Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Azərbaycan və İran arasında Bakıda imzalanan sənədlər dövlətlərarası münasibətlərdə yeni mərhələnin əsasını qoyur – Sevil Mikayılova

    30 Aprel 2025 16:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan və İran arasında Bakıda imzalanan sənədlər dövlətlərarası münasibətlərdə yeni mərhələnin əsasını qoyur – Sevil Mikayılova
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycan-İran münasibətləri əsrlər boyu davam edən tarixi bağlara əsaslanır. İki ölkə arasındakı əlaqələr Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra davamlı olaraq inkişaf edib. İran-Azərbaycan münasibətlərinin möhkəmlənməsi Ulu Öndər Heydər Əliyevin uzunmüddətli siyasi irsinin və Prezident İlham Əliyevin praqmatik xarici siyasəti nəticəsində mümkün olub. Bu əlaqələr yalnız hər iki ölkənin müstəqil və milli maraqlarını qorumaqla məhdudlaşmır, həm də regional və qlobal səviyyədə qarşılıqlı hörmət prinsipi əsasında irəliyə aparılır. Ortaq tarixi irs, mədəniyyət, yaxın qonşuluq və qardaşlıq münasibətləri Azərbaycan və İran arasında davamlı və uğurlu əməkdaşlığın özülünü təşkil edir və gələcək layihələrin yeni istiqamətlərini müəyyənləşdirir.

    AzerVoice xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

    S. Mikayılova qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir.

    “Pezeşkianın bu səfəri Azərbaycan-İran arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək və yeni strateji hədəflərə yönəltmək məqsədi daşıyır. Səfər çərçivəsində aparılan danışıqlar iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində konkret addımların atılmasına stimul verir. Həmçinin, Prezident İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında imzalanan Birgə Bəyanat ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu və regional əməkdaşlığın inkişafında mühüm addım olduğunu əyani şəkildə göstərir. Bu sənədlər, qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın hüquqi bazasını möhkəmləndirərək praktiki fəaliyyətin genişlənməsinə xidmət edəcək”, - deyə deputat əlavə edib.

    Sevil Mikayılova vurğulayıb ki, Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla mətbuata birgə bəyanatı Azərbaycan və İranın beynəlxalq arenada bir-birini dəstəkləyərək regional səviyyədə daha güclü bir mövqe tutduqlarını göstərir.

    "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hər iki ölkə istər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır. Bu ifadə, Azərbaycan və İran arasındakı güclü və uzunmüddətli əlaqələrin bir təzahürüdür. Eyni zamanda, iki ölkənin bir-birinə qarşılıqlı dəstəyini və əməkdaşlıq prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir. Çünki Azərbaycanın xarici siyasəti çoxşaxəlidir və beynəlxalq əməkdaşlıq formatı zəngindir. Həmçinin, İran Prezidenti Məsud Pezeşkianın Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğuna dair açıq dəstəyi yalnız Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiqləmək deyil, həm də beynəlxalq hüquq normalarına, ədalətə və regional əməkdaşlıq prinsiplərinə uyğun bir yanaşmadır. Bu dəstək, həm İranın, həm də beynəlxalq ictimaiyyətin ərazi münaqişələrinə yanaşmasında əsas götürülən hüquqi prinsiplərinə sadiqliyini nümayiş etdirir”, - deyə o əlavə edib.

    Deputat bildirib ki, Azərbaycan və İran arasındakı əlaqələr tarixi köklərə və müasir əməkdaşlığa bağlıdır. Bu münasibətlər 1991-ci ildə Azərbaycanın müstəqilliyini qazandığı gündən rəsmi şəkildə inkişaf etməyə başlayıb.

    “Diplomatik əlaqələr 12 mart 1992-ci ildə qurulmuşdur və bu, iki ölkə arasında güclü əməkdaşlıq əlaqələrinin əsasını qoyub. İran, Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb və bundan sonra iki ölkə arasında diplomatik münasibətlər qurulub. İranın Bakı şəhərində 1969-cu ildən fəaliyyət göstərən konsulluğu, 1992-ci ilin mart ayında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi kimi fəaliyyətini davam etdirir. 1992-ci ilin dekabr ayında isə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfirliyi fəaliyyətə başlayıb. İranın Naxçıvan şəhərində Baş Konsulluğu 1992-ci ilin mart ayından, Azərbaycanın Təbriz şəhərində isə Baş Konsulluğu 2004-cü ilin oktyabrından fəaliyyət göstərir”, - deyə S. Mikayılova əlavə edib.

