Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Sahibə Qafarova Bundestaqın komitəsi sədri ilə görüşüb

    1 Mart 2024 21:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sahibə Qafarova Bundestaqın komitəsi sədri ilə görüşüb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Milli Məclisin sədri Sahibə Qafarova martın 1-də ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikası Bundestaqının Hüquq siyasəti komitəsinin sədri Elizabet Vinkelmayer-Bekerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    AzerVoice xəbər verir ki, qonaqları Azərbaycan parlamentində salamlayan spiker ümidvar olduğunu bildirib ki, bu səfər ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə töhfə verəcək.

    O, Azərbaycan və Almaniyanın dost və tərəfdaş ölkələr olduğunu, hər iki tərəfin ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib.

    Görüşdə ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli siyasi dialoqun, xüsusilə dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin müstəsna rolu vurğulanıb. Milli Məclisin sədri Prezident İlham Əliyevin bu il Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində də kansler Olaf Şoltsla görüşdüyünü və müzakirələr apardığını xatırladıb.

    Görüşdə spiker Sahibə Qafarova hazırda regionda mövcud olan vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri, münasibətlərin normallaşdırılması, etimad mühitinin yaradılması və sülhün təsis edilməsi üçün vacib əhəmiyyət kəsb edən məqamlar barədə qarşı tərəfə ətraflı məlumat verib.

    Milli Məclisin sədri Münxendə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin kansler Olaf Şoltsun vasitəçiliyi ilə bir araya gəldiyini, son 2 gündə isə Almaniya paytaxtında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin də sülh sazişi üzrə danışıqlar apardığını xatırladaraq, bu məsələdə Almaniyanın neytral mövqeyini müsbət qiymətləndirib.

    Milli Məclisin sədri qarşı tərəfin diqqətinə çatdırıb ki, Ermənistan yalan və həqiqətdən uzaq iddialarla çıxış edir və beynəlxalq ictimaiyyəti yalnış məlumatlandırmağa çalışır.

    Sahibə Qafarova görüşdə qeyd edib ki, bu gün Qərbdəki bəzi dairələr Azərbaycanın guya Ermənistana hücum edəcəyi haqda absurd, yalan iddialar ortaya atır. O, bir daha vurğulayıb ki, bu iddiaların heç bir əsası yoxdur. Azərbaycan bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparır və yeni şəhərlər, kəndlər salınır. Böyük qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıdırlar. Belə olduğu halda, Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı iddialar tamamilə qəbuledilməzdir.

    Milli Məclisin sədri, həmçinin bu gün Avropada bəzi dairələr tərəfindən Azərbaycana qarşı ikili standartları kəskin tənqid edib. O, diqqətə çatdırıb ki, Azərbaycan torpaqları 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılıb. İşğal dövründə 9 şəhər və yüzlərlə kənd, tarixi, mədəni, dini abidələrimiz tamamilə dağıdılıb, 1 milyon vətəndaşımız qaçqın və məcburi köçkün düşüb. Azərbaycan 30 il ərzində ədalətin, beynəlxalq hüququn bərpa olunmasını gözləyib. Buna baxmayaraq, beynəlxalq ictimaiyyət Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyib. Azərbaycan özü ərazilərini işğaldan azad edib, beynəlxalq hüququn norma və prinsiplərinin icrasını təmin edib. 30 illik işğala baxmayaraq, məhz Azərbaycan regionda uzunmüddətli sülhün əldə olunması təşəbbüsü ilə çıxış edib, beynəlxalq hüququn 5 əsas prinsipi, o cümlədən bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi mətnini hazırlayaraq, Ermənistana təklif edib.

    Spikerin sözlərinə görə, Azərbaycan dəfələrlə bildirib ki, sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur və biz müsbət nəticə əldə etmək üçün səylərimizi davam etdiririk.

    Milli Məclisin sədri bununla yanaşı, 250 min azərbaycanlının Ermənistandan deportasiya olunduğunu və qaçqın həyatı yaşamağa məcbur olduğunu bildirib. Sahibə Qafarova deyib ki, bu gün də 250 min azərbaycanlının hüquqları haqqında heç kəs danışmır və bu da ikili standartların nümunəsidir.

