxalq QHT-lər, “insan hüquqları” təşkilatları və “araşdırmaçı jurnalist” şəbəkələri tərəfindən kampaniyaların idarə olunması;
    Hibrid təhdidlərin ən geniş yayılmış və təsirli elementlərindən biri də media və sosial media üzərindən aparılan informasiya kampaniyalardır. Fransa tərəfindən, ya bilavasitə, ya da dolayı yolla dəstəklənən adıçəkilən qruplar onlayn platformalarda Azərbaycan əleyhinə müxtəlif mövzularda genişmiqyaslı kampaniyalar aparırlar. Bu kampaniyalar vasitəsilə saxta xəbərlər, təhrif olunmuş faktlar və təxribat xarakterli məlumatlar yayılır. Məqsəd ölkənin beynəlxalq imicinə xələl gətirmək və Azərbaycanın dövlət institutlarına qarşı inamsızlıq yaratmaqdır. Bu kampaniyalara bot şəbəkələri və saxta profillər də qoşularaq Azərbaycanla bağlı beynəlxalq ictimai rəy manipulyasiya edilməyə çalışılır.

    Fransanın Azərbaycanda casusluq fəaliyyəti;
    Fransa, özünün hibrid təhdid strategiyasının mühüm bir hissəsi kimi, ölkələrimiz arasında münasibətləri sarsıtmağa yönəlmiş casusluq fəaliyyəti ilə də məşğul olub. Bu qeyri-qanuni fəaliyyət regiondakı proseslərə təsir etməyə, Azərbaycanın daxili siyasi vəziyyətini, iqtisadi inkişafını, hərbi potensialını və strateji maraqlarını öyrənməyə, eləcə də Azərbaycan və digər ölkə vətəndaşlarından ibarət agentura şəbəkələri qurmağa yönəlib. Qarşıya qoyulan məqsədlər sırasında ölkə daxilində dezinformasiya yaymaq, müəyyən qruplar arasında narazılıq yaratmaq və sabitliyi pozacaq digər əməliyyatlar həyata keçirmək olub.

    Ermənistana silah satışı və Avropa İttifaqının Ermənistandakı Missiyasının (EUMA) dəstəkləməsi;
    Fransanın Ermənistana aktiv şəkildə silahlar ötürməsi və bölgədə əsasən kəşfiyyat fəaliyyəti ilə məşğul olan EUMA-nı birbaşa dəstəkləməklə şəxsi alətinə çevirməsi, Cənubi Qafqazda hərbi balansı dəyişdirməyə, gərginliyi artırmağa və sülh prosesini əngəlləməyə yönəlmiş addımlar kimi qiymətləndirilir. Komissiyanın 2025-ci il aprelin 24-də təqdim etdiyi “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” başlıqlı xüsusi araşdırmasında məsələ ilə bağlı geniş məlumat verilib.

    (https://meclis.gov.az/documents/EUMA_aprel_2025.pdf)

    O da qeyd olunmalıdır ki, Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya müvafiq dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə Fransanın hibrid təhdidlərinin təsirini heçə endirmək istiqamətində əks-tədbirlərini uğurla davam etdirir. Məhz bu tədbirlərin və Fransanın uğursuz həmlələrinin nəticəsidir ki, qarşı tərəf Azərbaycana qarşı hər dəfə yeni, hansısa dost-olmayan əməllərə əl atır və müxtəlif platformalar vasitəsilə qondarma ittihamlar irəli sürdürür.

    Qeyd edilənləri nəzərə alaraq, Komissiya Fransanın dövlət və hökumət rəsmilərinə deyil, Fransa xalqına birbaşa müraciət etməyi zəruri hesab edir.