    Deputatın sözlərinə görə, Azərbaycan və İran arasında son illərdə müxtəlif sahələri əhatə edən ümumilikdə 147 sənəd imzalanıb.

    “Bu sənədlərin imzalanması, iki ölkə arasındakı əməkdaşlığın nə qədər geniş və dərin olduğunu göstərir. İqtisadi sahədə də əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət edir. Ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq daha da möhkəmlənir. Azərbaycan-İran əməkdaşlığı həmçinin, 3+3 regional məşvərət mexanizmi çərçivəsində də davam edir. Bu mexanizm, Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Gürcüstan-Türkiyə kimi regional əməkdaşlıq formatlarını əhatə edir. Bu cür əməkdaşlıq regionda iqtisadi inteqrasiyanı təşviq etməklə yanaşı, həm də sabitlik və təhlükəsizliyin təmin edilməsinə kömək edir. Ümumiyyətlə, Azərbaycan-İran əlaqələri strateji əhəmiyyət kəsb edir və regionda sabitliyin təmin edilməsində konstruktiv rol oynayır", - deyə S. Mikayılova fikrini tamamlayıb.

    #Sevil Mikayılova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rəqəmsal İnkişaf Şurasının yaradılması ilə qanunvericiliyin təkmilləşdirilməsi dinamik xarakter alıb - Sevil Mikayılova

    7 İyul 2026 14:35

    IPU-ya ilk qadın lider təyin edilib: yeni baş katib vəzifəsinin icrasına başlayıb

    1 İyul 2026 12:49

    Sevil Mikayılova Cenevrədə IPU-nun İcraiyyə Komitəsinin 300-cü iclasında iştirak edir

    29 İyun 2026 16:45

    “Media haqqında” qanuna dəyişikliklər müasir çağırışlara cavab verir - Sevil Mikayılova

    19 İyun 2026 13:14

    15 İyun – Azərbaycanın qurtuluş tarixinin başlanğıcı

    15 İyun 2026 09:25

    Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri gücləndirir

    4 İyun 2026 12:10

    Aqrar sektorda yeni yol xəritəsi kənd təsərrüfatının dönüş nöqtəsi olacaq - Sevil Mikayılova

    26 May 2026 15:12

    Azərbaycanın WUF13 kontekstində ən mühüm üstünlüklərindən biri postmünaqişə şəhərsalma təcrübəsidir - Sevil Mikayılova

    17 May 2026 15:46

    Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışı ilə Avropa təsisatlarının sülhə selektiv yanaşmasını dünyaya çatdırdı - Sevil Mikayılova

    5 May 2026 12:56

    İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə qarşı sistemli dağıntılar həyata keçirilib - Sevil Mikayılova

    23 Aprel 2026 17:03

    Sevil Mikayılova İstanbulda Qadın Parlamentarilər Bürosu və Forumunun iclasında çıxış edib

    16 Aprel 2026 18:27

    Deputat Sevil Mikayılova Parlamentlərarası İttifaqda yüksək vəzifəyə təyin olunub

    15 Aprel 2026 11:21
    XƏBƏR LENTİ

    AK Partiya yeni Konstitusiya təşəbbüsünü davam etdirir, referendum planlaşdırılır

    Apple yenidən dünyanın ən bahalı şirkəti oldu

    2026 Dünya Çempionatının finalı bir sıra ilklərlə tarixə düşəcək

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib

    ABŞ-nin hücumları xalqın birliyini daha da gücləndirib - İran XİN

    Makron və Merts müdafiə sahəsində əməkdaşlığı genişləndirir

    Nyu-Yorkda Azərbaycan–Polşa şəhərsalma dialoqu: yeni əməkdaşlıq imkanları müzakirə olunub

    İran ABŞ-ın İordaniyadakı əsas aviabazasını vurub

    Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qeydiyyat davam edir

    “Mütəxəssislərin bir nömrəli seçimi” reklamları həqiqətən təsirlidirmi? Marketinqdə etibar faktorunun rolu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.