Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Nəbatiyyədə zərbələr atəşkəsin taleyi ilə bağlı suallar doğurur

    19 İyun 2026 20:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Nəbatiyyədə zərbələr atəşkəsin taleyi ilə bağlı suallar doğurur
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    İsrail və Hizbullah arasında atəşkəsin yerli vaxtla saat 16:00-da qüvvəyə minməsi nəzərdə tutulsa da, bundan sonra da Livanın cənubunda hücumların davam etdiyi bildirilir.

    VOA xəbər verir ki, atəşkəsin elan olunmasından sonra əsasən Nəbatiyyə və ətraf ərazilərdə azı 13 hava zərbəsi qeydə alınıb. Son günlər döyüşlərin əsas mərkəzlərindən biri məhz Nəbatiyyə olub.

    Məlumata görə, İsrail qüvvələri bölgədə irəliləməyə çalışarkən, Hizbullah döyüşçülərinin Merkava tipli tankları hədəfə aldığını və pusqu nəticəsində dörd İsrail hərbçisini öldürdüyünü iddia edib. İsrail isə buna cavab olaraq genişmiqyaslı hava əməliyyatları həyata keçirdiyini və təxminən 150 Hizbullah hədəfini vurduğunu açıqlayıb.

    Livanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, gecə yarısından etibarən baş verən hücumlar nəticəsində azı 47 nəfər həlak olub, 97 nəfər yaralanıb. Ölənlər arasında qadınların və uşaqların da olduğu bildirilir.

    Qeyd olunur ki, bu rəqəmlərə atəşkəsin qüvvəyə minməsindən sonra baş verən hücumların qurbanları daxil deyil. Bu isə itkilərin sayının daha yüksək ola biləcəyi ehtimalını artırır.

    Atəşkəsə ümid edərək evlərinə qayıtmağa başlayan sakinlər isə geniş dağıntılarla üzləşiblər. Yerli sakinlərin əksəriyyəti evlərinin ya tamamilə dağıldığını, ya da ciddi zərər gördüyünü bildiriblər.

    #İsrail #Livan #Hizbullah #Yaxın Şərq #atəşkəs #Hərbi əməliyyat #hava zərbələri #mülki itkilər #Merkava #Nəbatiyyə #Beka vadisi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30

    Atəşkəsə baxmayaraq İsrail Livanın cənubunda binanı bombalayıb

    21 Avqust 2026 19:50

    Hizbullah ABŞ-nin İranla bağlı iddiasını rədd edib

    21 Avqust 2026 18:51

    ABŞ-nin iqtisadi təzyiqi Yaxın Şərqdəki münaqişəni həll etməyəcək - Çin

    21 Avqust 2026 18:43

    İsrail ordusu Livanın cənubunda güclü partlayışlar törədib

    21 Avqust 2026 18:22

    İsrail Livanın cənubuna gecə və səhər saatlarında hücumları davam etdirib

    21 Avqust 2026 18:11

    ABŞ səfiri İsrail və Türkiyə arasında birbaşa toqquşma ehtimalını qiymətləndirdi

    21 Avqust 2026 12:43

    Livanın xarici işlər naziri İranı ölkənin daxili işlərinə qarışmamağa çağırıb

    20 Avqust 2026 21:05

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    20 Avqust 2026 20:13

    BMT qüvvələri Livanda tərəfləri təxribat xarakterli addımlardan çəkinməyə çağırıb

    20 Avqust 2026 19:40

    Papa XIV Leo Livan prezidenti ilə görüşdə İsraillə qarşıdurmadan narahatlığını bildirib

    20 Avqust 2026 18:44

    ABŞ “Corc Vaşinqton” təyyarədaşıyan gəmisini Yaxın Şərqə yerləşdirib

    20 Avqust 2026 18:29
    XƏBƏR LENTİ

    İraqda hansı qruplar silahları təhvil verməyib?

    Hindistanda müəllimin vurduğu 6 yaşlı uşaq öldü

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    Turizmin paytaxtı Antalyada 10 milyonluq hədd aşıldı

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    Almaniya XİN rəhbəri Kiyevə gedib

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.