Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    “Media haqqında” qanuna dəyişikliklər müasir çağırışlara cavab verir - Sevil Mikayılova

    19 İyun 2026 13:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “Media haqqında” qanuna dəyişikliklər müasir çağırışlara cavab verir - Sevil Mikayılova
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    “Media haqqında” Qanuna təklif edilən dəyişikliklər müasir informasiya mühitinin çağırışlarına cavab verən mühüm və strateji əhəmiyyətli bir yanaşmanı əks etdirir.

    Bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Sevil Mikayılova parlamentin bugünkü iclasında “Media haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

    Deputat bildirib ki, təklif olunan qanun layihəsi Azərbaycanda media sahəsinin institusional əsaslarının daha da təkmilləşdirilməsinə, normativ bazanın müasirləşdirilməsinə və idarəetmə mexanizmlərinin daha çevik və effektiv model üzərində qurulmasına xidmət edir.

    "Müasir dövrdə qlobal informasiya məkanında baş verən sürətli transformasiyalar çap, onlayn və audiovizual medianın faktiki olaraq vahid fəaliyyət ortamına gətirib. Bu da öz növbəsində media siyasətinə vahid və kompleks yanaşmanı zəruri edir. Bu kontekstdə informasiya sisteminin əsas sütunu olan mediaya münasibətdə bütöv və koordinasiyalı idarəetmə mexanizminin formalaşdırılması xüsusi aktuallıq kəsb edir.

    Təklif olunan dəyişikliklər vahid səlahiyyətli dövlət orqanının – Media və Yayım Şurası yaradılmasını nəzərdə tutur. Bugünə kimi kifayət qədər uğurlu fəaliyyət göstərən iki qurumun birləşməsi ilə Şuranın yaradılması mütərəqqi irəliləyişdir və sektorun effektiv idarəolunmasını təmin edəcək.

    Qurum kollegial idarəetmə modeli əsasında fəaliyyət göstərərək qərarların daha balanslı, şəffaf və institusional məsuliyyət prinsiplərinə uyğun şəkildə qəbul edilməsinə imkan yaradacaq. Bu, heç şübhəsiz medianın müstəqilliyinin qorunması baxımından zərurudur, lakin eyni zamnda ictimai etimadın möhkəmləndirilməsinə xidmət edən mühüm demokratik mexanizm kimi çıxış edir", - deyə Sevil Mikayılova vurğulayıb.

    Millət vəkili Şuranın əsas fəaliyyət istiqamətlərini də açıqlayıb:

    "Şuranın əsas fəaliyyət istiqamətlərindən biri media və yayım sahəsində qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarətin həyata keçirilməsi olacaq. Bu yanaşma media mühitində vahid qaydaların tətbiqinin effektivliyini artırmağa, hüquqi qeyri-müəyyənliklərin aradan qaldırılmasına və bütün iştirakçılar üçün bərabər fəaliyyət şəraitinin yaradılmasına xidmət edir.

    Şuranın mühüm vəzifələrindən biri də media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsidir. Müasir dövrdə media qurumlarının effektiv fəaliyyəti həm də onların iqtisadi dayanıqlığı ilə birbaşa bağlıdır. Bu istiqamətdə atılacaq addımlar media subyektlərinin müxtəlif maliyyə risklərindən daha az asılı olmasına, uzunmüddətli inkişaf strategiyaları qurmasına şərait yarada bilər.

    Digər mühüm istiqamət media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasıdır. Rəqəmsallaşma və texnoloji transformasiya şəraitində media sektorunun rəqabət qabiliyyətinin qorunması üçün innovativ həllərin təşviqi xüsusi əhəmiyyət daşıyır. Belə ki, auditoriyanın sürətlə yenilənən tələblərinə çevik cavab veriləsi əsas hədəflərdəndir".

