BAKI, VOA
ABŞ Prezidenti Donald Tramp İrana qarşı davam edən hərbi kampaniya ilə bağlı yeni və kəskin bəyanatlar verib. Tramp əməliyyatın gedişatından məmnun olduğunu və əsas zərbənin hələ qarşıda durduğunu vurğulayıb.
"Biz onları çox güclü vurmaq üzrəyik və əməliyyat çox yaxşı irəliləyir. Lakin böyük hücum dalğası hələ baş verməyib, o, tezliklə gələcək.Əməliyyatın çox uzun sürməsini istəmirəm. Hesab edirdim ki, bu, 4 həftə çəkəcək, lakin biz plandan daha sürətli hərəkət edirik."-deyə o bildirib.
Tramp İran əhalisinə müraciə edərək , "İranlıların öz evlərində qalmasını istədiyini, lakin, hazırda İranda vəziyyət təhlükəsiz olmadığını bildirib.
"İranın ərəb ölkələrinə hücumları bizi təəccübləndirdi. Onlara bu hücumları dəf etmək iqtidarında olduğumuzu dedik. Onlar döyüşmək istəyirdilər və indi döyüşdə iştirak edirlər. İranlıların mehmanxanalara və yaşayış binalarına atəş açması ərəb liderlərini qəzəbləndirib.İranda rəhbərliyin kim olduğunu və kimi seçəcəklərini bilmirik. Bəlkə bəxtləri gətirər və nə etdiyini bilən birini seçərlər."-deyə o qeyd edib.