Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    İrandakı etirazlarda ölənlərin sayı 5 mini keçib

    24 Yanvar 2026 11:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İrandakı etirazlarda ölənlərin sayı 5 mini keçib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ mərkəzli İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) xəbər verib ki, iqtisadi problemlər səbəbindən başlayan etirazlarda həyatını itirənlərin sayı 5 min 137-ə yüksəlib.

    AzerVoice xəbər verir ki, HRANA-nın məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində 27 min 797 nəfər saxlanılıb. Etirazlar zamanı baş verən toqquşmalarda 208 təhlükəsizlik işçisi daxil olmaqla 5 min 137 nəfər həyatını itirib.

    HRANA dünən də açıqlama vermiş və ölü sayını 5 min 2 olaraq bildirmişdi.

    İranın paytaxtı Tehranda 28 dekabr 2025-də milli valyutanın sürətlə dəyər itirməsi və iqtisadi çətinliklərin artması səbəbindən Ticarət Böyük Bazarı ətrafında başlanan nümayişlər ölkə üzrə yayıldı.

    8 yanvarda Tehranda etirazların şiddətlənməsi nəticəsində hökumət internet bağlantısını kəsmişdi.

    İran Şəhid və Qazi Fondunun Adli Tibb İdarəsi dünən açıqlama verərək bildirib ki, etirazlar zamanı təhlükəsizlik qüvvələri və mülki şəxslər daxil olmaqla 3 min 117 nəfər həyatını itirib.

    Bu şəxslərdən 2 min 427-nin “silahlı terror qrupları” tərəfindən öldürülmüş təhlükəsizlik qüvvələri və mülki vətəndaşlar olduğu, 690 nəfər barədə isə məlumat verilmədiyi bildirilib.

    HRANA isə ölkədə etirazların azalmasına baxmayaraq daha çox hadisəni təsdiqlədiyini bildirərək ölü və həbs sayı barədə məlumatları güncəlləməyə davam edir.

    #İran rəsmilərinin etirazı #ABŞ–İran qarşıdurması fonunda etirazlar səngimir #İran etirazları #Rejimin sadiq dayağı etiraz edir: İran bazarında böhran #İran hökumət əleyhinə etirazlar #HRANA nədir və İranda ölüm statistikasını necə açıqlayır #ABŞ-əsaslı HRANA qurumu İranda etirazlarla bağlı rəqəmləri yayır #İranda etirazlar: HRANA və rəsmi rəqəmlər arasında fərq #HRANA-nın İrandakı böhranla bağlı hesabatları mübahisə doğurur #ABŞ-da yerləşən HRANA İranda minlərlə ölən olduğunu iddia edir #İranda etirazların qurbanları: HRANA məlumatları nə qədər etibarlıdır #HRANA nedir #ABD merkezli HRANA İran protestolarını raporluyor #İran’daki kriz: HRANA ve resmi rakamlar #HRANA’nın İran verileri tartışma yaratıyor #HRANA İran’daki ölümleri dünyaya duyuruyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranlı muxalif yazar Marjan Satrapi vəfat edib

    4 İyun 2026 16:08

    İranda etirazlarda ölənlərin sayı 7 mini keçib

    12 Fevral 2026 10:42

    Tramp və Netanyahu insanları silahlandırıb - Pezeşkian

    31 Yanvar 2026 12:52

    ABŞ İrana Hörmüz boğazı ilə bağlı xəbərdarlıq etdi

    31 Yanvar 2026 09:18

    İranda internetə çıxış yaxın günlərdə bərpa olunacaq

    26 Yanvar 2026 16:51

    İrandakı etirazlarda ölənlərin sayı 6 minə çatır

    26 Yanvar 2026 09:32

    Aİ İranda etirazlara qarşı zorakılığı pisləyən qətnaməni qəbul etdi

    22 Yanvar 2026 17:25

    İranda etirazlar zamanı həlak olanların sayı 4 mini keçib

    20 Yanvar 2026 09:15

    İranda iqtisadi etirazlar zamanı ölənlərin sayı 4 minə yaxınlaşır

    19 Yanvar 2026 10:05

    İran rəsmisi Trampın 800 edamın ləğvi ilə bağlı bəyanatını təkzib etdi

    18 Yanvar 2026 18:37

    Tramp İran üzərinə hücum əmrini vermək istədi, lakin fikrini dəyişdi

    17 Yanvar 2026 13:15

    İranda ölüm statistikalarını təqdim edən ABŞ-əsaslı HRANA haqqında nə bilirik?

    15 Yanvar 2026 22:08
    XƏBƏR LENTİ

    Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qeydiyyat davam edir

    “Mütəxəssislərin bir nömrəli seçimi” reklamları həqiqətən təsirlidirmi? Marketinqdə etibar faktorunun rolu

    Məhsulu yoxluğu ilə satmaq mümkündürmü? Brendlər “çatışmazlıq” strategiyası ilə istehlakçının diqqətini necə cəlb edir?

    Uşaq geyimində “krop” trendi niyə yayılır? Marketinq mütəxəssisləri səbəbləri açıqlayır

    Bu gün Adolf Hitlerin “Mənim Mübarizəm” kitabının ilk cildi nəşr olundu

    Tarixdə bu gün - 18 İyul

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.