#geosiyasi risklər

İsrail Mərkəzi Bankı xarici valyuta bazarına müdaxilə etməyə tələsmədiyini açıqlayıb. Qurumun sədr müavini Endryu Abir bildirib ki, güclənən şekel inflyasiyanın nəzarətdə saxlanılmasına kömək edir. O, eyni zamanda bazarların geosiyasi vəziyyətlə bağlı həddindən artıq nikbin davrandığını vurğulayıb. Dollar/şekel məzənnəsi hazırda 1993-cü ildən bəri ən aşağı səviyyələrdən birində qərarlaşıb.

Türkiyədə qlobal iqtisadi dəyişikliklərin müzakirə olunduğu “Yüksələn Türkiyə Zirvələri” rəsmi şəkildə fəaliyyətə başlayıb. Kanal 7 Media Qrupu tərəfindən təşkil olunan tədbirin ilk paneli Maliyyə naziri Mehmet Şimşekin iştirakı ilə Fatih Sultan Mehmet Vəqf Universitetində keçirilib. Açılış çıxışını qurumun rəhbəri Zəkəriyyə Karaman edib.

Müasir iş dünyasında qərar qəbul etmə otaqlarında artıq "qarşıdakı fürsətlər nələrdir?" sualı deyil, "bizi qəfil vura biləcək risklər hansılardır?" sualı hakimdir. Bir zamanlar fürsətlər qapısı açan "qloballaşma" anlayışı, bu gün transmilli şirkətlərin "Axilles dabanı"na çevrilib. "Wall Street" və Silikon Vadisinin nəhəngləri artıq sadəcə texnoloji inkişafdan deyil, hərbi əməliyyat otaqlarını xatırladan bir gərginliklə siyasi xəritələrdəki dəyişikliklərdən danışırlar.

SEPAH sözçüsü Əli Məhəmməd Naini İranın ən azı 6 ay intensiv müharibə aparmaq üçün kifayət qədər hərbi resurslarının olduğunu açıqlayıb. Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu bildirib ki, ümumiyyətlə, müharibə dövründə bu kimi bəyanatlar vermək olduqca normaldır: "Analoji olaraq, ABŞ və İsrail də fərqli bəyanatlar verir və bu, müharibə şəraitində normal qəbul edilməlidir. Əsas məsələ isə müharibənin uzanma müddətidir. Bu gün reallıq göstərir ki, ABŞ və İsrailin İranda başlatdıqları əməliyyatda istədikləri uğuru əldə edə bilməyiblər. Onlar gözləyirdilər ki, bombardmandan sonra İran xalqı küçələrə çıxacaq, Xamenei və rejimin dağılmasını tələb edəcək. Lakin belə bir hal baş verməyib. Dəfələrlə xalqa müraciət olunmasına baxmayaraq, ABŞ və İsrailin çağırışları öz təsirini göstərməyib".