BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Dövlət katibi Marko Rubio ABŞ və İran arasında texniki səviyyədə danışıqların gələn həftənin 29 və ya 30 iyun tarixlərində İsveçrədə bərpa olunacağını bildirib.
VOA xəbər verir ki, Rubio bu barədə açıqlamasında danışıqların yenidən İsveçrə formatında keçiriləcəyini ehtimal etdiyini deyib.
Onun sözlərinə görə, texniki qrupun növbəti mərhələsi həmin tarixlərdə baş tuta bilər.
Rubio əlavə edib ki, prosesin məqsədi ABŞ–İran anlaşmasının texniki detallarının razılaşdırılmasıdır.