    Sadalanan faktlar da göstərir ki, bir sıra fransız siyasətçilər və dövlət strukturları cəmiyyətin siyasi idarəçiliyə olan inamsızlığını pərdələmək və ölkə daxilindəki ağır sosial-iqtisadi çətinliklərdən diqqəti yayındırmaq məqsədilə Azərbaycanın simasında “xarici düşmən” obrazı yaratmağa, erməni lobbisi ilə qeyri-şəffaf əlaqələr çərçivəsində dövlətimizə qarşı hüquqi-etik normalarla uzlaşmayan fəaliyyətlər həyata keçirməyə üstünlük verirlər.

    Azərbaycan xalqı hər zaman Fransa xalqını özünə dost hesab edib və bundan sonra da edəcək. Dövlətimiz müstəqillik tarixi boyunca Fransa Respublikası ilə dostluq, əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa hazır olduğunu hər zaman bəyan edib.

    Fransa cəmiyyəti bilməlidir ki, öz hökumətinin bu cür qeyri-dost fəaliyyətləri, xarici siyasətdəki hərəkətləri Fransaya siyasi və iqtisadi dividentlər gətirmək yerinə, onun beynəlxalq imicini ləkələyərək daha da korlayır.

    #Azərbaycan #Milli Məclis #Fransa #Ermənistan #Cənubi Qafqaz #diplomatiya #təhlükəsizlik #MEDİA #Beynəlxalq münasibətlər #hibrid təhdid #Xarici müdaxilələr
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ermənistan Prezidenti Nikol Paşinyanı Baş nazir təyin edib

    2 Avqust 2026 16:50

    Ölkə ən pis ssenarilərə hazırlaşır - Məhəmməd Rza Arif

    1 Avqust 2026 19:27

    Küveyt hava hücumundan müdafiə sistemlərini işə salıb

    1 Avqust 2026 18:21

    ABŞ Yaxın Şərqdəki vətəndaşlarını ehtiyatlı olmağa çağırıb

    1 Avqust 2026 18:14

    1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür

    1 Avqust 2026 09:13

    BMT Baş katibi HƏMAS-la bağlı razılaşmanı müsbət qiymətləndirib

    31 İyul 2026 22:31

    Ağ Ev FIFA Dünya Çempionatı ilə bağlı təhlükəsizlik nəticələrini açıqlayıb

    31 İyul 2026 22:20

    Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.

    31 İyul 2026 20:23

    Qırğızıstan və Azərbaycan ikitərəfli qarşılıqlı fəaliyyətin yeni inkişaf mərhələsinə qədəm qoyur - Prezident Sadır Japarov

    31 İyul 2026 09:44

    Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb - Sadır Japarov

    31 İyul 2026 09:43

    Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə təsirli nailiyyətlər nümayiş etdirir - Japarov

    31 İyul 2026 09:08

    Azərbaycan XİN Fransanın Martin Rayanla bağlı bəyanatını qətiyyətlə rədd edib

    30 İyul 2026 20:53
    XƏBƏR LENTİ

    Süleymanın kiçik açarı kitabında 10-cu ruh - Buer kimdir?

    2026-cı il Honda Jazz -e sınaqdan keçirildi

    İspaniyada böhranlar zənciri: Sançesin İsrailə qarşı mövqeyindən sonra iddialar gündəmdə

    Ermənistan Prezidenti Nikol Paşinyanı Baş nazir təyin edib

    Diaspor gəncləri Azərbaycanın həqiqətlərinin müdafiəsində ön sırada olmalıdırlar - Fuad Muradov

    Şərqi Zəngəzurun dirçəlişi təkcə insanların deyil, biznesin və yeni imkanların qayıdışıdır - Vahid Hacıyev

    İsraildə yeni siyasi parçalanma - "Kifayət qədər sionist" olmayanlar sistemdən kənarlaşdırılır?

    Avropanın altıncınəsil qırıcı təyyarə layihəsi niyə iflasa uğradı?

    The Odyssey – 2026-cı ilin ən möhtəşəm filmi

    Tövhid və axirət inancı: Zariyat surəsi haqqında mühüm faktlar

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.