#İran ABŞ gərginliyi

Hörmüz boğazından keçən gəmi naməlum mərminin zərbəsinə məruz qalıb, nəticədə mühərrik bölməsinə zərər dəyib və ekipaj üzvlərindən biri xəsarət alıb. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları (UKMTO) bildirib ki, hadisə gəmi boğazdan çıxarkən baş verib. Digər ekipaj üzvlərinə Oman Sahil Mühafizəsi tərəfindən yardım göstərilib.

ABŞ ordusu Qətərin paytaxtı Doha yaxınlığında yerləşən El-Udeyd Hava Bazasından yüzlərlə amerikalı hərbçini təxliyə edib. Nəşrin ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadla bildirdiyinə görə, təxliyə prosesi mərhələli şəkildə həyata keçirilib. Eyni zamanda, ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının yerləşdiyi Bəhreyndəki bazalardan da müəyyən sayda şəxsi heyətin çıxarıldığı qeyd olunur.