Digər Xəbərlər

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İmar Agentliyi (UNRWA), İsrailin hücumları altındakı Qəzza Zolağında on minlərlə fələstinlinin böyük bədəl ödəyərək davamlı köçə məcbur edildiyini bildirib. UNRWA-nın ABŞ mərkəzli X şirkətinə məxsus sosial media platformasında yayımladığı açıqlamada, İsrailin 7 oktyabr 2023-cü ildən bəri blokada altında saxlayaraq bombaladığı Qəzzadakı məcburi köç məsələsinə diqqət çəkilib.

ABŞ-ın Texas ştatında məhkəmə 43 yaşlı Elizabet Volf adlı qadını üç yaşlı müsəlman uşağı boğmağa cəhd etdiyi üçün 5 il müddətinə azadlıqdan məhrum edib. Hadisə 2024-cü ilin may ayında Euless şəhərində yerləşən yaşayış kompleksinin hovuzunda baş verib. Polis məlumatına görə, cinayətin əsas motivi irqçilik zəmnində olub. Məhkəmə sənədlərinə və CBS News ilə Fort Worth Star-Telegram qəzetinin yayımladığı məlumatlara əsasən, hakim Endi Porter Volfu "qəsdən adam öldürməyə cəhd" ittihamı ilə təqsirli bilib və hökm çıxarıb.

Filipinlərin Palompon bölgəsinin qərbində, 30 sentyabrda baş verən 6,9 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 72-yə çatıb. Palomponun qərbində və Cebu əyalətinin sahilində baş verən zəlzələdən sonra itkilər artmaqda davam edir. Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Şurasından (NDRRMC) verilən açıqlamada, 6,9 bal gücündə zəlzələdə ölənlərin sayının 72-yə yüksəldiyi bildirilib.

Ağ Ev bəyan edib ki, ABŞ Prezidenti Donald Tramp yeni icra əmri imzalayıb. Sənədə əsasən, Qətərin ərazisinə, suverenliyinə və ya həyati infrastrukturuna qarşı edilən hər hansı hücum ABŞ-ın milli təhlükəsizliyinə birbaşa təhdid sayılacaq. Ağ Evin açıqlamasında vurğulanıb ki, Vaşinqton belə bir addımı yalnız Körfəz bölgəsinə qarşı deyil, həm də ABŞ-ın sülh və təhlükəsizliyinə qarşı yönəlmiş hücum kimi qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarı ilə hər il oktyabrın 1-i “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur. Bu günün məqsədi dünyada yaşlanan əhalinin problemlərinə diqqət çəkmək, yaşlıların sağlamlıq, sosial və iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsləri təşviq etmək və bu sahədə ictimaiyyətin məlumatlılığını artırmaqdır. Bu il BMT tərəfindən 35-ci dəfə qeyd olunan Beynəlxalq Ahıllar Günü “Yerli və Qlobal Təşəbbüslərə Rəhbərlik edən Yaşlılar: Məqsədlərimiz, Rifahımız və Hüquqlarımız” mövzusu ilə keçirilib. Bu mövzu yaşlı nəslin cəmiyyətin inkişafında oynadığı mühüm rol və onların həm yerli, həm də beynəlxalq səviyyədə dayanıqlı cəmiyyətlərin qurulmasına verdiyi töhfələri vurğulayır.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC), İsrail ordusunun işğal planını faktiki olaraq həyata keçirməyə başladığı Qəzza şəhərindəki hərbi əməliyyatların intensivləşməsi səbəbilə bölgədəki fəaliyyətlərini müvəqqəti olaraq dayandırdığını açıqlayıb. Komitənin yaydığı yazılı bəyanatda bildirilib ki, Qəzza şəhərindəki hərbi əməliyyatların şiddətlənməsi nəticəsində, ICRC-nin Qəzza şəhərində yerləşən ofisinin fəaliyyəti müvəqqəti dayandırılıb, personalın təhlükəsizliyini təmin etmək və fəaliyyətin davamlılığını qorumaq məqsədilə işçilər Qəzzanın cənubundakı digər Qızıl Xaç ofislərinə köçürülüb.

ABŞ-da federal hökumət, yeni maliyyə ili başlamazdan əvvəl Konqresin keçici büdcə layihəsini təsdiq edə bilməməsi səbəbilə bağlanıb. Bu, 2019-cu ildən bəri ilk dəfə federal hökumətin rəsmi şəkildə fəaliyyətini dayandırmasıdır. 2025-ci maliyyə ilinin 30 sentyabrda başa çatması ilə yeni büdcə planı üzərində razılıq əldə olunmayıb. Nümayəndələr Palatası daha əvvəl 21 noyabra qədər maliyyə təmin edən keçici büdcə layihəsini qəbul etsə də, Senat həm Demokratların, həm də Respublikaçıların təkliflərini rədd edib.

Pakistanın Bəlucistan əyalətinin paytaxtı Kvetta şəhərində terror aktı törədilib. Məlumata görə, partlayıcı maddə yerləşdirilmiş avtomobillə həyata keçirilən hücumda təhlükəsizlik qüvvələrinin qərargahı hədəf alınıb. Pakistan rəsmiləri ilkin məlumatlara əsasən, hücum nəticəsində 8 nəfərin həyatını itirdiyini, çox sayda insanın isə yaralandığını bildiriblər.

Avropa İttifaqına (Aİ) üzv ölkələr və digər Avropa dövlətlərinin daxil olduğu Avropa Əməkdaşlıq Topluluğunun (AST) 7-ci zirvəsi 1–2 oktyabr tarixlərində Danimarkanın paytaxtı Kopenhagda baş tutacaq. Zirvə əsasən təhlükəsizlik və müdafiə məsələlərinə həsr olunacaq. Toplantıya Aİ-nin qeyri-rəsmi zirvə görüşü üçün Kopenhagda olan Avropa İttifaqı Şurasının sədri Antonio Kosta və Danimarkanın Baş naziri Mette Frederiksen birgə sədrlik edəcəklər.