Digər Xəbərlər

İsrailin Baş naziri Benyamin NetanyahuABŞ Prezidenti Donald Tramp ilə dünən Ağ Evdə keçirdiyi görüşdən sonra açıqlama verib. Baş nazir özünün “Telegram” hesabında yayımladığı videomüraciətdə deyib: “Xeyr, qətiyyən. Bu, razılaşmada yer almır. Biz tam aydın şəkildə bildirmişik ki, Fələstin dövlətinə qəti surətdə qarşıyıq.”

Azərbaycan və Özbəkistan xalqlarını sadəcə ortaq tarix və mədəniyyət deyil, eyni zamanda qardaşlıq, dostluq və bir-birinə bağlılıq duyğuları birləşdirir.Bu sözləri Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov Rəqəmsal Transformasiya və Media" mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxış edərkən deyib.

ABŞ Prezidenti Donald Tramp, İsrail və Fələstin arasında sülhün təmin olunması üçün 20 maddəlik Qəzza planını açıqlayıb. Plana əsasən, ABŞ hər iki tərəfi dialoqa təşviq edəcək və razılıq əldə olunarsa, hücumlar dayandırılacaq. Trampın sözlərinə görə, plan bölgədə daimi sabitliyin yaradılmasına yönəlib. Planın əsas bəndlərinə görə, İsrail Qəzzanı ilhaq etməyəcək və bölgəni işğal etməyəcək. Eyni zamanda, Fələstinlilər Qəzzanı tərk etməyə məcbur edilməyəcək. Qəzza zolağına dərhal humanitar yardım göndəriləcək və bu yardım Birləşmiş Millətlər Təşkilatı ilə Qızıl Aypara vasitəsilə çatdırılacaq. Həmçinin bölgəyə müvəqqəti beynəlxalq sülhməramlı qüvvələr yerləşdiriləcək. Bu qüvvələrin tərkibində ABŞ, ərəb ölkələri və digər beynəlxalq tərəfdaşlar təmsil olunacaq.

ABŞ Prezidenti Donald Tramp, film istehsalının digər ölkələr tərəfindən ABŞ-dan “oğurlandığını” bildirərək, ölkə xaricində istehsal olunan bütün filmlərə 100 faiz rüsum tətbiq edəcəyini açıqlayıb. Tramp, ABŞ mərkəzli Truth Social hesabında məsələ ilə bağlı paylaşım edib. Film istehsalının digər ölkələr tərəfindən "bir körpənin əlindən konfetinin alınması kimi" ABŞ-dan “oğurlandığını” vurğulayan Tramp, “Kaliforniya, zəif və bacarıqsız qubernatoru ilə, xüsusilə ağır zərbə aldı” ifadəsini işlədib.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi bu gün, bazar ertəsi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı Qahirədə qəbul edib.Görüşdə regional məsələlər, xüsusilə də Qəzza zolağındakı vəziyyət müzakirə olunub. Misir Prezidentliyinin açıqlamasına görə, iki lider ABŞ Prezidenti Donald Trampın bölgədə müharibəni dayandırmaq üçün irəli sürdüyü təşəbbüsü alqışlayıb və bu sülh təşəbbüsünün dəstəklənməsinin bölgədə hərtərəfli və davamlı sülhün bərqərar olması yolunda mühüm addım olduğunu vurğulayıblar.

Azərbaycanın mədəniyyət ictimaiyyətinə itki üz verib. Tanınmış aktyor, Əməkdar artist Cabir İmanov 29 sentyabr 2025-ci il tarixində, 49 yaşında vəfat edib.Cabir Qorxmaz oğlu İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay kubokunun sahibi, 2000-ci ildə isə KVN "Əsrin çempionu" adına layiq görülüb. 2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyoru idi.

Ölkənin sürətlə artan nəqliyyat tələblərini qarşılamaq, sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və avtobus parkının yenilənməsini sürətləndirmək məqsədilə tariflərin tənzimlənməsi zəruri addım kimi qiymətləndirilir.Hazırki tarif dəyişikliyi yalnız nağdsız ödəniş sisteminin tətbiq edildiyi və müasir standartlara cavab verən avtobusların istismar edildiyi marşrutlarda həyata keçiriləcək