Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    İranda müvəqqəti Liderlik Şurası toplandı: Yeni rəhbər seçimi müzakirə olunur

    6 Mart 2026 10:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İranda müvəqqəti Liderlik Şurası toplandı: Yeni rəhbər seçimi müzakirə olunur
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    İranda müvəqqəti Liderlik Şurası yeni ali liderin seçilməsi ilə bağlı proqramı hazırlamaq məqsədilə dördüncü dəfə bir araya gəlib.

    VOA xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, iclasda Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricani də iştirak edərək son hərbi və siyasi proseslər barədə məlumat verib.

    İclasda Müstəqil Ekspertlər Məclisinin toplanması və gələcək rəhbərin təqdim olunmasına dair planlaşdırma aparılıb. İran Konstitusiyasının 111-ci maddəsinə əsasən, ali liderin ölümü, istefası və ya vəzifədən kənarlaşdırılması halında Ekspertlər Məclisi ən qısa müddətdə yeni lideri müəyyən etməli və elan etməlidir. Yeni lider seçilənə qədər prezident, Məhkəmə Hakimiyyətinin rəhbəri və Konstitusiya Keşikçiləri Şurasından bir fəqih olmaqla, üç nəfərlik heyət liderlik səlahiyyətlərini müvəqqəti icra edir.

    Son günlərdə Ekspertlər Məclisi üzvlərinin onlayn iclas keçirdiyi və Əli Xameneyinin oğlu Müctəba Xameneyinin yeni lider seçildiyi barədə iddialar gündəmə gəlib. Lakin bu ehtimal ABŞ-ın kəskin reaksiyasına səbəb olub. ABŞ Prezidenti Donald Tramp Müctəba Xameneyinin namizədliyini qəbulolunmaz adlandırıb. Tramp bəyan edib ki, Müctəba Xameneyi ən ehtimal olunan xələf olsa da, onun ali liderin siyasətini davam etdirərək ABŞ-ı gələcəkdə yenidən müharibəyə məcbur edəcək bir rəhbər olmasını istəmir.

    Hazırda İranda həm daxili hakimiyyət mübarizəsi, həm deyilən beynəlxalq təzyiqlər fonunda ali liderlik kürsüsü uğrunda gərginlik davam edir.

    #Əli Laricani #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İsrail İran münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran hücum edərsə, İsrail güclü cavab verəcək - Benyamin Netanyahu

    14 İyul 2026 19:32

    İran İsrailə hücum etsə, ən böyük səhvini edər - Katz

    26 İyun 2026 17:44

    İran İsrailə hücum edib

    7 İyun 2026 23:39

    CNN-in İsrail qüvvələrinin Azərbaycan ərazisində yerləşdirilməsi barədə iddiaları əsassızdır - XİN

    5 İyun 2026 14:33

    İran təhlükəsizlik qüvvələri 5 şəbəkəni zərərsizləşdirdi

    12 May 2026 21:12

    Müctəba Xameneinin yaralanması ilə bağlı təfərrüatlar açıqlanıb

    9 May 2026 14:08

    İsraildə İrana casusluqda şübhəli bilinən 4 nəfər saxlanılıb

    8 May 2026 13:29

    ABŞ-ın İranla mümkün razılaşması Təl-Əviv üçün “fəlakət” ola bilər - İsrail

    7 May 2026 16:23

    İsrail niyə “Shual” sisteminə çıxışı məhdudlaşdırdı?

    7 May 2026 11:55

    İsrail ordusu bütün cəbhələrdə döyüşə hazırdır – Baş Qərargah rəisi

    22 Aprel 2026 14:04

    İsrailin müdafiə naziri İsrail Katz İrana qarşı yeni və daha şiddətli hücum xəbərdarlığı edib

    16 Aprel 2026 19:37

    12 günlük müharibədən sonra PUA istehsalı 10 dəfə artıb - İran

    16 Aprel 2026 13:50
    XƏBƏR LENTİ

    Qahirə öz rəsmi “sinir mərkəzini” niyə paytaxtdan uzaqlaşdırdı?

    Beyrut və Bağdadın dövlət qərarları – şiə hilalının süqutu

    Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.