Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə qarşı sistemli dağıntılar həyata keçirilib - Sevil Mikayılova

    23 Aprel 2026 17:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə qarşı sistemli dağıntılar həyata keçirilib - Sevil Mikayılova
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA

    Son günlər azad edilmiş ərazilərdə guya "erməni dini irsinin dağıdılması" ilə bağlı saxta iddialar gündəmə gətirilsə də, bölgədə uzun illər davam edən işğal dövrünün real mənzərəsi tamamilə fərqli bir tablo ortaya qoyur.

    Bunu VOA-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

    "İşğal dövründə, hətta işğaldan əvvəlki dövlərdə belə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə qarşı sistemli dağıntılar həyata keçirilib. İşğal edilmiş ərazilərdə onilliklər ərzində Azərbaycan xalqına məxsus yüzlərlə tarixi-dini abidə məqsədyönlü şəkildə dağıdılıb, talan edilib və bir çox hallarda tamamilə məhv olunub.

    Rəsmi məlumatlara görə, Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər və Cəbrayıl rayonlarında onlarla məscid və ziyarətgah dağıdılıb, qəbirlər qazılıb, məzar daşları sökülərək aparılıb, qəbiristanlıqlar tamamilə yerlə-yeksan edilib. Bu faktlar bölgədə təkcə hərbi işğalın deyil, həm də mədəni və mənəvi irsə qarşı ciddi zərərin olduğunu göstərir.

    İşğal dövründə məscidlərin məqsədli şəkildə təhqir olunub, hətta heyvan saxlama və təsərrüfat məqsədləri üçün istifadə edilib. Bu cür hallar dini abidələrin statusu ilə ciddi ziddiyyət təşkil edir və beynəlxalq humanitar hüquqa ziddir".

    S.Mikayılova əlavə edib ki, Azərbaycanın mədəni irsinə qarşı sistemli dağıntılar Ermənistan ərazisində də aparılıb:

    "Məsələ yalnız işğal olunmuş ərazilərlə məhdudlaşmır. Tarixi mənbələrə əsasən, Ermənistan ərazisində, xüsusilə İrəvan bölgəsində Azərbaycan xalqına məxsus bir çox tarixi abidələr zamanla ya dağıdılıb, ya da mənsubiyyəti dəyişdirilərək təqdim olunub.

    Bunlara misal olaraq, İrəvandakı Şah Abbas, Sərdar və Hacı Novruzəli məscidləri, Göy məscidin orijinal memarlıq xüsusiyyətlərinin dəyişdirilməsini, digər XVI–XVIII əsr dini-mədəni abidələrimizdən azərbaycanlılara aid izlərinin silinməsini göstərmək olar".

    Deputat bildirib ki, Ermənistan tərəfindən Qarabağ ərazisində yerləşən bir sıra qədim xristian məbədlərinin – o cümlədən Amaras, Xudavəng və digər komplekslərin tarixi mənsubiyyəti təhrif olunaraq onların Ermənistana aid olması da saxta iddialardan başqa bir şey deyil:

    "Ermənistan tərəfindən aparılan bu sistemli proseslər yalnız fiziki dağıntı deyil, eyni zamanda tarixi yaddaşın dəyişdirilməsi və mədəni kimliyin silinməsidir. Dini və tarixi abidələrə qarşı edilən vandalizm beynəlxalq hüquq baxımından ciddi pozuntudur və bu məsələyə daha obyektiv yanaşma olmalıdır".

    #Sevil Mikayılova #Azərbaycan-Ermənistan #Azərbaycan Ermənistan sülh razılaşması #Azərbaycan Ermənistan danışıqları #Azərbaycan Ermənistan sülh müqaviləsi #Azərbaycan-Ermənistan sülh prosesi #Azərbaycan-Ermənistan normallaşma prosesi #Azərbaycan Ermənistan sülh prosesi #Ermənistan–Azərbaycan münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qarşıdakı illərdə Azərbaycan-Almaniya əməkdaşlığının geostrateji ölçüləri daha da genişlənəcək - Sevil Mikayılova

    22 İyul 2026 16:06

    Rəqəmsal İnkişaf Şurasının yaradılması ilə qanunvericiliyin təkmilləşdirilməsi dinamik xarakter alıb - Sevil Mikayılova

    7 İyul 2026 14:35

    IPU-ya ilk qadın lider təyin edilib: yeni baş katib vəzifəsinin icrasına başlayıb

    1 İyul 2026 12:49

    Sevil Mikayılova Cenevrədə IPU-nun İcraiyyə Komitəsinin 300-cü iclasında iştirak edir

    29 İyun 2026 16:45

    “Media haqqında” qanuna dəyişikliklər müasir çağırışlara cavab verir - Sevil Mikayılova

    19 İyun 2026 13:14

    15 İyun – Azərbaycanın qurtuluş tarixinin başlanğıcı

    15 İyun 2026 09:25

    Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri gücləndirir

    4 İyun 2026 12:10

    Aqrar sektorda yeni yol xəritəsi kənd təsərrüfatının dönüş nöqtəsi olacaq - Sevil Mikayılova

    26 May 2026 15:12

    Azərbaycanın WUF13 kontekstində ən mühüm üstünlüklərindən biri postmünaqişə şəhərsalma təcrübəsidir - Sevil Mikayılova

    17 May 2026 15:46

    Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    5 May 2026 20:12

    Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışı ilə Avropa təsisatlarının sülhə selektiv yanaşmasını dünyaya çatdırdı - Sevil Mikayılova

    5 May 2026 12:56

    Münaqişələrin nizamlanması siyasi iradə və güclü liderlik tələb edir - Mixol Marti

    4 May 2026 19:37
    XƏBƏR LENTİ

    Azərbaycan hip-hopu: Çingiz Mustafayevdən müasir rep dalğasına qədər

    Əs-Sistani sonrası Nəcəf Hövzəsini gözləyən tarixi sınaq

    Qətər dəniz naviqasiyasının tam bərpa olunduğunu elan edib

    Səhra ortasındakı cənnət: Səba krallığının mühəndislik möcüzələri və ticarət sirləri

    Medikamentoz terapiyadan bioloji hədəfə: Xoralı kolitin müasir dərmanla müalicə protokolları

    Səudiyyə Ərəbistanında milli siyasət boğulma hallarını 31 faiz azaldıb

    Səudiyyə boksçuları Ciddədə qələbə qazandı – Yerli idmançılar beynəlxalq gecəyə damğa vurdu

    İsrailin hücumları cənubda yerləşdirilmə prosesinə mane olur - Livan ordusu

    Peyk görüntüləri: Sudanda Ordu Baş Qərargahında genişmiqyaslı yenidənqurma işləri aparılır

    Linuxda faylların oxunması və izlənilməsi: Head, Tail və Less komandaları

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.