Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışı ilə Avropa təsisatlarının sülhə selektiv yanaşmasını dünyaya çatdırdı - Sevil Mikayılova

    5 May 2026 12:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışı ilə Avropa təsisatlarının sülhə selektiv yanaşmasını dünyaya çatdırdı - Sevil Mikayılova
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI. VOA:

    Regionda real yumşalma və əməkdaşlıq addımları atıldığı halda, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası bu prosesə konstruktiv töhfə vermək əvəzinə, ikili standartlı yanaşma nümayiş etdirir. Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi" Zirvəsinin 8-ci toplantısında videobağlantı ilə çıxışı zamanı Ermənistan–Azərbaycan sülh prosesinin faktiki nəticələri ilə bəzi Avropa təsisatlarının siyasi ritorikası arasındakı ziddiyyəti açıq şəkildə gündəmə gətirdi.

    Bunu VOA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

    S.Mikayılova bildirib ki, sülhün artıq bəyanatlar yox, praktika mərhələsində olduğu heç kimə sirr deyil.

    "Ermənistanın 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda keçirilməsinə dəstək verməsi qarşılıqlı etimad mühitinin formalaşdığını da açıq şəkildə göstərir. Bunun fonunda tranzit məhdudiyyətlərinin aradan qaldırılması, Azərbaycan ərazisi vasitəsilə Ermənistana on minlərlə ton yük daşınması və hətta neft məhsullarının ixracına başlanması iqtisadi inteqrasiyanın ilkin əlamətləridir. Bu faktlar sülhün "sərhəd xəttində sükut"dan daha artıq məna daşıdığını göstərir.

    Avropa Komissiyasının sülh prosesinə münasibəti müsbət qiymətləndirildiyi halda, Avropa Parlamenti və AŞPA-nın yanaşması ciddi sual doğurur. Azərbaycanın ərazi bütövlüyünün bərpası BMT qətnamələrinin icrası kimi təqdim olunsa da, Avropa parlament platformalarında bu fakt siyasi kontekstdə fərqli çərçivəyə salınıb və nəticədə sülh gündəliyinə dəstək əvəzinə, təzyiq alətinə çevrilib".

    Deputat qeyd edib ki, beş il ərzində Azərbaycanla bağlı qəbul edilən çoxsaylı qətnamələrin məhz Zirvə ərəfəsində yenilənməsi Bakıda bunun siyasi mesaj kimi qəbul edilməsinə səbəb olub. Bu cür addımlar dialoq mühitini möhkəmləndirmək əvəzinə, qarşılıqlı etimadı zəiflədir və regionda yeni formalaşan əməkdaşlıq mühitinə xələl gətirir. Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qərarı da məhz bu ikili standartın nəticəsində baş verdi. Tərəfdaşlıq qarşılıqlı hörmət və balans üzərində qurulmalıdır.

    "Cənubi Qafqazda yeni geosiyasi reallıq yaranır və bu reallıq praktik əməkdaşlıq, iqtisadi inteqrasiya və kommunikasiya xətlərinin açılması ilə müşayiət olunur. Lakin bəzi Avropa parlament təsisatlarının yanaşması hələ də münaqişə dövrünün siyasi leksikonundan çıxmayıb. Bu ziddiyyət sülh prosesinin beynəlxalq platformalarda obyektiv dəyərləndirilməsinə mane olur və ikili standart görüntüsü yaradır".

    Deputat onu da vurğulayıb ki, prosesə mane olmaq istəyən yanaşmalar mövcud olsa da, Azərbaycan sülh gündəliyinə sadiq qalır. 2028-ci ildə "Avropa Siyasi Birliyi" Zirvəsinin Azərbaycanda keçirilməsi isə regionda formalaşan sülhün siyasi simvoluna çevrilə bilər.

    #Sevil Mikayılova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan-Özbəkistan münasibətlərini daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova

    24 Avqust 2026 18:27

    Naxçıvanı regional nəqliyyat və enerji mərkəzinə çevirəcək yeni mərhələ başlayır - Sevil Mikayılova

    12 Avqust 2026 16:49

    Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır

    1 Avqust 2026 11:00

    Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova

    22 İyul 2026 16:06

    Rəqəmsal İnkişaf Şurasının yaradılması ilə qanunvericiliyin təkmilləşdirilməsi dinamik xarakter alıb - Sevil Mikayılova

    7 İyul 2026 14:35

    IPU-ya ilk qadın lider təyin edilib: yeni baş katib vəzifəsinin icrasına başlayıb

    1 İyul 2026 12:49

    Sevil Mikayılova Cenevrədə IPU-nun İcraiyyə Komitəsinin 300-cü iclasında iştirak edir

    29 İyun 2026 16:45

    “Media haqqında” qanuna dəyişikliklər müasir çağırışlara cavab verir - Sevil Mikayılova

    19 İyun 2026 13:14

    15 İyun – Azərbaycanın qurtuluş tarixinin başlanğıcı

    15 İyun 2026 09:25

    Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri gücləndirir

    4 İyun 2026 12:10

    Aqrar sektorda yeni yol xəritəsi kənd təsərrüfatının dönüş nöqtəsi olacaq - Sevil Mikayılova

    26 May 2026 15:12

    Azərbaycanın WUF13 kontekstində ən mühüm üstünlüklərindən biri postmünaqişə şəhərsalma təcrübəsidir - Sevil Mikayılova

    17 May 2026 15:46
    XƏBƏR LENTİ

    Mediator özünü necə inkişaf etdirməlidir?

    İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

    Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.