Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Rəqəmsal İnkişaf Şurasının yaradılması ilə qanunvericiliyin təkmilləşdirilməsi dinamik xarakter alıb - Sevil Mikayılova

    7 İyul 2026 14:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Rəqəmsal İnkişaf Şurasının yaradılması ilə qanunvericiliyin təkmilləşdirilməsi dinamik xarakter alıb - Sevil Mikayılova
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Rəqəmsal İnkişaf Şurasının yaradılması ilə qanunvericiliyin təkmilləşdirilməsi dinamik xarakter alıb.

    VOA xəbər verir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Sevil Mikayılova parlamentin bugünkü iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

    S. Mikayılova qeyd edib ki, müasir dövrdə rəqəmsallaşma artıq yalnız texnologiyaların tətbiqi deyil, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, iqtisadi inkişafın sürətləndirilməsi, milli təhlükəsizliyin möhkəmləndirilməsi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi deməkdir.

    “İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi. Birinci vitse-prezident Mehriban Əliyeva vurğuladı ki, məqsəd Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Məhz Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlamasından sonra rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində də sistemli iş müşahidə olunmağa başladı. Son aylarda Milli Məclisdə bu istiqamətdə bir sıra mühüm qanun layihələri qəbul edildi və ya müzakirəyə çıxarıldı”, - deyə deputat bildirib.

    S.Mikayılovanın sözlərinə görə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişikliklər kibertəhlükəsizliyin hüquqi tənzimlənməsini ayrıca istiqamət kimi müəyyən edir və bu sahədə mövcud qanunvericiliyi beynəlxalq təcrübəyə uyğunlaşdırır.

    “Bu dəyişikliklər kiberməkanda münasibətlərin daha səmərəli təşkilinə kömək edəcək. Çünki hazırda təhlükəsizlik anlayışı əvvəlki dövrlərdən fərqli məzmun daşıyır. Əvvəllər təhlükəsizlik əsasən fiziki sərhədlərin qorunması ilə əlaqələndirilirdisə, bu gün dövlətlərin enerji sistemləri, bank sektoru, rabitə şəbəkələri, nəqliyyat infrastrukturu və dövlət xidmətləri rəqəmsal mühitdə fəaliyyət göstərir. Bu sistemlərə qarşı həyata keçirilən kiberhücumlar artıq milli təhlükəsizlik üçün real risk hesab olunur. Kibercinayətlərin isə fiziki sərhədləri yoxdur; onlar dövlət sərhədlərini asanlıqla aşır və transmilli xarakter daşıyır. Buna görə də hüquqi tənzimləmənin beynəlxalq standartlara uyğun qurulması xüsusi əhəmiyyət kəsb edir”,- deyə o əlavə edib.

    Deputat bildirib ki, qanun layihəsinin mühüm yeniliklərindən biri yeni hüquqi anlayışların daxil edilməsidir.

    “Digər diqqətçəkən yeniliklərindən biri də tənzimləyici test mühitinin hüquqi əsaslarının yaradılmasıdır. Dünyanın bir çox ölkəsində uğurla tətbiq olunan tənzimləyici test mühiti modeli Azərbaycanda da rəqəmsal iqtisadiyyatın və süni intellekt ekosisteminin təhlükəsiz inkişafı üçün mühüm hüquqi alət rolunu oynayacaq. Eyni zamanda digər aidiyyəti qanunlarla uzlaşdırılacaq yeni dəyişikliklər informasiya münasibətlərinin kompleks hüquqi tənzimlənməsinə xidmət edir. Beləliklə, kibertəhlükəsizlik ayrıca sahə kimi deyil, informasiya hüququnun digər institutları ilə qarşılıqlı əlaqədə inkişaf etdirilir”, - S. Mikayılova bildirib.

    Deputatın sözlərinə görə, təsadüfi deyil ki, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məsələləri bu gün dünyanın da əsas prioritetləri sırasında yer alır.

    “Məhz bunun göstəricisidir ki, iyulun 6–10-da İsveçrənin Cenevrə şəhəri süni intellekt və onun idarə olunması sahəsində qlobal müzakirələrin mərkəzinə çevriləcək. İlk dəfə təşkil olunan BMT-nin Süni İntellektin İdarə Olunması üzrə Qlobal Dialoqu çərçivəsində dövlət rəhbərləri, siyasətçilər, alimlər, texnologiya şirkətlərinin nümayəndələri və beynəlxalq təşkilatlar süni intellektin təhlükəsiz, məsuliyyətli və etik inkişafı, kibertəhlükəsizlik, standartlar və rəqəmsal idarəetmə məsələlərini müzakirə edəcəklər. Bu isə göstərir ki, informasiya və kibertəhlükəsizliyin hüquqi bazasının gücləndirilməsi qlobal çağırışlara uyğun və vaxtında atılan addımdır”, - deyə o əlavə edib.

    S. Mikayılova vurğulayıb ki, təqdim olunan qanun layihəsi Azərbaycanın kibertəhlükəsizlik sahəsində hüquqi bazasının formalaşdırılmasında mühüm mərhələdir.

    “Layihə təkcə yeni anlayışlar və institutlar yaratmır, həm də informasiya təhlükəsizliyi ilə bağlı müxtəlif qanunvericilik aktlarını vahid hüquqi sistem çərçivəsində əlaqələndirir. Bu dəyişikliklər informasiya infrastrukturunun etibarlı qorunmasına, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə, kiberinsidentlərə operativ cavab verilməsinə və ölkənin milli kiberdavamlılığının artırılmasına xidmət edəcək. Bununla yanaşı, təbii ki, kibertəhlükəsizlik daim inkişaf edən və dəyişən sahə olduğundan, gələcəkdə texnoloji yeniliklər və yeni risklər nəzərə alınmaqla qanunvericiliyin mütəmadi şəkildə təkmilləşdirilməsi zərurəti yaranacaq. Bu baxımdan hazırkı dəyişikliklər gələcək hüquqi inkişaf üçün də möhkəm normativ baza yaradır”, - deyə deputat bildirib.

    #Azərbaycan #Bakı #Sevil Mikayılova #Beynəlxalq Parlamentlərarası İttifaqı (IPU #Rəqəmsal İnkişaf Şurası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    22 Avqust 2026 21:19

    Azərbaycan və Özbəkistan arasında yeni əməkdaşlıq sənədləri imzalanıb

    22 Avqust 2026 18:36

    Daşkənddə Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu keçirilib

    22 Avqust 2026 14:57

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45

    Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir

    21 Avqust 2026 10:52

    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana arpa göndəriləcək

    21 Avqust 2026 10:14

    Bakıda “Ahıska Türkləri - İtmiş Sürgünün İzində” sərgisi keçiriləcək

    20 Avqust 2026 14:37

    Azərbaycan Afrika Respublikasına başsağlığı verib

    20 Avqust 2026 12:10

    Azərbaycan və Özbəkistan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır

    20 Avqust 2026 11:40

    Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

    20 Avqust 2026 11:20

    Azərbaycan və Özbəkistan yeni layihələri və ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib

    19 Avqust 2026 19:58

    Bakıda Azərbaycan və Qazaxıstan hərbi mütəxəssisləri arasında görüş keçirilib

    19 Avqust 2026 19:12
    XƏBƏR LENTİ

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    Misir və İran bölgədə gərginliyin azaldılması və diplomatik danışıqların bərpasını müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.