Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Bakı–Dəməşq əməkdaşlığı regional sabitliyə töhfə verəcək - Turan Rzayev

    1 Avqust 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bakı–Dəməşq əməkdaşlığı regional sabitliyə töhfə verəcək - Turan Rzayev
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice , Fərid Mikayılov

    Sabah 2 avqustdan etibarən Azərbaycanın Türkiyə üzərindən “swap” mexanizmi vasitəsilə Suriyaya təbii qaz ixracına başlaması təkcə iqtisadi layihə deyil, həm də regional sabitlik və enerji diplomatiyası baxımından strateji əhəmiyyətə malik hadisədir.

    Bu barədə politoloq Turan Rzayev AzerVoice-a açıqlamasında bildirib.

    Rzayev qeyd edib ki, bu proses enerji bazarında Azərbaycanın mövqelərini gücləndirməklə yanaşı, Cənubi Qafqaz və Yaxın Şərq arasında yeni əməkdaşlıq platformasının formalaşmasına səbəb olacaq.

    “Azərbaycanın Suriyaya qaz ixracı iqtisadi əməliyyatdan daha artıq məna daşıyır. Bu, enerji diplomatiyası, regional geosiyasət və strateji tərəfdaşlıq kontekstində yeni bir mərhələnin başlanğıcıdır” – deyə Rzayev vurğulayıb.

    Politoloqun sözlərinə görə, bu əməkdaşlığın əsası 2025-ci ilin iyun ayında keçirilən Antalya Diplomatik Forumunda qoyulub. Forum çərçivəsində Prezident İlham Əliyev Suriya keçid dövrü Prezidenti Əhməd əş-Şəraa ilə görüşərək Suriyanın sabitliyinin bərpasında Azərbaycanın rol oynamağa hazır olduğunu bildirmişdi. Bu görüşdən sonra Suriya hökuməti enerji sektorunda əməkdaşlıq üçün Azərbaycandan rəsmi yardım istəmişdi.

    Ardınca “SOCAR Türkiyə”nin baş direktoru Elçin İbadov da şirkətin Suriyada enerji sektorunda fəaliyyət göstərməyə hazır olduğunu bəyan etmişdi.

    Rzayev bildirib ki, bu əməkdaşlıq Azərbaycan üçün yeni enerji marşrutları, Suriya üçün isə iqtisadi sabitlik və xarici investisiya cəlb etmək baxımından çoxistiqamətli üstünlüklər yaradır.
    “Azərbaycan Suriyanın enerji ehtiyatlarında pay sahibi olmaqla yanaşı, həmin ehtiyatların Avropa bazarına çıxarılmasında da əsas aktor ola bilər. Bu, Bakı üçün Avropada enerji təsirinin daha da güclənməsi deməkdir” – deyə politoloq bildirib.

    Rzayevin fikrincə, Suriyada iqtisadi sabitlik üçün enerji sektoru həyati əhəmiyyət kəsb edir. Əhməd əş-Şəraanın rəhbərliyi ölkədə sabitliyi təmin etmək istiqamətində addımlar atsa da, sanksiyalar və izolyasiya iqtisadiyyatı zəiflədib. Azərbaycanın iştirakı bu prosesin sürətlənməsinə töhfə verə bilər.

    Politoloq vurğulayıb ki, Azərbaycan qarşılıqlı faydaya əsaslanan, asılılıq yaratmayan əməkdaşlıq modeli təklif edir. SOCAR-ın təcrübəsi və resursları sayəsində Suriya daxili enerji tələbatını təmin edə və sektoru bərpa edə bilər.

    Rzayev eyni zamanda qeyd edib ki, türkmən əsilli general Fehim İsanın müdafiə nazirinin müavini və şimal bölgələrinin komandanı təyin edilməsi SOCAR-ın Suriyada təhlükəsiz fəaliyyətinə zəmanət verən siyasi balansın göstəricisidir.

    12 iyulda Suriya Prezidenti Əhməd əş-Şəraanın Azərbaycana səfəri çərçivəsində SOCAR ilə Suriya hökuməti arasında enerji sahəsində Anlaşma Memorandumu imzalanıb. Bu sənəd Azərbaycanın Suriyanın enerji sektorunun bərpasında rəsmi iştirakını rəsmiləşdirib.

    Turan Rzayev hesab edir ki, bu əməkdaşlıq İsrailin Suriyaya münasibətində də dolayısı ilə yumşalmaya səbəb ola bilər. Təl-Əvivin Azərbaycana strateji tərəfdaş kimi münasibəti fonunda gələcəkdə Suriya ərazisindən keçəcək enerji marşrutlarının İsrailə qədər uzanması da mümkün görünür. Onun sözlərinə görə, artıq bu istiqamətdə Bakıda ilkin görüşlər də keçirilib.

    “Bu proses Cənubi Qafqazla Şərqi Aralıq dənizi arasında diplomatik və enerji körpüsünə çevriləcək. Qarşılıqlı ehtiyac və hörmətə əsaslanan bu model regionun gələcəyində həlledici rol oynaya bilər”- deyə o bildriib.

    #Bakı #Suriya #Dəməşq #Suriya-Azərbaycan münasibətləri #Suriya-Azərbaycan təbii qaz layihəsi #Azərbaycan-Türkiyə-Suriya təbii qaz layihəsi #Turan Rzayev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48

    İordaniyanın Əqəbə limanında Hörmüz boğazındakı böhran fonunda yük daşımaları artıb

    1 Sentyabr 2026 18:27

    Suriyada keçmiş zabit öldürüldü

    31 Avqust 2026 09:39

    ABŞ rəsmisi Suriyanı “tarixi nailiyyətlər” münasibətilə təbrik etdi

    29 Avqust 2026 14:41

    İsrail Suriyanın cənubundakı əməliyyatlarını genişləndirir

    28 Avqust 2026 19:06

    Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

    28 Avqust 2026 16:19

    Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

    28 Avqust 2026 10:49

    İsrailin Suriyadakı mövcudluğu ölkənin suverenliyini pozur - BMT

    27 Avqust 2026 20:20

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Suriya qlobal ödəniş sisteminə qayıtdı – əş-Şaraadan simvolik addım

    27 Avqust 2026 14:04

    Əsəd rejiminin daha iki yüksək rütbəli zabiti saxlanıldı

    27 Avqust 2026 10:06

    Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

    25 Avqust 2026 22:31
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.