Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Qətər
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Körfəz Əməkdaşlıq Şurası
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib

    7 Oktyabr 2024 13:33
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    7 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.

    Bu barədə AzerVoice-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Çıxışda, Azərbaycanın MDB çərçivəsində iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiyalar, süni intellekt, humanitar, gənclər və s. istiqamətlər üzrə əməkdaşlığa baxışı, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi barədə məlumat verilib.

    Nazirlər Şurasının iclasının uğurlu təşkilinə görə Rusiya Federasiyasına təşəkkür edilib, növbəti ildə Birliyə sədrliyi həyata keçirəcək Tacikistan Respublikasına uğurlar arzulanıb.

    Təşkilata üzv dövlətlərlə qarşılıqlı səfər və təmasların artırılmasının ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığa töhfə verdiyi, o cümlədən Xarici İşlər Nazirləri Şurası formatının öz növbəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində faydalı olduğu qeyd edilib.

    Humanitar və gənclər sahəsində əməkdaşlıq üzrə birgə tədbirlərin keçirilməsini nəzərdə tutan planların üzv ölkələr və xalqlar arasında əməkdaşlıq və yaxınlaşmaya töhfə verəcəyinə dair inam ifadə olunub.

    Ölkəmizin “Birliyin mədəniyyət paytaxtı” təşəbbüsünə xüsusi önəm verdiyi, bu istiqamətdə növbəti il üçün Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan olunması haqqında dövlət başçıları tərəfindən qəbul edilməsi nəzərdə tutulan qərarın bu ildə mədəniyyət sahəsində birgə genişmiqyaslı layihə və tədbirlərin təşkilinə imkan verəcəyi qeyd olunub.

    MDB çərçivəsində radikalizmə qarşı əməkdaşlıq məsələlərinin effektiv tənzimlənməsi sahəsində beynəlxalq hüquqi bazanın təkmilləşdirilməsi, maarifləndirici tədbirlərin və kadr potensialının gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.

    Mülki təyinatlı süni intellekt sahəsində əməkdaşlığın, habelə bu sahənin beynəlxalq hüquq normaları, xüsusilə suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət, dövlət nəzarəti və etik prinsiplər əsasında inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

    Sözügedən sahə üzrə təhlükəsizlik təhdidləri ilə mübarizədə birgə səylərin vacibliyi qeyd olunub, ölkəmiz tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər, o cümlədən cari ilin sentyabr ayında keçirilən Kiberdiplomatiya üzrə ilk beynəlxalq konfransdan bəhs olunub.

    Ölkəmizin COP29 sədrliyi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, tərəfimizdən aparılan danışıqlar prosesi və görülən hazırlıq işlərinin qlobal iqlim fəaliyyətinə mühüm töhfə olması məqsədilə genişmiqyaslı sədrlik fəaliyyəti apardığımızı diqqətə çatdırıb.

    XXX

    13:26

    Oktyabrın 7-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası başlayıb.

    AzerVoice xəbər verir ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.

    İclasda xarici siyasət idarələrinin rəhbərləri Rusiyanın 2024-cü ildə sədrliyi çərçivəsində birgə fəaliyyətin yekunlarını, MDB-də əməkdaşlığın inkişaf perspektivlərini, o cümlədən iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, ənənəvi və yeni çağırışlara, təhdidlərə qarşı mübarizə, mədəni və humanitar əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

    Eyni zamanda, 2025-ci il üçün nazirliklər arasında çoxsəviyyəli məsləhətləşmələr planının təsdiqlənəcəyi, həmçinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının tarixinin və yerinin razılaşdırılacağı gözlənilir. İclasda təsdiq ediləcək sənədlərin əksəriyyətinin baxılması üçün MDB Dövlət Başçıları Şurasına və Hökumət Başçıları Şurasına təqdim olunacağı planlaşdırılır.

    İclas çərçivəsində əvvəlcə məhdud tərkibdə, sonra isə geniş tərkibdə görüşlərin keçiriləcəyi gözlənilir.

    Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib
    Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib
    Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib
    Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib
    #Rusiya #MDB
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ukrayna Avropa İttifaqını “Rosatom”a qarşı sanksiya tətbiq etməyə çağırıb

    17 Avqust 2026 20:23

    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndərilib

    15 Avqust 2026 11:15

    Hörmüzdə gəmiçilik azadlığını ABŞ-ın təcavüzü məhv edib - Rusiya

    14 Avqust 2026 18:39

    Avropanın qaz ehtiyatları azalır – Rusiya ilə münasibətlər yenidən gündəmdə

    14 Avqust 2026 16:26

    Rusiya Ukrayna limanlarını vurdu

    13 Avqust 2026 11:55

    Rusiya və Qırğızıstan birgə hərbi təlimlər keçirir

    11 Avqust 2026 16:51

    Serbiya və Ukrayna liderləri iqtisadi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər

    8 Avqust 2026 20:19

    Putin BƏƏ Prezidenti ilə Körfəz və Ukraynadakı vəziyyəti müzakirə edib

    7 Avqust 2026 18:25

    Zelenski Ceyhun Bayramovla Azərbaycan-Ukrayna strateji tərəfdaşlığını müzakirə edib

    6 Avqust 2026 20:38

    Qətər və Rusiya XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

    4 Avqust 2026 19:00

    ABŞ Rusiya və Ukrayna arasında danışıqları bərpa etmək istəyir - Rubio

    1 Avqust 2026 13:42

    ABŞ İranın "Mahan Air" aviaşirkətini dəstəkləyən şəbəkələrə qarşı yeni sanksiyalar tətbiq edib

    30 İyul 2026 21:42
    XƏBƏR LENTİ

    Bu gün Çingizxan öldü

    Bu gün Qorbaçova qarşı çevriliş cəhdi başladı

    Tarixdə bu gün –18 Avqust

    BMT İsrail məskunlarının mühasirəsində olan ailələrə yardım göstərib

    İsrailin Livanın cənubuna hücumlarında kəskin artım qeydə alınıb - BMT

    İran ABŞ-la zəruri hesab etdiyim razılaşmanı bağlamayacaq - Tramp

    Trampdan Omana şok təhdid - Mane olsanız, bombalayacağıq

    Oman sahildə qalan gəmidən yayılan neftin qarşısını almaq üçün tədbirləri gücləndirib

    İsrail prezidenti Qəzza planı ilə bağlı səyləri dəstəkləyib

    Hörmüz boğazından gəmi keçidləri kəskin azalıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.