Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Xəbərlər
    Digər Xəbərlər

    Apple Siri məhkəməsində 95 milyon dollar təzminat ödəyəcək

    3 Yanvar 2025 12:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Apple Siri məhkəməsində 95 milyon dollar təzminat ödəyəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    ABŞ-ın texnologiya nəhəngi Apple, səs köməkçisi texnologiyası "Siri"nin istifadəçilərin məxfiliyini pozduğuna dair məhkəmə iddiasını həll etməyə razılaşıb və bunun üçün 95 milyon dollar təzminat ödəyəcək.

    AzerVoice xəbər verir ki, Kaliforniyanın Şimal Dairə Məhkəməsinin hakimi Ceffri Uayt tərəfindən təsdiqlənməsi gözlənilən ilkin razılaşma, Oklend federal məhkəməsinə təqdim edilib.

    Sözügedən işdə "Siri"nin istəmədən aktivləşdirilə biləcəyi və istifadəçilərin razılığı olmadan onların söhbətlərinin üçüncü şəxslərlə paylaşıldığı iddia edilib. Apple bu ittihamları rədd etsə də, məhkəmə işini bağlamaq üçün 95 milyon dollar ödəməyi qəbul edib.

    Razılaşma təsdiq olunarsa, Siri ilə işləyən cihazların ABŞ-dakı istifadəçiləri hər cihaz üçün 20 dollara qədər təzminat ala biləcəklər.

    Bu sövdələşmə, 17 sentyabr 2014-cü ildən 31 dekabr 2024-cü ilədək olan müddət ərzində Siri ilə işləyən iPhone, iPad, Apple Watch, MacBook, iMac, HomePod, iPod touch və Apple TV cihazlarının ABŞ-dakı sahiblərini əhatə edəcək.

    Qeyd edək ki, Apple-ın səs köməkçisi "Siri" ilk dəfə 2011-ci ildə iPhone 4S modelində təqdim edilib. İstifadəçilərin Siri-ni səssiz rejimdə aktivləşdirməsinə imkan verən "Hey Siri" funksiyası isə 2014-cü ildə istifadəyə verilib.

    #Apple
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Apple yenidən dünyanın ən bahalı şirkəti oldu

    18 İyul 2026 13:26

    "Apple" "OpenAI"yə qarşı məhkəmə iddiası qaldırıb

    11 İyul 2026 19:28

    ABŞ-da azyaşlıların tətbiq yükləməsi ilə bağlı yeni mərhələ

    6 İyul 2026 22:20

    Broadcom 2031-ci ilədək Apple üçün xüsusi çiplər tədarük edəcək

    6 İyul 2026 21:57

    iPhone 18 modelində operativ yaddaş gözləniləndən az olacaq

    29 İyun 2026 12:13

    Dünyanın ən dəyərli 50 şirkəti açıqlanıb

    25 Noyabr 2025 02:00

    Nvidia tarix yazdı - dünyanın ən dəyərli açıq şirkəti olub

    10 İyul 2025 12:14

    Apple bir açıqlaması ilə 75 milyard dollar dəyər itirib

    11 İyun 2025 11:13

    WhatsApp iPad planşetləri üçün yeni tətbiqini istifadəyə verib

    27 May 2025 21:51

    Trampdan Apple-a vergi təhdidi

    23 May 2025 16:36

    Apple və Amazon ticarət siyasətində dəyişikliklərə uyğunlaşır

    2 May 2025 11:08

    Aİ Apple və Meta-ya cərimə tətbiq edib

    23 Aprel 2025 16:07
    XƏBƏR LENTİ

    Yaponiyada gizli sosial problem - Hikikomori fenomeni nədir?

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.