#Qoşulmama Hərəkatı

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib. Azərbaycan parlamentinin spikeri çıxışında bu gün dünyada artan qeyri-müəyyənlik dövründə münaqişələrin davam etdiyini, gərginliyin artdığını, böhranların dərinləşdiyini və bərabərsizliklərin genişlənməkdə davam etdiyini bildirib. Onun sözlərinə görə, bu meyillər sülhün və ədalətin təməllərini sarsıtmaq riski yaradır. O cümlədən, Sahibə Qafarova iqlim dəyişikliyinin artıq real olduğunu və təcili tədbirlər tələb etdiyini vurğulayıb. Bu şəraitdə Assambleyanın mövzusunun həm vaxtında, həm də son dərəcə aktual olduğunu söyləyən Milli Məclisin sədri deyib ki, bu, kollektiv və məsuliyyətli şəkildə hərəkət etməyə çağırır.

Bakıda Qoşulmama Hərəkatının Gənclər Həftəsi öz işinə başlayıb. Tədbir iki gün davam edəcək. Bu gün "Təhsilin təsiri: diplomatiyada elmin, siyasətin və kommunikasiyanın rolu", "Öhdəlikdən fəaliyyətə: vətəndaş cəmiyyətində, sənayedə və biznesdə dayanıqlı inkişaf" mövzularında panel müzakirələri keçiriləcək.

Qəzza mövzusu ilə bağlı beynəlxalq yanaşmaların nə qədər həssas, mürəkkəb və çoxşaxəli olduğu artıq hamı tərəfindən qəbul edilən reallıqdır. Bu kontekstdə Azərbaycanın mövqeyi bəzən yanlış təqdim olunur və ya səthi şərh edilir. Halbuki rəsmi Bakının mövcud regional reallıqları nəzərə alaraq sərgilədiyi xətt həm təhlükəsizlik baxımından, həm də diplomatik baxımdan kifayət qədər ölçülüb-biçilmiş bir yanaşmadır.