Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Avropa İttifaqı Taliban nümayəndə heyəti ilə gizli görüş keçirir: deportasiya siyasətində yeni mərhələ başlayır?

    23 İyun 2026 15:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Avropa İttifaqı Taliban nümayəndə heyəti ilə gizli görüş keçirir: deportasiya siyasətində yeni mərhələ başlayır?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    Avropa İttifaqı sığınacaq müraciətləri rədd edilən və ya üzv ölkələrdə cinayət törədən Əfqanıstan vətəndaşlarının geri qaytarılması prosesini sürətləndirmək məqsədilə Taliban nümayəndə heyəti ilə Brüsseldə qapalı formatda görüş keçirir.

    Məlumata görə, Taliban nümayəndələri Avropa İttifaqı əməkdaşları ilə deportasiya prosedurlarını müzakirə etmək üçün Belçikanın paytaxtına gəliblər. Görüş Avropa ölkələrinin miqrasiya siyasətində artan təzyiqlər və geri qaytarma mexanizmlərinin gücləndirilməsi fonunda baş tutur.

    Əfqanıstan vətəndaşları hazırda Avropa İttifaqında ən böyük miqrant qruplarından birini təşkil edir. Son illərdə isə bir sıra Avropa hökumətləri sığınacaq müraciətləri qəbul edilməyən şəxslərin və qəbul edən ölkələrdə cinayət törədən miqrantların ölkədən çıxarılması prosesinin sürətləndirilməsini tələb edir.

    Müzakirələr insan hüquqları təşkilatlarının da diqqət mərkəzinə düşüb. İnsan Hüquqlarının Müşahidəsi Təşkilatının tədqiqatçısı Fereştə Əbbasi Avropa İttifaqının yanaşmasında ziddiyyət olduğunu bildirib. Onun sözlərinə görə, Avropa ölkələri bir tərəfdən Talibanın insan hüquqlarını pozduğunu bəyan edir və məsuliyyət tələb edir, digər tərəfdən isə əfqanların məcburi şəkildə geri göndərilməsi üçün həmin hərəkatla əməkdaşlıq edir. Tədqiqatçı hesab edir ki, bu yanaşma Avropa İttifaqının etibarlılığına mənfi təsir göstərir.

    Taliban nümayəndə heyətinin Brüsselə səfəri diplomatik baxımdan da diqqət çəkir. Avropa İttifaqına üzv dövlətlərin heç biri Taliban hakimiyyətini rəsmi şəkildə tanımadığı halda, bu görüş hərəkatın beş il əvvəl hakimiyyəti ələ almasından sonra yaranmış beynəlxalq təcridin müəyyən mənada yumşalması kimi qiymətləndirilir.

    Nümayəndə heyətinin üzvlərinə təhlükəsizlik yoxlamasından sonra xüsusi məhdudiyyətli vizalar verilib. Həmin vizalar yalnız Belçika ərazisində 24 saat qalmağa imkan yaradır və Şengen zonasının digər ölkələrinə giriş hüququ vermir.

    Belçikanın xarici işlər naziri Maksim Prevo ölkəsinin Taliban hakimiyyətini tanımadığını vurğulayıb. Nazir bildirib ki, Belçika Avropa İttifaqının müraciətinə uyğun olaraq görüşün keçirilməsi üçün şərait yaradıb, lakin bu addım nə Talibanın tanınması, nə də onun legitimləşdirilməsi kimi qiymətləndirilməməlidir. O əlavə edib ki, görüşün təşkilinə şərait yaradılması Belçika hökumətinin rəsmi dəvəti anlamına gəlmir.

    Taliban hakimiyyətinin rəsmi şəkildə tanınmaması səbəbindən görüş nə Avropa İttifaqına, nə də Belçika dövlətinə məxsus rəsmi binalarda keçirilir. Avropa Komissiyası isə görüşlə bağlı əlavə məlumat verməkdən imtina edib.

    Avropa Komissiyasının sözçüsü Markus Lammert bildirib ki, bu görüş 27 üzv dövlətdən böyük əksəriyyətin irəli sürdüyü tələblərin nəticəsidir. Onun sözlərinə görə, üzv dövlətlər ağır cinayətlər törətmiş və təhlükəsizlik riski yarada biləcək şəxslərin geri göndərilməsi üçün daha effektiv mexanizmlər axtarırlar.

