Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İran müharibəni ən azı noyabra qədər davam etdirə bilər - Rufiz Hafizoğlu

    9 Mart 2026 22:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran müharibəni ən azı noyabra qədər davam etdirə bilər - Rufiz Hafizoğlu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA

    SEPAH sözçüsü Əli Məhəmməd Naini İranın ən azı 6 ay intensiv müharibə aparmaq üçün kifayət qədər hərbi resurslarının olduğunu açıqlayıb.

    VOA xəbər verir ki, mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu bildirib ki, ümumiyyətlə, müharibə dövründə bu kimi bəyanatlar vermək olduqca normaldır:

    "Analoji olaraq, ABŞ və İsrail də fərqli bəyanatlar verir və bu, müharibə şəraitində normal qəbul edilməlidir. Əsas məsələ isə müharibənin uzanma müddətidir. Bu gün reallıq göstərir ki, ABŞ və İsrailin İranda başlatdıqları əməliyyatda istədikləri uğuru əldə edə bilməyiblər. Onlar gözləyirdilər ki, bombardmandan sonra İran xalqı küçələrə çıxacaq, Xamenei və rejimin dağılmasını tələb edəcək. Lakin belə bir hal baş verməyib. Dəfələrlə xalqa müraciət olunmasına baxmayaraq, ABŞ və İsrailin çağırışları öz təsirini göstərməyib".

    Rufiz Hafizoğlu qeyd edib ki, buna görə də müharibənin noyabra qədər davam etmə ehtimalı olduqca yüksəkdir və əməliyyatların istənilən effekti verməməsi bu ehtimalı artır.

    "Baş verən hadisələrin fonunda ABŞ dəfələrlə İraqda və İranda olan kürdləri rejimə qarşı birləşməyə və silahlı müqavimət göstərməyə çağırıb, hətta hər cür silah dəstəyi vəd olunub. Bu isə fərqli bir vəziyyət yaradır və ölkədə ABŞ və İsrail tərəfindən təşviq olunan vətəndaş müharibəsinə gətirib çıxara bilər", - deyə o qeyd edib.

    R.Hafizoğlu vurğulayıb ki, vətəndaş müharibəsi vəziyyətində ən çox zərər çəkənlər İran türkləri, yəni Azərbaycan soydaşlarımız ola bilər.

    "Digər tərəfdən, İran rejimi acı bir həqiqətlə üz-üzədir ki, bu həqiqəti məhz öz siyasəti və idarəçilik səhvləri gətirib çıxarıb. Dolayısıyla, müharibənin uzanma ehtimalı mövcuddur", - deyə o bildirib.

    Sonda ekspert qeyd edib ki, Azərbaycan heç bir halda müharibədən tərəf deyil:

    "Açıq şəkildə vurğulanır ki, bölgədə sülh və stabilliyin qorunması Azərbaycanın maraqlarına xidmət edir və ölkə bunu hər zaman bəyan edib".

    Nigar Yahyazadə

    #Rufiz Hafizoğlu #Yaxın Şərq münaqişəsi #Regional təhlükəsizlik #İran müharibəsi #SEPAH açıqlaması #ABŞ İsrail İran qarşıdurması #İran hərbi resursları #müharibənin uzanması #İran daxili vəziyyəti #geosiyasi risklər #İranın altı ay müharibə aparmaq imkanları #Rufiz Hafizoğlunun Yaxın Şərq müharibəsi ilə bağlı analizi #ABŞ və İsrailin İranda əməliyyatlarının nəticələri #İran müharibəsinin noyabra qədər davam etmə ehtimalı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qətər və Səudiyyə Ərəbistanı dəniz təhlükəsizliyinə çağırış edib

    20 Avqust 2026 09:24

    İran və İraq yeni mərhələnin astanasındadır - Qalibaf

    19 Avqust 2026 13:50

    ABŞ-İran anlaşması müharibənin həlli üçün hələ də əhəmiyyət daşıyır

    17 Avqust 2026 20:17

    ABŞ Tomahawk raketlərinin istehsalını artırmaq üçün 22,9 milyard dollarlıq müqavilə bağladı

    17 Avqust 2026 20:07

    İran ABŞ-la İnqilab Keşikçiləri arasında danışıqlar aparıldığını inkar edib

    17 Avqust 2026 18:57

    60 günlük müddət başa çatdıqdan sonra ABŞ və İranı nə gözləyir?

    17 Avqust 2026 18:53

    İran 200-dən çox düşmən təyyarəsinin vurulduğunu iddia edib

    17 Avqust 2026 18:25

    İran müharibəsi ABŞ Hərbi Dəniz Qüvvələrini gərginlik altında saxlayır

    16 Avqust 2026 14:00

    Ukraynadan İrana qədər - Müasir müharibələrin niyə qalibi yoxdu?

    16 Avqust 2026 06:00

    ABŞ ucuz alternativlər fonunda Patriot raketlərini yenidən dizayn edir

    15 Avqust 2026 13:52

    HƏMAS seçkilərə qayıdır? Təşkilatın qarşısında hansı siyasi ssenari var?

    15 Avqust 2026 10:06

    ABŞ-da inflyasiya qorxusu istehlakçı inamını aşağı salıb

    14 Avqust 2026 20:25
    XƏBƏR LENTİ

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.