Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Azərbaycan və Küveyt arasında siyasi məsləhətləşmələr keçirildi

    14 Fevral 2025 20:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan və Küveyt arasında siyasi məsləhətləşmələr keçirildi
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    13 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Küveyt Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 1-ci raundu keçirilib.

    AzerVoice xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Küveyt tərəfindən isə xarici işlər nazirinin müavini Şeyx Carrah Cabir əl-Əhməd əl-Sabah rəhbərlik edib.

    Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, turizm, təhsil, humanitar və digər sahələrdə əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

    Bununla yanaşı, çoxtərəfli formatda, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin 29-cu Konfransı (COP) çərçivəsində qarşılıqlı əlaqələndirmə və əməkdaşlıq yüksək qiymətləndirilib.

    Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.

    Səfər zamanı Yalçın Rəfiyev Küveyt Dövlətinin ticarət və sənaye naziri Xəlifə əl-Əcil və Küveyt Birbaşa İnvestisiya Təşviqi Qurumunun Baş Direktoru Şeyx Dr. Məşəl Cabir əl-Əhməd əl-Sabah ilə görüşüb. Görüşdə cari ilin aprel ayında keçirilməsi nəzərdə tutulan Azərbaycan və Küveyt arasında Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasına hazırlıq, eləcə də qarşılıqlı ticarət missiyalarının və biznes forumların təşkil edilməsi məsələləri müzakirə edilib.

    Həmçinin nazir müavini Küveytə səfəri çərçivəsində Körfəz və Ərəbistan Yarımadası Araşdırmaları Mərkəzini (Center for the Gulf and Arabian Peninsula Studies) ziyarət edib və Mərkəzin idarə heyətinin üzvü səfir Əbdüləziz Əbdüllətif əl-Şarix ilə birlikdə Mərkəzin rəhbər və tədqiqatçı heyətinə Azərbaycanın xarici siyasəti və regional mövzulara dair geniş təqdimat edib. Nazir müavini Azərbaycan-Küveyt əməkdaşlığının gələcək inkişaf perspektivlərindən bəhs edərək, ölkəmizin xarici siyasət prioritetləri, regional və qlobal məsələlərə dair baxışları, eləcə də Ermənistan-Azərbaycan post-münaqişə dövrü normallaşma prosesi və işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa və yenidənqurma işləri barədə dinləyiciləri məlumatlandırıb.

    Nazir müavini, eyni zamanda Küveyt Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və onların təhsil şəraiti ilə maraqlanıb.

    Azərbaycan və Küveyt arasında siyasi məsləhətləşmələr keçirildi
    Azərbaycan və Küveyt arasında siyasi məsləhətləşmələr keçirildi
    Azərbaycan və Küveyt arasında siyasi məsləhətləşmələr keçirildi
    Azərbaycan və Küveyt arasında siyasi məsləhətləşmələr keçirildi
    Azərbaycan və Küveyt arasında siyasi məsləhətləşmələr keçirildi
    #Azərbaycan #Küveyt #BMT #İslam Əməkdaşlıq Təşkilatı #Xarici İşlər Nazirliyi #COP29 #Qoşulmama Hərəkatı #Yalçın Rəfiyev #kənd təsərrüfatı #Siyasi məsləhətləşmələr #Küveyt Xarici İşlər Nazirliyi #İkitərəfli əlaqələr #Şeyx Carrah Cabir əl-Əhməd əl-Sabah #Turizm sahəsi #Təhsil və humanitar əlaqələr #Regional və beynəlxalq məsələlər #Azərbaycan-Küveyt Hökumətlərarası Birgə Komissiya #Ticarət missiyaları #Biznes forumlar #İnvestisiya təşviqi #Körfəz və Ərəbistan Yarımadası Araşdırmaları Mərkəzi #Xarici siyasət prioritetləri #Post-münaqişə normallaşma prosesi #Yenidənqurma işləri #Küveyt Dövlət Universiteti #Azərbaycanlı tələbələr
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

    2 Sentyabr 2026 13:34

    Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat

    2 Sentyabr 2026 11:29

    2027-ci ildə innovasiya fəaliyyətində iştirakçı qurumların sayının 40-a çatdırılması hədəflənir - Fərid Osmanov

    2 Sentyabr 2026 10:13

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    1 Sentyabr 2026 22:12

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12

    Azərbaycanla Bəhreyn iqtisadi və enerji əməkdaşlığını müzakirə edib

    1 Sentyabr 2026 16:32

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    1 Sentyabr 2026 14:38

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    1 Sentyabr 2026 12:48

    Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

    1 Sentyabr 2026 11:05

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

    Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

    Qətər və BƏƏ mayeləşdirilmiş qazı Hörmüz boğazından kənarda daşıyır

    Səudiyyə və Oman liderləri regiondakı vəziyyəti müzakirə edib

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    Türkiyənin xarici ticarət balansı - Neft və qaz idxalı xərcləri artırmağa davam edir

    KƏŞ ölkələrində yeni dövr - Vahid turist vizası və birgə strategiya bəhrəsini verir

    Misirin Sinay yarımadasında avtobus qəzasında 16 nəfər ölüb

    Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir

    Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.