Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq / Fələstin
    Fələstin

    Tokio Qəzzada yaralananların Yaponiyada müalicəsi üçün plan hazırlayır

    4 Fevral 2025 10:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tokio Qəzzada yaralananların Yaponiyada müalicəsi üçün plan hazırlayır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Yaponiyanın baş naziri Şigeru İşiba hökumətinin Qəzza zolağından olan yaralılar və xəstələr üçün Yaponiyada tibbi yardım göstərmək planını araşdırdığını açıqlayıb.AzerVoice xəbər verir ki, İşiba parlament iclasında çıxışı zamanı hökumətinin "Qəzzadakı xəstələr və yaralılar üçün Yaponiyada dəstək proqramı" üzərində çalışdığını bildirib.
    O əlavə edib ki, İsraillə atəşkəs vəziyyətində olan Qəzza sakinlərinə təhsil imkanları da təqdim edilə bilər. İşiba bu sözləri bir deputatın 2017-ci ildən bəri suriyalı qaçqın tələbələrin qəbul edilməsi üçün tətbiq edilən proqramın Qəzza sakinlərinə dəstək üçün nümunə kimi istifadə olunub-olunmayacağı ilə bağlı sualına cavab verərkən deyib.

    "Biz Qəzza üçün oxşar bir proqram başlatmağı düşünürük və hökumət bu planı həyata keçirmək üçün səylər göstərəcək"-deyə İşiba bildirib

    Parlamentdə müzakirə edilən tədbirlər Yaponiyanın miqrasiya siyasətindən fərqlənir, çünki Yaponiya qaçqın müraciətlərinin az hissəsini qəbul etdiyi üçün tənqid olunur.

    2023-cü ildə Yaponiya 13823 müraciətdən cəmi 1310 qaçqın müraciətini qəbul etməyi planlaşdırıb ki, bu da ümumi müraciətlərin 10 faizindən azdır. Yaponiyanın Xarici İşlər Nazirliyinin yardım proqramlarına cavabdeh olan bir rəsmisinin məlumatına görə, Yaponiya keçən ilin sonuna qədər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən qaçqın kimi tanınan cəmi 82 suriyalı tələbəni qəbul edib.

    Həmin rəsmi Frans Press agentliyinə bildirib ki, bu proqram Yaponiyanın uzunmüddətli xarici yardım siyasətinin bir hissəsi olaraq Suriyanın gələcək liderlərini yetişdirmək məqsədini daşıyır.

    HƏMAS-ın Qəzzadakı Səhiyyə Nazirliyi isə bildirib ki, 50 fələstinli xəstə, o cümlədən xərçəngdən əziyyət çəkən 30 uşaq və onların müşayiətçiləri şənbə günü yenidən açılan Rəfah sərhəd məntəqəsindən Misirə keçib. Bu proses yanvarın 19-da qüvvəyə minmiş atəşkəs razılaşmasının bir hissəsidir.

    Qəzzadakı xəstəxanaların direktoru isə bildirib ki, hazırda 6000 xəstə Fələstin ərazilərindən təxliyə olunmağa hazırdır və 12000-dən çox insan "təcili müalicəyə ehtiyac duyur".

    #Qəzza zolağı #Yaponiya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzada İsrail hücumları nəticəsində 48 saatda iki fələstinli ölüb

    22 Avqust 2026 18:17

    Oman və Yaponiya Hörmüz boğazının açılması üçün səylərin gücləndirilməsinə çağırıb

    20 Avqust 2026 21:57

    Səudiyyə Ərəbistanı strateji dəniz yollarının təhlükəsizliyinin təmin edilməsini istəyir

    19 Avqust 2026 21:11

    Ərdoğan və Takaiçi ikitərəfli əlaqələri müzakirə etdi

    19 Avqust 2026 14:51

    Türkiyə dünyanın ən güclü hava qüvvələri siyahısında 8-ci oldu

    18 Avqust 2026 15:19

    Qəzzada İsrailin yeni hücumları nəticəsində ölənlərin sayı artıb

    17 Avqust 2026 18:17

    İsrailli nazir Ben Qvir Qəzzada hər gecə 30–40 nəfərin məhv edilməsinə çağırıb

    17 Avqust 2026 12:04

    Trampın xüsusi nümayəndəsi HƏMAS lideri ilə görüşüb

    17 Avqust 2026 10:55

    HƏMAS və Misir kəşfiyyat rəhbəri Qəzza planını müzakirə edib

    16 Avqust 2026 18:13

    Qəzzada İsrailin yeni hücumları nəticəsində ölənlərin sayı artıb

    15 Avqust 2026 18:02

    Cənubi Koreya Şimali Koreya ilə sülh danışıqlarına çağırıb

    15 Avqust 2026 10:49

    TDT Yaponiya ilə əməkdaşlığı gücləndirir

    14 Avqust 2026 12:09
    XƏBƏR LENTİ

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

    İraq Səudiyyə Ərəbistanı və İranı vahid təhlükəsizlik şurasına çağırdı

    AfD əyalət seçkilərini Almaniyada hakimiyyətə yol kimi görür

    ABŞ İrana qarşı ən geniş iqtisadi təzyiq planını işə salır

    Norveç kralı V Haraldın səhhəti pisləşib

    İordaniya əsilli müğənni Zeyn 9 Avropa şəhərində konsert verəcək

    Səudiyyə Ərəbistanı Suriyanın paytaxtında viza müraciəti mərkəzi açıb

    SpaceX-in dəyəri ilə qazancı arasındakı ziddiyyət nəyi göstərir?

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    Səudiyyə Ərəbistanı 2026-cı ilin birinci rübündə 15 milyon zəvvar qəbul edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.