    Sevil Mikayılova əlavə edib ki, Şuranın media subyektlərinin fəaliyyəti ilə bağlı təhlillər aparması və ictimai rəyin öyrənilməsini təşkil etməsi də diqqətəlayiq istiqamətlərdəndir.

    "Media siyasətinin effektivliyi yalnız normativ qərarlarla deyil, real vəziyyətin davamlı monitorinqi və cəmiyyətin gözləntilərinin nəzərə alınması ilə təmin olunur. Media sektorunda inkişaf tendensiyalarının vaxtında müəyyən edilməsi operativ qərar qəbuletməni daha da optimallaşdırır.

    Eyni zamanda, “Reklam haqqında” Qanuna uyğun olaraq Şuraya sosial reklamların sifariş verilməsi səlahiyyətinin verilməsi ictimai əhəmiyyətli mesajların daha geniş auditoriyaya çatdırılması baxımından mühüm imkan yaradır. Çünki Sosial reklamlar maarifləndirmə, ictimai məsuliyyətin artırılması və cəmiyyət üçün vacib mövzuların gündəmdə saxlanılması baxımından təsirli vasitələrdən biridir.

    Bu dəyişikliklər həm də beynəlxalq təcrübədə müşahidə olunan mütərəqqi idarəetmə modellərinin nəzərə alınması baxımından mühüm əhəmiyyət daşıyır. Müasir media siyasətində çeviklik, koordinasiya və hüquqi müəyyənlik əsas prinsiplər kimi çıxış edir və təqdim olunan layihə də məhz bu prinsiplərə əsaslanır", - deyə deputat bildirib.

    Sevil Mikayılova əlavə edib ki, “Media haqqında” Qanuna təklif edilən dəyişikliklər yalnız hüquqi və institusional yenilənmə deyil, həm də Azərbaycanın informasiya siyasətinin daha sistemli, daha müasir və daha effektiv mərhələyə keçidini təmin edən vacib addım kimi qiymətləndirilməlidir.

    #Milli Məclis #Sevil Mikayılova #Media haqqında Qanun #Azərbaycanda media sahəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Naxçıvanı regional nəqliyyat və enerji mərkəzinə çevirəcək yeni mərhələ başlayır - Sevil Mikayılova

    12 Avqust 2026 16:49

    Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır

    1 Avqust 2026 11:00

    Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.

    31 İyul 2026 20:23

    Sahibə Qafarova Efiopiya Baş naziri ilə görüşüb

    29 İyul 2026 18:39

    Sahibə Qafarova Efiopiya Federasiya Palatasının sədri ilə görüşüb

    29 İyul 2026 15:40

    Milli Məclis ABŞ Konqresi Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsinə etiraz edib

    24 İyul 2026 17:07

    Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova

    22 İyul 2026 16:06

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    16 İyul 2026 17:37

    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb

    15 İyul 2026 18:50

    Sahibə Qafarova ilə Pan-Afrika Parlamentinin prezidenti arasında videokonfrans formatında görüş keçirilib

    13 İyul 2026 22:06

    Sahibə Qafarova Bob Bləkmənlə parlamentlərarası əməkdaşlığı müzakirə edib

    13 İyul 2026 19:42

    Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

    13 İyul 2026 18:19
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

    Prezident İlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb

    Liviyada 10 nəfərin edamı ilə bağlı araşdırma tələb olunur

    İranla mübarizədə son mərhələyə daxil oluruq - Skott Bessent

    Səudiyyədə qadınların İKT sektorundakı payı 35%-ə çatdı

    Şotlandiyalı sənətçilər Edinburq festivalından İsraillə əlaqəli sponsorluqdan imtina tələb edir

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    İraq Səudiyyə Ərəbistanı və İranı vahid təhlükəsizlik şurasına çağırdı

    AfD əyalət seçkilərini Almaniyada hakimiyyətə yol kimi görür

    ABŞ İrana qarşı ən geniş iqtisadi təzyiq planını işə salır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.