BAKI,VOA, Fərid Mikayılov
ABŞ-nin “İnter Mayami” klubu “Santos”un braziliyalı hücumçusu Neymarı heyətinə qatmaqda maraqlıdır. 34 yaşlı futbolçunun 2027-ci ilin yanvarında ABŞ klubuna keçə biləcəyi bildirilir.
VOA xəbər verir ki, “İnter Mayami” Neymarın peşəkar futbolçu karyerasını başa vuracağı son klub ola bilər.
Məlumata görə, ABŞ təmsilçisi braziliyalı ulduzun “Santos”la müqaviləsinin başa çatmasından sonra onun transferini həyata keçirmək imkanını nəzərdən keçirir.
Hazırda “İnter Mayami”nin heyətində Lionel Messi, Kazemiro və Luis Suares kimi dünya futbolunun tanınmış simaları çıxış edirlər. Neymarın mümkün transferi klubun ulduz futbolçulardan ibarət heyətini daha da gücləndirə bilər.
Neymar cari mövsümdə meydana çıxdığı 19 qarşılaşmada səkkiz qol vurub və beş məhsuldar ötürmə edib.
“Transfermarkt” futbolçunun hazırkı bazar dəyərini səkkiz milyon avro qiymətləndirir. Neymarın “Santos”la qüvvədə olan müqaviləsinin müddəti 31 dekabr 2026-cı ildə başa çatacaq.