Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Aİ Apple və Meta-ya cərimə tətbiq edib

    23 Aprel 2025 16:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Aİ Apple və Meta-ya cərimə tətbiq edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Avropa İttifaqı Komissiyası rəqəmsal bazar qaydalarını pozduqlarına görə texnologiya nəhəngləri Apple və Meta şirkətlərinə ümumilikdə 700 milyon avro cərimə tətbiq edib.

    AzerVoice xəbər verir ki, komissiyanın yaydığı rəsmi açıqlamaya görə, Apple-a 500 milyon, Meta-ya isə 200 milyon avro cərimə kəsilib.

    Cəzanın səbəbi hər iki şirkətin “Rəqəmsal Bazarlar Qanunu” çərçivəsində müəyyən edilmiş öhdəliklərə əməl etməməsidir.

    Apple şirkəti, App Store vasitəsilə tətbiqlərini təqdim edən tərtibatçıların müştəriləri alternativ xidmətlər barədə məlumatlandırmasına imkan vermədiyi üçün qanunu pozmaqda günahlandırılıb. Aİ Komissiyası Apple-ın bu məhdudiyyətləri aradan qaldırması barədə əmr verib.

    Meta şirkəti isə “ödə və ya razılaş” adlı abunə modelinə görə cəzalandırılıb. 2023-cü ildə tətbiq edilən bu model çərçivəsində istifadəçilərə Feysbuk və İnstaqramı reklamsız istifadə etmək üçün aylıq ödəniş etmələri və ya şəxsi məlumatlarının istifadəsinə razılıq vermələri təklif olunub. Komissiya bu praktikanı qanunsuz sayaraq Meta-ya 200 milyon avro cərimə tətbiq edib.

    Açıqlamada qeyd olunub ki, Apple və Meta Komissiyanın qərarlarına riayət etməlidirlər. Əks halda, mütəmadi cərimələrlə üzləşə bilərlər.

    #Avropa #Avropa İttifaqı (Aİ) #Meta #Instagram #Apple #Facebook #cərimə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Avropa ilə münasibətlərin yaxşılaşması üçün əsas yoxdur - Peskov

    29 Avqust 2026 17:33

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    “Apple” yeni “iPhone” təqdimatının tarixini açıqlayıb

    26 Avqust 2026 21:17

    Avropa İttifaqı İran–ABŞ müharibəsi fonunda qaz təchizatından narahat deyil

    20 Avqust 2026 18:32

    Bütün müttəfiqləri müdafiə etmək üçün zəruri addımları atacağıq - NATO

    19 Avqust 2026 17:14

    Macarıstan nüvə stansiyasını işlək saxlamaq üçün Dunay çayına iki barja batırır

    15 Avqust 2026 21:36

    Avropada meşə yanğınları turizm bölgələrini cənginə alıb

    14 Avqust 2026 20:39

    Avropanın qaz ehtiyatları azalır – Rusiya ilə münasibətlər yenidən gündəmdə

    14 Avqust 2026 16:26

    Fransanın şimalında meşə yanğını səbəbindən 1 200 nəfər təxliyə olunub

    12 Avqust 2026 21:15

    İngiltərə və Uelsdə məhkəmələrə “Meta” eynəkləri ilə giriş qadağan edildi

    12 Avqust 2026 16:33
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 3 Sentyabr

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.