#Xarici yardım

Tramp administrasiyası Avropada MAGA yönümlü təşəbbüslərin maliyyələşdirilməsi üçün yeni qrant proqramı hazırlayır. Proqram ABŞ-ın xarici yardım siyasətinin yenidən qurulmasının bir hissəsi hesab olunur. Təkliflərdən biri Avropa İttifaqının rəqəmsal tənzimləmələrinə qarşı fəaliyyət göstərən təşəbbüslərə 2 milyon dollar ayrılmasını nəzərdə tutur. Layihələr söz azadlığı və milli suverenlik kimi mövzulara yönələcək. Məlumat Financial Times qəzetinə istinadən yayılıb. Reuters sənədləri müstəqil şəkildə təsdiqləmədiyini bildirib. Proqramın bəzi hissələri ilə bağlı Dövlət Departamentində müzakirələrin davam etdiyi bildirilir.