Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Budapeşt Zirvə görüşü Zəngəzur dəhlizinə qlobal əhəmiyyətli layihə kimi baxıldığını nümayiş etdirdi - Sevil Mikayılova

    22 May 2025 18:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Budapeşt Zirvə görüşü Zəngəzur dəhlizinə qlobal əhəmiyyətli layihə kimi baxıldığını nümayiş etdirdi - Sevil Mikayılova
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türk Dövlətləri Təşkilatı son illərdə mühüm əməkdaşlıq platformasına çevrilib. Təşkilata üzv ölkələr yalnız mədəni və tarixi bağlara əsaslanan birlik olmaqla kifayətlənmir, həm də siyasi, iqtisadi və təhlükəsizlik sahələrində bir-birini dəstəkləyir. Azərbaycan bu təşkilatda fəal və təşəbbüskar mövqe tutur. Prezident İlham Əliyevin Budapeştdə Zirvə görüşündə iştirakı bu liderliyin bir daha təsdiqi idi. Zirvə görüşündə ölkəmiz TDT-nin inkişafında əsas istiqamətverici qüvvələrdən biri olduğunu nümayiş etdirdi.

    Prezident İlham Əliyevin görüş zamanı çıxışları tək ölkəmizin maraqlarını deyil, ümumtürk dünyasının ümumi prioritetlərini əks etdirir.

    AzerVoice xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

    S.Mikayılova qeyd edib ki, Azərbaycan uzun illərdir Türk dünyasında inteqrasiya proseslərinin fəal təşəbbüskarı kimi çıxış edir.

    "Xüsusilə 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə Görüşündə Türk Şurasının yaradılması, 2021-ci ildə isə bu qurumun Türk Dövlətləri Təşkilatı adı ilə yeni mərhələyə qədəm qoymasında Azərbaycan mühüm rol oynayıb.

    Prezident İlham Əliyevin prinsipial mövqeyi bu təşkilatın real güc mərkəzinə çevrilməsində həlledici olub.

    Budapeştdə baş tutan Zirvə görüşündə Prezident İlham Əliyevin iştirakı bir daha göstərdi ki, ölkəmiz TDT-nin gələcək strategiyasında əsas aktordur. Zirvə toplantısında irəli sürülən təşəbbüslər, strateji planlama ölkəmizin rolunun məntiqi davamıdır. Azərbaycan türk dünyasının birliyi və ortaq tarixi-mədəni mirasın qorunması istiqamətində fəal siyasi iş aparır. Həmçinin, Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü bu baxımdan böyük əhəmiyyət daşıyırdı. Budapeştdə isə bu ideoloji xəttin Avropaya inteqrasiya çalarları ilə zənginləşdirilməsi mühüm addım oldu”, - deyə deputat əlavə edib.

    Sevil Mikayılovanın sözlərinə görə, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə deyib ki, Türk birliyi sadəcə etnik və dil birliyi deyil, bu, həm də ortaq siyasi iradə və qlobal çağırışlara ortaq cavabdır.

    "Bütün bunları analiz edərkən görürük ki, Azərbaycan TDT-nin əsas ideoloji beyin mərkəzidir. Bundan başqa, ölkəmizin əlverişli coğrafi yerdə yerləşməsi, təbii ehtiyatları və uğurlu xarici siyasəti TDT-nin “strateji lokomotivi” statusuna layiq olduğunu göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz türk dünyasında həm siyasi, həm də iqtisadi layihələrin reallaşdırıcısı kimi çıxış edir. Budapeşt Zirvəsi Azərbaycanın bu rolunun qəbul olunduğunu və tərəfdaş ölkələr tərəfindən yüksək qiymətləndirildiyini göstərdi”, - deyə o əlavə edib.

    Deputat bildirib ki, Azərbaycan artıq TDT-də prosesləri yönləndirən əsas ölkələrdəndir.

    “Bu isə Azərbaycanın həm Türk dünyasında, həm də Avrasiya məkanında artan nüfuzunun və güclənən geosiyasi mövqeyinin açıq göstəricisidir. TDT-in Zirvə görüşləri təkcə siyasi deyil, həm də iqtisadi fürsətlər yaradan platformadır. Azərbaycan isə son illər ərzində regionda irimiqyaslı iqtisadi layihələrin təşəbbüskarı və icraçısı kimi çıxış edir.

