ABŞ Prezidenti Donald Trampın, Venesuela hökuməti ilə aparılan diplomatik əlaqələri dayandırmaq əmri verdiyi iddia edilib. Trampın Venesuela hökuməti ilə diplomatik təmasları həyata keçirən Riçard Qrenellə, Venesuela Prezidenti Nikolas Maduro ilə aparılan danışıqlar da daxil olmaqla, bütün əlaqələrin dayandırılması barədə göstəriş verdiyi bildirilib. Xəbərdə qeyd olunub ki, Tramp, Maduronun ABŞ-ın “hakimiyyətdən könüllü şəkildə get” tələbinə cavab verməməsindən və Venesuelalı rəsmilərin “narkotik qaçaqmalçılığı ilə əlaqələrinin olmadığı” yönündəki iddialarından getdikcə daha çox məyus olub.
Digər Xəbərlər
İsrailin Əzm Donanmasında qanunsuz şəkildə saxladığı və bu gün azad etdiyi italyan aktivistlərdən son qrupdakı 7 nəfər ötən gecə Roma Fiumicino Hava Limanına çatıb. Əzm Donanmasında iştirak edən 45 italyan aktivistin ölkələrinə qayıdışı ötən gecə 15 nəfərlik son qrupun da gəlməsi ilə tamamlanıb. İsraildən ən son ayrılan 15 nəfərlik italyan aktivist qrupu dünən günorta saatlarında ilk olaraq Yunanıstanın paytaxtı Afinaya çatıb. Bu 15 nəfərdən 7-si isə yerli saatla 22:30 (Bakı vaxtı ilə 23:30) radələrində Aegean Hava Yollarının reysi ilə Afinadan Romaya gəlib.
Qəzzaya humanitar yardım aparmaq məqsədilə yola çıxan, lakin İsrail ordusu tərəfindən beynəlxalq sularda zorla saxlanılan Əzm Donanmasının 42 könüllüsü İsrail həbsxanalarında toplu aclıq aksiyasına başlayıb. Donanmanın ABŞ mərkəzli X platformasındakı rəsmi hesabında yayılan açıqlamada bildirilib ki, 42 könüllü İsrailin müxtəlif həbsxanalarında eyni vaxtda aclıq aksiyasına başlayıb.
2025-ci il Nobel Tibb Mükafatı “periferik immun tolerantlığı” sahəsindəki əhəmiyyətli kəşflərə görə Mary Brunkow, Fred Ramsdell və Shimon Sakaguchi-yə təqdim olunub. Bu kəşflər immun sisteminin orqanizmin öz toxumalarına qarşı hücum etməsinin qarşısını alan əsas mexanizmləri işıqlandırır və autoimmun xəstəliklərin səbəblərinin anlaşılması və müalicəsinin inkişafında mühüm rol oynayır.
Fransanın Baş naziri Sebastien Lekornu prezident Emmanuel Makrona istefasını təqdim edib. Sebastien Lekornu vəzifəyə başlamasından cəmi bir ay keçməsinə baxmayaraq, istefa qərarı verib. Yeni hökumət qurulduqdan cəmi bir neçə saat sonra Lekornu istefasını açıqlayıb.
Proqram ABŞ-ı, müttəfiqləri və xaricdə yerləşən qüvvələri ballistik, kruiz və hipersəs raket təhdidlərindən qorumağı hədəfləyir. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 151 milyard dollar dəyərində olan SHIELD (Strategic Homeland Integrated Enhanced Layered Defense) adlı yeni raketdən müdafiə proqramının başladığını elan edib. Proqramın əsas məqsədi ABŞ ərazisini, müttəfiqləri və xaricdəki hərbi qüvvələri ballistik, kruiz və hipersəs raket təhdidlərindən qorumaqdır.
Vaşinqton Beyrutla əməkdaşlıq çərçivəsində təhlükəsizlik qüvvələrinə dəstək proqramını genişləndirir. ABŞ administrasiyası Livanın təhlükəsizlik qüvvələrinə 230 milyon dollar dəyərində yardım ayırıb. Bu qərar “Hizbullah” qrupunun silahsızlaşdırılması səyləri çərçivəsində qəbul edilib. Məlumata görə, ayrılan vəsaitin 190 milyon dolları Livan ordusuna, 40 milyon dolları isə Daxili Təhlükəsizlik Qüvvələrinə yönəldiləcək. Yardım ABŞ-da maliyyə ilinin başa çatmasına bir neçə gün qalmış- 30 sentyabr tarixindən əvvəl təsdiqlənib.
Avropa İttifaqında 2024-cü ildə 58 terror hücumu qeydə alınıb. Bu, 2023-cü illə (120 hadisə) müqayisədə kəskin azalma deməkdir. Lakin Europol-un son hesabatına görə, narahatedici məqam ondan ibarətdir ki, getdikcə daha çox yeniyetmə və gənc terror və ekstremist fəaliyyətlərə cəlb olunur.
Avropa Parlamenti tərəfindən aparılan 2025-ci ilin yaz “Eurobarometer” sorğusuna görə, Avropa İttifaqına (Aİ) üzv ölkələrin əhalisi birlikdən məmnunluğunu qoruyur, lakin xüsusilə həyat bahalılığı ilə mübarizə sahəsində daha çox tədbirlərin görülməsini tələb edir.
Yaponiyanın tarixində bir ilk yaşandı. Keçmiş Daxili İşlər naziri Sanae Takaichi, iqtidar partiyası daxilində keçirilən seçkidə qalib gəldi və ölkənin ilk qadın baş naziri seçildi. Yaponiyada Baş nazir Şigeru İşibanın istefası ilə başlayan liderlik yarışı, hakim Liberal Demokrat Partiya (LDP) daxilində keçirilən seçkinin nəticələnməsi ilə başa çatdı. Partiya daxilindəki seçki yarışını qazanan keçmiş Daxili İşlər naziri Sanae Takaichi, ölkə tarixində bir ilkə imza ataraq Yaponiyanın ilk qadın baş naziri seçildi.
İsrail Qəzzaya qarşı bombardımanı dərhal dayandırmalıdır ki, girovları tez və təhlükəsiz şəkildə çıxara bilək. ABŞ Prezidenti Tramp, HƏMAS-ın Qəzzədə atəşkəs planına verdiyi cavabla bağlı sosial media hesabında açıqlama yayıb. Tramp açıqlamasında bildirib: "HƏMAS tərəfindən az əvvəl verilən açıqlamaya əsasən, onların daimi sülhə hazır olduqlarına inanıram. İsrail Qəzzaya qarşı bombardımanı dərhal dayandırmalıdır ki, girovları tez və təhlükəsiz şəkildə çıxara bilək."
Təbii ki, mülki şəxslərə qarşı ölümcül güc tətbiqi beynəlxalq insan hüquqları və humanitar hüquqa ziddir. İsrail beynəlxalq insan hüquqları standartlarına əməl etməlidir. BMT Cenevrə Ofisinin İnformasiya Bölməsinin Mətbuat və Xarici Əlaqələr Şöbəsinin müdiri Rolando Gomez BMT Cenevrə Ofisinin həftəlik mətbuat konfransında sualları cavablandırıb. “(Mülki şəxslərə qarşı güc tətbiqi) Biz bunu davamlı olaraq deyirik. Dünyanın müxtəlif bölgələrindəki bir çox münaqişə zonaları üçün bunu söyləyirik. Bu, BMT-nin qəti mövqeyidir. İsrail beynəlxalq insan hüquqları standartlarına əməl etməlidir.” - deyə o qeyd edib.