Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Davamlı sülh üçün Ermənistan Konstitusiyası paraflanmış sülh sazişinin mətni və ruhu ilə uyğunlaşdırılmalıdır – Elçin Əmirbəyov

    8 Sentyabr 2025 14:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Davamlı sülh üçün Ermənistan Konstitusiyası paraflanmış sülh sazişinin mətni və ruhu ilə uyğunlaşdırılmalıdır – Elçin Əmirbəyov
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    7 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin Əmirbəyov "I24 News" televiziya kanalının fransız redaksiyasına müsahibə verib.

    AzerVoice-in məlumatına görə, o, jurnalist Kristian Maların Azərbaycan və Ermənistan arasında sülh prosesi, 8 avqust Vaşinqton görüşünün Cənubi Qafqaz regionu üçün nəticələri, Azərbaycanın beynəlxalq müstəvidə oynadığı vasitəçi rolu, habelə bəzi beynəlxalq məsələlərə dair suallarını cavablandırıb.

    E.Əmirbəyov xatırladıb ki, 8 avqustda Vaşınqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması baş tutub və bu, iki ölkə arasında münasibətlərin normallaşmasına doğru mühüm irəliləyişdir:

    "Bu mərhələdə söhbət yekun imzalanmadan yox, yalnız paraflanmadan gedir. Belə ki, sülh sazişinin imzalanması və həyata keçirilməsi üçün Ermənistan tərəfi hələ də konkret addımlar atmalıdır. Xüsusilə də, Ermənistan Konstitusiyasında Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zidd olan, qəbuledilməz ərazi iddialarını ifadə edən müddəalar hələ də qalmaqdadır. Buna görə davamlı sülhün bərqərar olunması üçün Ermənistanın əsas qanunu hər iki ölkə tərəfindən artıq paraflanmış sülh sazişinin mətni və ruhu ilə uyğunlaşdırılmalıdır".

    Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi əlavə edib ki, bununla belə, sazişin paraflanması özü özlüyündə böyük irəliləyiş sayılır.

    "Bu, ikitərəfli formatda aparılmış konstruktiv dialoqun, hər iki tərəfin siyasi iradəsinin və əlbəttə ki, bir sıra beynəlxalq tərəfdaşların konstruktiv dəstəyinin nəticəsidir. Xüsusi olaraq, ABŞ Prezidenti Donald Trampın şəxsi töhfəsini və səylərini yüksək qiymətləndiririk. Əgər bu proses ciddi və qətiyyətlə davam edərsə, Cənubi Qafqaz tarixində əməkdaşlıq, sabitlik və ortaq rifaha əsaslanan yeni bir səhifə açıla bilər", - deyə o qeyd edib.

    Müsahibə ilə bu keçiddən ətraflı tanış olmaq mümkündür.

    #Ermənistan #Elçin Əmirbəyov #Vaşinqton #Azərbaycan-Ermənistan #Azərbaycan Ermənistan sülh razılaşması #Azərbaycan Ermənistan danışıqları #Azərbaycan Ermənistan sülh müqaviləsi #Azərbaycan-Ermənistan sülh prosesi #Azərbaycan-Ermənistan sülh sazişi 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    1 Sentyabr 2026 14:38

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    31 Avqust 2026 11:54

    ABŞ rəsmiləri media vasitəsilə enerji bazarlarını manipulyasiya edir - Əraqçi

    29 Avqust 2026 17:26

    İran problemləri ABŞ-la dialoq yolu ilə həll etməyə hazırdır - Pezeşkian

    29 Avqust 2026 15:37

    ABŞ rəsmisi Suriyanı “tarixi nailiyyətlər” münasibətilə təbrik etdi

    29 Avqust 2026 14:41

    Hərbi gücümüzün məhv edilməsi barədə iddialar yalandır - İran generalı

    29 Avqust 2026 14:18

    Qətər İrəvandan ilk turizm çarter reysini qəbul edib

    29 Avqust 2026 13:05

    Vaşinqton və Tehran arasında diplomatik çıxış yolu hələ görünmür

    28 Avqust 2026 20:36

    İran ABŞ-yə neft xəbərdarlığı etdi: “Biz sata bilmiriksə, heç kim sata bilməyəcək”

    28 Avqust 2026 14:25

    ABŞ İranla danışıqlar aparmır, Tehranı iqtisadi cəhətdən sıxışdırır - Tramp

    28 Avqust 2026 13:09

    ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

    28 Avqust 2026 12:33

    ABŞ Meksika sərhədində lazer silahından istifadə edib

    28 Avqust 2026 11:40
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

    Fələstin Əl-Əqsa məscidi ətrafında gərginlik barədə xəbərdarlıq edib

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    ABŞ-nin hücum və təzyiqlərinə qarşı müqaviməti davam etdirəcəyik - İran

    ABŞ-nin təzyiq və təhdid siyasəti diplomatiyanı poza bilər - Məsud Pezeşkian

    İordaniyanın Əqəbə limanında Hörmüz boğazındakı böhran fonunda yük daşımaları artıb

    Yaxın Şərqdə qeyri-müəyyənlik və neft bahalaşması inflyasiya narahatlığını artırır

    İsrailli məskunlaşanlar işğal altındakı İordan çayının qərb sahilində məscidi yandırmağa cəhd edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.