İtaliya çempionatında “Ravenna” üçün yeni mövsümə fərqli başlanğıc hazırlanır. Klub mövsümün startı ilə bağlı xüsusi təqdimat mərasimi təşkil etməyi planlaşdırır. Ronaldinyo formal olaraq “Ravenna” klubunun futbolçusu kimi qeydiyyatdan keçəcək. Lakin onun komandanın oyunlarında meydana çıxması gözlənilmir. Braziliyalı ulduz əsasən klubun nümayəndəsi kimi fəaliyyət göstərəcək.
#Ravenna
Braziliya futbolunun əfsanəsi Ronaldinyo karyerasını bərpa edərək yenidən yaşıl meydanlara çıxacaq. Braziliyalı ulduz İtaliya çempionatının üçüncü pilləsi sayılan Seriya C-də çıxış edəcək. Ronaldinyonun təqdimat mərasiminin iyunun 23-də Mayamidə keçiriləcəyi, daha sonra isə komandanın hazırlıq prosesinə qoşulacağı bildirilib.