    Zəngəzur dəhlizi və Orta Dəhliz kimi layihələr fonunda Azərbaycan Mərkəzi Asiya, Qafqaz və Avropanı birləşdirən əsas tranzit ölkəyə çevrilməkdədir. Bununla yanaşı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Əlat Azad İqtisadi Zonası kimi layihələr TDT ölkələrinin investorları üçün cəlbedicidir. Prezident İlham Əliyev Azərbaycanın ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyduğunu qeyd edib. Dövlət başçısı onu da bildirib ki, Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur. Belə bir fondun formalaşdırılması Azərbaycanın infrastruktur və sənaye layihələrinə TDT ölkələrindən sərmayə cəlbini artıracaq.

    Nəticə olaraq, Prezident İlham Əliyevin Budapeşt Zirvə görüşündə iştirakı Azərbaycanın yalnız siyasi yox, iqtisadi platformalarda da fəal oyunçu kimi çıxış etdiyini göstərdi. Görüş çərçivəsində müzakirə olunan layihələr və əməkdaşlıq formatları Azərbaycanın milli iqtisadi maraqlarına cavab verir və ölkəmizə regional liderlik statusunu daha da gücləndirmək imkanı yaradır”, - deyə S.Mikayılova əlavə edib.

    Deputat bildirib ki, görüş çərçivəsində aparılan yüksək səviyyəli siyasi dialoq Zəngəzur dəhlizi də daxil olmaqla, bütün alternativ nəqliyyat marşrutlarının aktuallığını bir daha gündəmə gətirdi.

    "Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi Naxçıvanla quru əlaqəsini təmin etməklə yanaşı, onu Çin-Mərkəzi Asiya-Qafqaz-Avropa istiqamətində uzanan Orta Dəhlizin əsas halqasına çevirəcək. Bu, Azərbaycanın beynəlxalq yükdaşımalar üzrə əsas tranzit ölkələrdən biri statusunu gücləndirəcək. Dəhlizin işə düşməsi ilə logistika sektorunda məşğulluq artacaq, gömrük və tranzit rüsumlarından gəlir yüksələcək. Bunlarla yanaşı, ölkəmizə beynəlxalq şirkətlərin investisiya marağı artacaq və azad ticarət zonaları yaradılacaq. Bu da ölkəmizi siyasi və iqtisadi cəhətdən daha güclü edəcək.

    Beləliklə, Budapeşt Zirvə görüşü Zəngəzur dəhlizinə qlobal əhəmiyyətli layihə kimi baxıldığını nümayiş etdirdi. Zəngəzur dəhlizi artıq bir layihə olmaqdan çıxaraq, Azərbaycanın regional liderlik strategiyasının əsas sütunlarından birinə çevrilib. Budapeşt Zirvəsində aparılan danışıqlar bu dəhlizin reallaşmasının yalnız Azərbaycanın deyil, ümumilikdə Türk dünyasının və Avrasiyanın inkişaf maraqlarına xidmət etdiyini bir daha sübut etdi", - deyə S.Mikayılova vurğulayıb.

    Deputat qeyd edib ki, TDT təkcə siyasi və iqtisadi əməkdaşlıq platforması deyil, eyni zamanda, ortaq dilə, mədəniyyətə, tarixə və sivilizasiyaya söykənən dərin mənəvi birlikdir.

    "Budapeşt Zirvə görüşü bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Görüşdə iqtisadi məsələlərlə yanaşı, mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi də əsas mövzulardan idi. Ortaq milli kimliyimizin gücləndirilməsində bu da çox vacibdir. Azərbaycanın bu istiqamətdəki fəaliyyəti onun regionda həm mədəni, həm də mənəvi lider statusunu bir daha təsdiqləyir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa və strateji mərkəzi Bakı bu proseslərin mərkəzinə çevrilməkdədir. 2023-cü ildə Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşü mədəni diplomatiyanın real nümunəsi kimi tarixə düşdü. Şuşanın türk mədəniyyətinin beşiyi kimi təqdim olunması Azərbaycanı ortaq irsin daşıyıcısı və qoruyucusu kimi tanıdır.

