Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Trend BİA Azərbaycanla bağlı nüfuzlu informasiya mənbəyi kimi yüksək dəyərləndirilir – Qazaxıstandan baxış

    1 Sentyabr 2025 16:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Trend BİA Azərbaycanla bağlı nüfuzlu informasiya mənbəyi kimi yüksək dəyərləndirilir – Qazaxıstandan baxış
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, TurkicWorld

    2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni - yaranmasının 30 illiyini qeyd edir.

    Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, Mərkəzi Asiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regionda aparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.

    Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.

    Tətbiqi etnosiyasi tədqiqatlar institutunun direktoru, qazaxıstanlı politoloq Talqat Kaliyev agentliklə əməkdaşlıq və Trend-in fəaliyyəti ilə bağlı öz təəsüratlarını bölüşüb.

    "Qazaxıstanda qardaş ölkə, bizim ən yaxın tərəfdaş və müttəfiq olan Azərbaycandakı hadisələri diqqətlə izləyirlər . Məhz bu səbəbdən Trend BİA bizim üçün istər Azərbaycanda, istərsə də bütövlükdə regionda gedən proseslərlə bağlı ən vacib və ən nüfuzlu məlumat mənbəyi hesab olunur. Bu gün bir çox qazaxıstanlılar üçün Trend əsas informasiya mənbələrindən birinə çevrilib", - deyə o bildirib.

    Onun sözlərinə görə, Trend-in müxbirləri tərəfindən hazırlanan analitik materiallar regionun iqtisadi vəziyyəti ilə bağlı təsəvvürün formalaşmasında müstəsna rol oynayır.

    "İstənilən investor yeni bazara çıxmazdan əvvəl ölkədəki vəziyyəti diqqətlə öyrənməyə çalışır: siyasi durumu, həyata keçirilən islahatları, iqtisadi meyilləri. Bu kontekstdə Trend-in təqdim etdiyi keyfiyyətli analitika xüsusi rol oynayır. Elə təsadüfi deyil ki, internetdə Azərbaycan haqqında məlumat axtarışında Trend-in materialları aparıcı mövqelər tutur", – deyə Kaliyev söyləyib.

    Politoloq vurğulayıb ki, Trend İnformasiya Agentliyinin dərc etdiyi materiallar bütün dünyada tələbat görür və mühüm rol oynayır.

    "İnformasiya bolluğu şəraitində eksklüzivliyin dəyəri dəfələrlə artır. Trend jurnalistlərinin əsas beynəlxalq meydanlarda fəaliyyət göstərməsi isə analizin üfüqlərini əhəmiyyətli dərəcədə genişləndirməyə və geniş spektrli amilləri nəzərə almağa imkan verir. Bütün bunlar onların materiallarına xüsusi dərinlik və yüksək keyfiyyət bəxş edir", – deyə o əlavə edib.

    #Qazaxıstan #Trend BİA #Trend-in 30 illiyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qazaxıstan süni yağış layihəsinə başlayıb

    14 İyul 2026 16:49

    Azərbaycan və Qazaxıstan əməkdaşlığı müzakirə edib

    30 İyun 2026 13:37

    Şuşa TDT çərçivəsində dini məsələlər üzrə ilk toplantıya ev sahibliyi edəcək

    24 İyun 2026 19:59

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Almatıda TDT Ağsaqqallar Şurasının 19-cu iclasında iştirak edib

    22 İyun 2026 13:49

    Səudiyyə Ərəbistanı və Qazaxıstan mədənçilik sahəsində əməkdaşlığı genişləndirir

    12 İyun 2026 16:54

    Elm və təhsil naziri Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak edib

    8 İyun 2026 20:57

    Emin Əmrullayev Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu iclasında iştirak edib

    8 İyun 2026 18:00

    TDT ölkələrinin mərkəzi banklarının Şurasının növbəti toplantısı Bakıda keçiriləcək

    3 İyun 2026 16:19

    Qazaxıstanda təyyarə qəzası – pilotlardan biri həyatını itirdi

    27 May 2026 11:35

    Türk Mədəniyyəti və İrsi Fondundan Oljas Süleymenovla bağlı xüsusi nəşr

    26 May 2026 14:52

    Almatıda Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

    21 May 2026 20:10

    Ərdoğan Mirziyoyev ilə regional məsələləri müzakirə edib

    15 May 2026 13:44
    XƏBƏR LENTİ

    AK Partiya yeni Konstitusiya təşəbbüsünü davam etdirir, referendum planlaşdırılır

    Apple yenidən dünyanın ən bahalı şirkəti oldu

    2026 Dünya Çempionatının finalı bir sıra ilklərlə tarixə düşəcək

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

    ABŞ-nin hücumları xalqın birliyini daha da gücləndirib - İran XİN

    Makron və Merts müdafiə sahəsində əməkdaşlığı genişləndirir

    Nyu-Yorkda Azərbaycan–Polşa şəhərsalma dialoqu: yeni əməkdaşlıq imkanları müzakirə olunub

    İran ABŞ-ın İordaniyadakı əsas aviabazasını vurub

    Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qeydiyyat davam edir

    “Mütəxəssislərin bir nömrəli seçimi” reklamları həqiqətən təsirlidirmi? Marketinqdə etibar faktorunun rolu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.