    Bundestaqın Hüquq siyasəti komitəsinin sədri Elizabet Vinkelmayer-Beker görüş və müzakirələr aparılması üçün imkan yaradılmasına görə minnətdarlığını bildirərək, regiona səfərlərinin məqsədləri barədə məlumat verib.

    O, sülh sazişinin imzalanması, etimad mühitinin yaradılması üzrə danışıqları dəstəklədiklərini bildirərək, deyib ki, Almaniya ərazi bütövlüyü və sülh məsələsində Azərbaycanla birlikdədir. Komitə sədri vurğulayıb ki, Qarabağ beynəlxalq hüquq baxımından hər zaman Azərbaycanın ərazisi olub. Elizabet Vinkelmayer-Beker ümidvar olduğunu bildirib ki, aparılan danışıqlar müsbət nəticə verəcək və tərəflər arasında sülh sazişinin imzalanması mümkün olacaq.

    Görüşdə ikitərəfli əməkdaşlıq, parlamentlərimiz arasında münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

    Sahibə Qafarova Bundestaqın komitəsi sədri ilə görüşüb
    Sahibə Qafarova Bundestaqın komitəsi sədri ilə görüşüb
    Sahibə Qafarova Bundestaqın komitəsi sədri ilə görüşüb
    Sahibə Qafarova Bundestaqın komitəsi sədri ilə görüşüb
    Sahibə Qafarova Bundestaqın komitəsi sədri ilə görüşüb
    Sahibə Qafarova Bundestaqın komitəsi sədri ilə görüşüb
    Sahibə Qafarova Bundestaqın komitəsi sədri ilə görüşüb
    #Azərbaycan #Almaniya #Sahibə Qafarova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

    8 İyun 2026 11:56

    Paşinyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa sadiqliyini bəyan edib

    8 İyun 2026 10:54

    Almaniya kilsəsində inamın azalması: Niyə almanlar imanlarını itirir?

    7 İyun 2026 09:00

    Almaniya XIN:Hər iki Körfəz ölkəsinə səfərlər risklidir

    6 İyun 2026 22:44

    İstanbulda Azərbaycan və Moldova kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib

    6 İyun 2026 19:30

    Azovda vurulan gəmilərdən xilas edilən Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması üçün iş aparılır - XİN

    6 İyun 2026 16:35

    Kəlbəcərdə iki hərbçi dərəyə yıxılıb, biri ölüb

    6 İyun 2026 15:44

    Adil Kərimli Türkmənistanın xarici işlər naziri ilə görüşüb

    6 İyun 2026 14:37

    Millimizin heyətindən iki oyunçu çıxarıldı

    6 İyun 2026 14:21

    Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

    6 İyun 2026 10:51

    Səudiyyə Ərəbistanın Atletika komandasının üzvləri ilə görüş keçirilib

    5 İyun 2026 20:52

    Azərbaycan ərazisinin İsrail-İran müharibəsində istifadə olunması ilə bağlı iddialar dezinformasiyadır - MEDİA

    5 İyun 2026 20:35
    XƏBƏR LENTİ

    Onlayn mediasiya qanunvericilikdə necə tanınır?

    Süni intellektin ən yaxşı 10 test və qiymətləndirmə aləti

    Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

    Linuxda arxivləşdirmə və sıxılma: Tar, Zip və Unzip komandaları

    Paşinyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa sadiqliyini bəyan edib

    Paşinyanın partiyası hökuməti təkbaşına qurmaq hüququ əldə edib

    Ermənistanda seçkilər: Paşinyanın partiyası qalib gəlib

    Fateh Sultan Mehmedin səfərləri Osmanlı iqtisadiyyatına necə təsir edirdi?

    Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

    Bağdadda hərbi qarşıdurma xofu: İraq hökuməti qruplaşmaların silahlarını müsadirə edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.