    TDT-nin Budapeşt Zirvə görüşü qlobal və regional enerji gündəminin prioritet məsələlərindən biri olan enerji təhlükəsizliyi və yaşıl keçid mövzularına geniş yer verdi. Azərbaycan bu müzakirələrin mərkəzində dayandı. Belə ki, Azərbaycan artıq uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaş kimi çıxış edir. TANAP və TAP kimi layihələr Xəzər qazının Avropaya çıxarılmasını təmin etməklə, Azərbaycanın enerji diplomatiyasını praktiki müstəviyə keçirib. Azərbaycan təkcə neft-qazla deyil, həm də bərpa olunan enerji potensialı ilə diqqət mərkəzindədir. Azərbaycanın ötən il COP29-a ev sahibliyi etməsi ölkəmizi qlobal iqlim diplomatiyasının ön sıralarına çıxarır. Bu, həm də TDT ölkələri üçün böyük fürsətdir.

    Budapeşt Zirvə görüşündə enerji təhlükəsizliyi və yaşıl keçid məsələlərinin müzakirəsi Azərbaycanın bu sahədə lider mövqeyini daha da gücləndirdi. Prezident İlham Əliyevin təşəbbüsləri yalnız ölkəmiz üçün deyil, bütövlükdə Türk dünyası üçün də yeni əməkdaşlıq imkanları açır", - deyə S.Mikayılova fikrini tamamlayıb.

    #Sevil Mikayılova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rəqəmsal İnkişaf Şurasının yaradılması ilə qanunvericiliyin təkmilləşdirilməsi dinamik xarakter alıb - Sevil Mikayılova

    7 İyul 2026 14:35

    IPU-ya ilk qadın lider təyin edilib: yeni baş katib vəzifəsinin icrasına başlayıb

    1 İyul 2026 12:49

    Sevil Mikayılova Cenevrədə IPU-nun İcraiyyə Komitəsinin 300-cü iclasında iştirak edir

    29 İyun 2026 16:45

    “Media haqqında” qanuna dəyişikliklər müasir çağırışlara cavab verir - Sevil Mikayılova

    19 İyun 2026 13:14

    15 İyun – Azərbaycanın qurtuluş tarixinin başlanğıcı

    15 İyun 2026 09:25

    Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri gücləndirir

    4 İyun 2026 12:10

    Aqrar sektorda yeni yol xəritəsi kənd təsərrüfatının dönüş nöqtəsi olacaq - Sevil Mikayılova

    26 May 2026 15:12

    Azərbaycanın WUF13 kontekstində ən mühüm üstünlüklərindən biri postmünaqişə şəhərsalma təcrübəsidir - Sevil Mikayılova

    17 May 2026 15:46

    Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışı ilə Avropa təsisatlarının sülhə selektiv yanaşmasını dünyaya çatdırdı - Sevil Mikayılova

    5 May 2026 12:56

    İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə qarşı sistemli dağıntılar həyata keçirilib - Sevil Mikayılova

    23 Aprel 2026 17:03

    Sevil Mikayılova İstanbulda Qadın Parlamentarilər Bürosu və Forumunun iclasında çıxış edib

    16 Aprel 2026 18:27

    Deputat Sevil Mikayılova Parlamentlərarası İttifaqda yüksək vəzifəyə təyin olunub

    15 Aprel 2026 11:21
    XƏBƏR LENTİ

    AK Partiya yeni Konstitusiya təşəbbüsünü davam etdirir, referendum planlaşdırılır

    Apple yenidən dünyanın ən bahalı şirkəti oldu

    2026 Dünya Çempionatının finalı bir sıra ilklərlə tarixə düşəcək

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

    ABŞ-nin hücumları xalqın birliyini daha da gücləndirib - İran XİN

    Makron və Merts müdafiə sahəsində əməkdaşlığı genişləndirir

    Nyu-Yorkda Azərbaycan–Polşa şəhərsalma dialoqu: yeni əməkdaşlıq imkanları müzakirə olunub

    İran ABŞ-ın İordaniyadakı əsas aviabazasını vurub

    Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qeydiyyat davam edir

    “Mütəxəssislərin bir nömrəli seçimi” reklamları həqiqətən təsirlidirmi? Marketinqdə etibar faktorunun rolu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.