Digər Xəbərlər

ABŞ Ədliyyə Nazirliyi Cefri Epşteynlə bağlı istintaq çərçivəsində 3 milyondan çox yeni sənədi ictimaiyyətə açıqlayıb. ABŞ Ədliyyə Nazirinin müavini Todd Blanşın verdiyi məlumata əsasən, Epşteyn işi üzrə əlavə sənədlərin dərc edilməsi şəffaflığın təmin olunması məqsədi daşıyır. Yeni açıqlanan materiallar arasında müxtəlif elektron yazışmalar, qeydlər və əlaqə məlumatları yer alır.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) Hörmüz boğazında elan edilmiş hərbi təlimlər zamanı təhlükəsiz və peşəkar davranmağa çağırıb. AzerVoice xəbər verir ki, ABŞ tərəfi rəsmi bəyanatla çıxış edərək, manevrlər zamanı İran tərəfindən törədilə biləcək hər hansı qeyri-təhlükəsiz hərəkətə dözməyəcəyini kəskin şəkildə bildirib.

ABŞ Prezidenti Donald Tramp İran istiqamətində yeni hərbi donanmanın yola salındığını açıqlayıb. ABŞ prezidenti İranın nüvə potensialı ilə bağlı əvvəlki əməliyyatlara da toxunaraq, 2025-ci ilin iyun ayında həyata keçirilən “Operation Midnight Hammer” əməliyyatı nəticəsində Tehranın nüvə imkanlarının məhv edildiyini deyib.

Kuba Prezidenti Migel Diaz-Kanel bəyan edib ki, əgər Amerika Birləşmiş Ştatları ölkəsinə qarşı hər hansı təcavüzə əl atarsa, bunun Vaşinqton üçün ağır "nəticələri" olacaq. Diaz-Kanel bazar ertəsi yayımlanan televiziya çıxışında qeyd edib ki, "təcavüzün qarşısını almağın ən yaxşı yolu imperializmi ölkəmizə hücum edəcəyi təqdirdə ödəyəcəyi bədəli hesablamağa məcbur etməkdir. Bu isə birbaşa bizim bu cür hərbi əməliyyatlara hazırlıq səviyyəmizlə bağlıdır".

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın İrana hərbi hücuma hazırlaşması ilə bağlı iddialara sərt cavab verib. Bəqayi həftəlik mətbuat konfransında Tehranın istənilən təcavüzə "genişmiqyaslı və peşmanedici" cavab verəcəyini bəyan edib. ABŞ-ın hücum planları ilə bağlı sualı cavablandıran Bəqayi bildirib: "İran həm öz potensialına və imkanlarına, həm də keçmiş təcrübələrinə, o cümlədən iyun ayında baş verənlərə güvənir. Hazırda daha güclü vəziyyətdəyik. İran hər cür hücuma genişmiqyaslı qarşılıq verəcək".

ABŞ-da federal hökumət tarixin ən uzunmüddətli qapanmasından sonra yenidən qismən qapanma riski ilə üz-üzədir. Konqresdəki büdcə danışıqlarında yaranan fikir ayrılıqları və artan siyasi gərginlik, yanvarın 30-da hökumətin fəaliyyətinin yenidən dayanması ehtimalını gücləndirib. Şənbə günü ABŞ-ın Minneapolis şəhərində federal agentin bir nəfəri güllələyərək öldürməsindən sonra Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinə (ICE) qarşı ictimai və siyasi təpkilər artıb. Bu hadisə Konqresdəki demokratlar arasında Daxili Təhlükəsizlik Departamentinin (DHS) maliyyələşdirilməsi ilə bağlı narahatlıqları yenidən alovlandırıb.

ABŞ Dövlət katibi Marko Rubio İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ilə telefon danışığında İraqdakı təhlükəsizlik vəziyyəti və siyasi proseslərlə bağlı məsələləri müzakirə edib. ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, Rubio Sudani ilə telefon əlaqəsi saxlayıb. Görüş zamanı Rubio Suriyanın şimal-şərqində son vaxtlar yaranmış qeyri-sabitlikdən sonra İŞİD terror təşkilatı üzvlərinin İraqdakı təhlükəsiz obyektlərə köçürülməsi və orada saxlanılması istiqamətində İraq hökumətinin təşəbbüsünü və liderliyini təqdir edib.

ABŞ-ın sabiq prezidenti Bill Klinton amerikalıları ölkə prezidenti Donald Trampa qarşı birləşməyə və açıq mövqe nümayiş etdirməyə çağırıb. Bill Klinton son günlər Minnesota ştatının Minneapolis şəhərində baş verən hadisələri “dəhşətli mənzərələr” adlandıraraq, belə halların ABŞ-da baş verəcəyini heç vaxt təsəvvür etmədiyini qeyd edib. Onun fikrincə, hazırkı proseslər ölkənin tarixini uzun illər üçün müəyyən edə bilər və bu səbəbdən amerikalılar öz azadlıqlarını qorumaq üçün mövqe ortaya qoymalıdırlar.

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas Avropa Komissiyasının sədri Ursula von der Leyenin idarəetmə üslubundan narazılığını gizlətmir və onu özəl söhbətlərdə “diktator” adlandırır. Aİ rəsmilərinin bildirdiyinə görə, Kallasın rəhbərlik etdiyi Avropa Xarici Fəaliyyət Xidməti 2010-cu ildə yaradılsa da, qurumun səlahiyyətləri üzv dövlətlərin, xüsusilə də iri ölkələrin xarici siyasəti öz nəzarətlərində saxlamaq istəyi səbəbindən daim məhdud olub.

ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) xəbər verib ki, iqtisadi problemlər səbəbindən başlayan etirazlarda həyatını itirənlərin sayı 5 min 848-ə yüksəlib. HRANA-nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində 41 min 283 nəfər saxlanılıb. Etirazlar zamanı baş verən toqquşmalarda 209 təhlükəsizlik işçisi daxil olmaqla 5 min 848 nəfər həyatını itirib.

ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) xəbər verib ki, iqtisadi problemlər səbəbindən başlayan etirazlarda həyatını itirənlərin sayı 5 min 137-ə yüksəlib. HRANA-nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində 27 min 797 nəfər saxlanılıb. Etirazlar zamanı baş verən toqquşmalarda 208 təhlükəsizlik işçisi daxil olmaqla 5 min 137 nəfər həyatını itirib.

ABŞ ordusu Sakit okeanın şərq hissəsində əvvəldən müəyyən edilmiş narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyi və narkotik daşınması ilə məşğul olduğu iddia edilən bir gəmiyə zərbə endirib. ABŞ Cənub Komandanlığı (SOUTHCOM) hücumla bağlı Amerikanın X sosial media platformasındakı rəsmi hesabı vasitəsilə açıqlama yayıb. Açıqlamada bildirilib ki, ABŞ-ın müdafiə naziri Pit Heqsetin göstərişi ilə narkotik qaçaqmalçılığı fəaliyyəti ilə məşğul olduğu müəyyən edilən və əvvəldən izlənilən marşrut üzrə hərəkət edən gəmiyə ölümcül hücum həyata keçirilib.