    Xatırladılıb ki, ötən ilin oktyabr ayında 20 üzv dövlət daha sərt miqrasiya siyasətinin tətbiqini tələb edən məktub imzalayıb. Həmin sənəddə deportasiya prosedurlarının sürətləndirilməsi əsas məsələlərdən biri kimi göstərilib.

    Belçikanın miqrasiya naziri Annelin Van Bossuyt isə Avropanın miqrasiya və təhlükəsizlik sahələrində nəzarəti yenidən gücləndirməli olduğunu bildirib. Nazir qeyd edib ki, Avropa İttifaqı üzrə geri qayıtmaq barədə bildiriş verilən 22 min 870 əfqan vətəndaşından cəmi 2 faizi bu tələbi yerinə yetirib.

    Avropa İttaqı ilə Taliban arasında ilk rəsmi təmas bu ilin yanvar ayında Əfqanıstanda baş tutub. Həmin vaxt Avropa Komissiyası Kabula xüsusi missiya göndərmişdi. Hazırda Avropa İttifaqının Kabildə fəaliyyət göstərən əməkdaşları da mövcuddur.

    Brüsseldə keçirilən son görüş isə Avropa İttifaqının miqrasiya siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir və insan hüquqları ilə təhlükəsizlik maraqları arasında balans məsələsi ətrafında müzakirələri daha da gücləndirir.

    #Avropa İttifaqı miqrasiya siyasəti #Əfqanıstan vətəndaşlarının deportasiyası #Taliban nümayəndə heyəti Brüssel görüşü #Brüssel qapalı diplomatik danışıqlar #Aİ geri qaytarma mexanizmi #sığınacaq müraciətlərinin rədd edilməsi #Avropada miqrasiya böhranı #qeyri-qanuni miqrasiya və təhlükəsizlik #insan hüquqları və deportasiya mübahisəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ məhkəməsi Trampın 75 ölkəyə viza qadağasını dayandırdı

    23 Avqust 2026 11:33

    Kolumbiya İsrailə kömür ixracını iki ildən sonra bərpa edir

    23 Avqust 2026 11:25

    Mərkəzi Bank niyə Efiopiya valyutasını xilas edə bilmədi?

    23 Avqust 2026 11:00

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    22 Avqust 2026 22:28

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    22 Avqust 2026 21:46

    ABŞ-nin “iqtisadi terrorunun” ölkədə sabitliyi pozmasına imkan verməyəcəyik - İran

    22 Avqust 2026 21:07

    Kanada ABŞ-yə qarşı cavab tarifləri tətbiq edəcək

    22 Avqust 2026 19:49

    Avropa İttifaqı Serbiyadakı böyük yanğınlara qarşı yardım göndərir

    22 Avqust 2026 19:44

    İran rəsmisi Vaşinqtonla mümkün danışıqlara ehtiyatla yanaşmağa çağırıb

    22 Avqust 2026 18:33

    Aİ daxili işlər nazirləri Sebta miqrasiya böhranını müzakirə edəcək

    4 Avqust 2026 14:48

    İtaliya naziri Şengen zonasını İspaniyaya bağlamağı təklif etdi, Madrid səfiri çağırdı

    31 İyul 2026 14:52

    Seutada miqrasiya böhranı - 49 min nəfər keçdi, 18 nəfər həlak oldu, İspaniya ordunu səfərbər etdi

    31 İyul 2026 14:45
    XƏBƏR LENTİ

    Qətərin tikinti sektoru 2027-ci ildə 6.7% böyüyəcək

    Zərgərlik ev Nur Arida və Corcina Rodrigezi bir araya gətirdi

    Cəfər Cekson şəxsi musiqi karyerasını niyə dayandırdı?

    İran müharibəsi və Müsəlman Qardaşlar: Körfəzdə sosial etimad sınağı

    Diyarbəkirdə 4 min metr dərinlikdən yüksək keyfiyyətli neft çıxarıldı

    Baykar süni intellektlə təchiz edilmiş mini kompüteri təqdim etdi

    ABŞ məhkəməsi Trampın 75 ölkəyə viza qadağasını dayandırdı

    Kolumbiya İsrailə kömür ixracını iki ildən sonra bərpa edir

    Mərkəzi Bank niyə Efiopiya valyutasını xilas edə bilmədi?

    Astanada Kurultaya seçkilər üzrə səsvermə keçirilir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.