Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Vaşinqton atəşkəs təklifinə cavab gözləyir

    9 May 2026 12:43
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Vaşinqton atəşkəs təklifinə cavab gözləyir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    ABŞ və İran arasında gərginliyin artdığı, eyni zamanda Hörmüz Boğazı ətrafında qarşıdurmaların davam etdiyi bir dövrdə Vaşinqton Tehranın atəşkəs təklifinə verəcəyi cavabı gözləyir.

    VOA xəbər verir ki, Marko Rubio bildirib ki, ABŞ Yaxın Şərqdəki münaqişələrin yumşaldılması məqsədilə irəli sürülən müvəqqəti atəşkəs planına İranın bu gün cavab verməsini gözləyir.

    Onun sözlərinə görə, Pakistanın vasitəçiliyi ilə Tehran-a təqdim edilən memorandum daha geniş və davamlı sülh danışıqlarına yol aça bilər.

    İtaliyanın paytaxtı Romada açıqlama verən Rubio, İranın ciddi və konstruktiv təkliflə prosesə yanaşacağına ümid etdiyini bildirib.

    Diplomatik cəhdlərlə paralel olaraq Hörmüz Boğazında vəziyyət daha da gərginləşib. ABŞ ordusu İran bayrağı altında olan və liman blokadasını pozmağa cəhd etdiyi iddia edilən iki tankerin zərərsizləşdirildiyini açıqlayıb. İran tərəfi isə ABŞ-ni atəşkəsi pozmaqda ittiham edib.

    Abbas Əraqçi Vaşinqtonun diplomatik proseslə paralel olaraq hərbi addımlar atdığını iddia edərək İranın müdafiə imkanlarını, xüsusilə raket potensialını gücləndirdiyini bildirib.

    Donald Tramp isə Ağ Evdə jurnalistlərə açıqlamasında İranla bağlı yaxın zamanda məktub gözlədiyini deyib. O, bölgədəki hərbi aktivliyi “məhdud toqquşmalar” kimi qiymətləndirərək, razılaşma əldə olunmazsa İranın ciddi hərbi və iqtisadi nəticələrlə üzləşəcəyini vurğulayıb.

    ABŞ Maliyyə Nazirliyi İranın hərbi fəaliyyətlərinə dəstək verdiyi iddia edilən Çin və Honq Konq mərkəzli şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edib.

    #İran #ABŞ #Yaxın Şərq #Hörmüz boğazı #ABŞ-İran müharibəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İctimai birliyə zərər vuran hər bir hərəkət qadağandır - Müctəba Xamenei

    28 Avqust 2026 21:40

    İranla maliyyə əlaqələrini davam etdirən banklar cavab verəcək - Skott Bessent

    28 Avqust 2026 21:25

    ABŞ Yaxın Şərqdə 50 mindən çox hərbçi saxlayır

    28 Avqust 2026 21:13

    Livanın cənubunda bir həftədə 1030 mərmi uçuşu qeydə alınıb - BMT

    28 Avqust 2026 20:40

    Vaşinqton və Tehran arasında diplomatik çıxış yolu hələ görünmür

    28 Avqust 2026 20:36

    İran xalqı Minab məktəbinə hücumu heç vaxt unutmayacaq və bağışlamayacaq - Abbas Əraqçi

    28 Avqust 2026 20:32

    Vaşinqton Hörmüz boğazının tamamilə minalardan təmizləndiyini iddia edir

    28 Avqust 2026 20:10

    ABŞ-nin İrana qarşı dəniz mühasirəsi tam qüvvəsi ilə davam edir - Ağ Ev

    28 Avqust 2026 20:06

    ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

    28 Avqust 2026 18:36

    Regional ölkələr İran müharibəsindən çıxış yolunu danışıqlarda görür

    28 Avqust 2026 18:08

    Diplomatiyanı bərpa etmək mümkündür, lakin ABŞ təzyiq siyasətindən əl çəkməlidir - Əraqçi

    28 Avqust 2026 15:10

    İran ABŞ-yə neft xəbərdarlığı etdi: “Biz sata bilmiriksə, heç kim sata bilməyəcək”

    28 Avqust 2026 14:25
    XƏBƏR LENTİ

    Cenin düşərgəsi boşaldılıb və ordu tərəfindən nəzarətə götürülüb - Kats

    İctimai birliyə zərər vuran hər bir hərəkət qadağandır - Müctəba Xamenei

    İranla maliyyə əlaqələrini davam etdirən banklar cavab verəcək - Skott Bessent

    ABŞ Yaxın Şərqdə 50 mindən çox hərbçi saxlayır

    İraq Bağdadda pilotsuz uçuş aparatlarının hazırlanması cəhdinin qarşısını alıb

    Livanın cənubunda bir həftədə 1030 mərmi uçuşu qeydə alınıb - BMT

    Vaşinqton və Tehran arasında diplomatik çıxış yolu hələ görünmür

    İran xalqı Minab məktəbinə hücumu heç vaxt unutmayacaq və bağışlamayacaq - Abbas Əraqçi

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    Vaşinqton Hörmüz boğazının tamamilə minalardan təmizləndiyini iddia edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.