BAKI,VOA, Fərid Mikayılov
Rusiya Müdafiə Nazirliyi Ukraynanın paytaxtı Kiyevdə və Kiyev vilayətində hərbi-sənaye müəssisələrini, logistika mərkəzlərini və anbarları vurduqlarını açıqlayıb.
VOA xəbər verir ki, nazirlikdən verilən bəyanatda Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyətləri barədə məlumat paylaşılıb.
Rusiya ordusunun gecə saatlarında Kiyev şəhəri və vilayətində yerləşən hərbi-sənaye obyektlərinə, logistika mərkəzlərinə və anbarlara qarşı hücum təşkil etdiyi bildirilən bəyanatda vurulan nöqtələr sıralanıb.
Açıqlamada Kiyevdə pilotsuz uçuş aparatları (PUA) və raket hissələrinin istehsal olunduğu "Fire Point", "Ukrspecsystems" və "Antonov" adlı fabrikaların, eləcə də döyüş sursatı anbarının, Kiyev vilayətində isə PUA və robotik sistemlərin çatdırılmasının həyata keçirildiyi "Martusovka" logistika mərkəzi ilə yanacaq-sürtkü materialları anbarının vurulduğu qeyd edilib.
Ötən gün də Ukraynanın Çornomorsk və Yujnı limanlarındakı hərbi anbarların hədəf alındığı xatırladılan bəyanatda hücumlarda qurudan, havadan və dənizdən buraxılan yüksək dəqiqlikli silahlar və PUA-lardan istifadə edildiyi vurğulanıb.