Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    V Antalya Diplomatiya Forumu öz işinə başlayıb

    17 Aprel 2026 11:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    V Antalya Diplomatiya Forumu öz işinə başlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında təşkil olunan Beşinci Antalya Diplomatiya Forumu (ADF2026) Antalyada işinə başlayıb.

    VOA xəbər verir ki, bu ilki forumun mövzusu - "Gələcəyi planlaşdırarkən problemlərin öhdəsindən gəlmək” - yaranan çağırışların qabaqcadan proqnozlaşdırılması və onlara operativ reaksiya verilməsinin vacibliyini vurğulayaraq daha dayanıqlı gələcəyin qurulmasına diqqət çəkir. Mövzu gələcək prosesləri qabaqlamağın, risk və imkanları müəyyən etməyin, strategiyalar hazırlamağın və analitik nəticələri praktik addımlara çevirməyin zəruriliyini ön plana çıxarır.

    ADF2026 dövlət başçılarını, siyasətçiləri, diplomatları, akademik dairələrin nümayəndələrini, biznes ictimaiyyətini, KİV və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirərək qeyri-müəyyənliklərin daha effektiv idarə olunması və aktual qlobal problemlərin həlli ilə yanaşı, gələcək çağırışlara hazırlıq məsələlərinin müzakirəsinə şərait yaradacaq. Forum çərçivəsində əsas məruzəçilərin çıxışları, panel müzakirələri, interaktiv sessiyalar, eləcə də ikitərəfli görüşlər nəzərdə tutulub. Bu görüşlər zamanı iştirakçılar qlobal trendləri və regional prosesləri müzakirə edəcək, mümkün həll yolları və qabaqcıl təcrübə ilə bağlı fikir mübadiləsi aparacaqlar.

    Aprelin 19-dək davam edəcək tədbir NEST Konqres və Sərgi Mərkəzində keçirilir.

    Forumun yenidən dialoqun inkişafı, etimadın bərpası və əməkdaşlığın möhkəmləndirilməsi, həmçinin gələcək nəsillər üçün daha sülhsevər, sabit və dayanıqlı gələcəyə aparan yolların müəyyənləşdirilməsi baxımından mühüm platformaya çevriləcəyi gözlənilir.

    Qeyd edək ki, dördüncü ADF 155 ölkədən iştirakçıları bir araya gətirmişdi. Onların arasında 21 dövlət və hökumət başçısı, 61 nazir (o cümlədən 52 xarici işlər naziri), eləcə də 15 parlament üzvü yer alıb.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Azərbaycan #Prezident İlham Əliyev #Antalya Diplomatiya Forumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    21 İyul 2026 21:13

    Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı paylaşım edilib

    21 İyul 2026 19:46

    Azərbaycan və Almaniya mədəniyyət və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirəcək

    21 İyul 2026 18:32

    Azərbaycan və Almaniya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirəcəklər

    21 İyul 2026 18:18

    Azərbaycan və Almaniya yaşıl enerji və innovasiya sahəsində əməkdaşlığı artıracaq

    21 İyul 2026 18:15

    Azərbaycan və Almaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıq davam etdiriləcək

    21 İyul 2026 18:11

    Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb

    21 İyul 2026 18:05

    Prezident İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub

    21 İyul 2026 16:33

    Prezident İlham Əliyev: Bağlantılar və tranzit imkanları ilə bağlı da Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var

    21 İyul 2026 16:32

    Prezident İlham Əliyev: Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulub

    21 İyul 2026 16:31

    Prezident İlham Əliyev: Alman şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülüb

    21 İyul 2026 16:31

    Azərbaycan-Almaniya münasibətləri çox dinamik inkişaf edir - Merts

    21 İyul 2026 16:30
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.