Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    3 saatda 50 paylaşım - Trampın gecə paylaşımları ABŞ-də niyə müzakirə yaratdı?

    13 May 2026 10:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    3 saatda 50 paylaşım - Trampın gecə paylaşımları ABŞ-də niyə müzakirə yaratdı?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    ABŞ prezidenti Donald Tramp sosial media platformasında ardıcıl paylaşdığı çoxsaylı mesajlarla yenidən diqqət mərkəzinə düşüb.

    VOA xəbər verir ki, Tramp üç saat ərzində 50-dən çox paylaşım edərək siyasi rəqiblərini hədəf alan videolar, süni intellekt vasitəsilə hazırlanmış satirik görüntülər və müxtəlif iddialar yayıb.

    Paylaşımlar Trampın 79 yaşında olması fonunda onun fiziki və psixi sağlamlığı ilə bağlı ictimai müzakirələrin artdığı dövrə təsadüf edib.

    Məlumata görə, Tramp paylaşım etdiyi bəzi materiallarda ABŞ-nin keçmiş prezidenti Barak Obamaı sərt şəkildə tənqid edib. Yenidən paylaşdığı bəzi mesajlarda Obama haqqında “xain” və “şər qüvvə” kimi ifadələr yer alıb. Digər paylaşımlarda isə Trampın siyasi tənqidçilərinə qarşı hüquqi addımlar atılması çağırışları səsləndirilib.

    Paylaşımlarda həmçinin 2020-ci il ABŞ prezident seçkiləri ilə bağlı əvvəllər də irəli sürdüyü saxtakarlıq iddiaları yenidən gündəmə gətirilib. Tramp seçki maşınları vasitəsilə səslərin dəyişdirildiyini iddia edən materialları da paylaşaraq seçkilərin ondan “oğurlandığını” təkrar vurğulayıb.

    ABŞ Federal Təhqiqat Bürosunun keçmiş direktoru Ceyms Komi isə yerli mediaya açıqlamasında Trampın son davranışlarının narahatlıq doğurduğunu bildirib.

    Komi televiziya müsahibəsində “Onun vəziyyəti yaxşı görünmür. Bu siyasi hücum kimi səslənə bilər, amma məncə, o, müəyyən problemlər yaşayır” deyib. O, Trampın gecə saatlarında etdiyi paylaşımları “obsessiv və qəribə davranış” kimi xarakterizə edib.

    Eyni zamanda yayılan sorğu nəticələrinə görə, respondentlərin 59 faizi Trampın ölkəni idarə etmək üçün kifayət qədər zehni qabiliyyətə malik olmadığını düşünür. Sorğuda iştirak edənlərin 55 faizi isə onun fiziki baxımdan da vəzifəyə uyğun olmadığını bildirib.

    Bununla yanaşı, Ağ Ev prezidentin səhhətinin yaxşı olduğunu açıqlayıb və Trampın mayın 26-da Vaşinqton yaxınlığındakı Valter Rid Hərbi Tibb Mərkəzində tibbi müayinədən keçəcəyini bildirib.

    #Donald Tramp #Barak Obama #Ağ Ev açıqlaması #Valter Rid Hərbi Tibb Mərkəzi #ABŞ daxili siyasəti #ABŞ prezident seçkiləri #ABŞ siyasəti #Ceyms Komi #sosial media paylaşımları #2020 seçki iddiaları #Tramp sağlamlığı #ictimai rəy sorğusu #Tramp tənqidləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kanada ABŞ-yə qarşı cavab tarifləri tətbiq edəcək

    22 Avqust 2026 19:49

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    22 Avqust 2026 01:41

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    21 Avqust 2026 22:43

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    21 Avqust 2026 21:34

    ABŞ mühasirəsi İran neftinin Çinə satışını azaldıb, qiymətlər yüksəlib

    21 Avqust 2026 18:14

    Melaniya Tramp uzun fasilədən sonra yenidən ictimaiyyət qarşısına çıxdı

    21 Avqust 2026 12:05

    Əfqanıstan əsilli Aişə Vahab ABŞ Konqresinə seçildi

    21 Avqust 2026 11:21

    Tramp və Netanyahu seçki dilemması ilə üz-üzə - Ziddiyətlər niyə artır?

    21 Avqust 2026 09:00

    Amerikalılar niyə Trampın kriptovalyuta gəlirini qanunsuz hesab edir?

    21 Avqust 2026 06:00

    ABŞ-nin İrana qarşı sanksiya təhdidindən sonra neft bahalaşıb

    20 Avqust 2026 22:35

    İran ABŞ-nin yeni sanksiya təhdidlərini “qanunsuz və qeyri-insani” adlandırıb

    20 Avqust 2026 20:17

    ABŞ-nin iqtisadi təzyiqi nəticə verməyəcək - İran

    20 Avqust 2026 19:36
    XƏBƏR LENTİ

    ABŞ Afrikada neft strategiyasını genişləndirir?

    ABŞ-ın borcu 40 trilyon dollara yaxınlaşır - maliyyələşmə niyə bahalaşdı?

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.