#ABŞ İran danışıqları

ABŞ və İran daha əvvəl əldə olunan 60 günlük atəşkəsin uzadılması barədə razılığa gəlib. Məlumatı Pakistan hökuməti mənbələri yayıb. Razılaşmanın İslamabad Mutabakatı çərçivəsində əldə edildiyi və tərəflərə yekun sülh sazişi üzrə danışıqları davam etdirmək üçün əlavə vaxt verəcəyi bildirilir. 60 günlük müddətin gələn həftə başa çatacağı və atəşkəsin uzadılmasının ABŞ-İran arasında daha geniş diplomatik razılaşmanın əldə olunmasına imkan yaradacağı qeyd edilir.

Yaxın Şərqdə dəyişən geosiyasi reallıqlar fonunda kiçik Körfəz dövləti olan Qətər beynəlxalq münaqişələrin həlli və sülh danışıqlarında mühüm vasitəçi kimi özünəməxsus mövqe qazanıb. ABŞ-ın keçmiş diplomatı və siyasi elmlər professoru Uilyam Lourensin fikrincə, Qətər diplomatik hazırlığa yatırımlar, genişlənən beynəlxalq əlaqələr şəbəkəsi, ABŞ ilə strateji tərəfdaşlıq və həm dövlət, həm də qeyri-dövlət aktorları ilə açıq dialoq imkanlarını qorumaq siyasəti sayəsində qlobal vasitəçilikdə önəmli rol əldə edib.

İraqın baş nazir vəzifəsini icra edən Əli Faleh Əz-Zeydi İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı zamanı İraqın Tehran və Vaşinqton arasında vasitəçilik rolunu oynaya biləcəyini bildirib. İraq hökumətinin yaydığı məlumata görə, tərəflər arasında çərşənbə axşamı baş tutan telefon danışığında regional böhranların həlli və diplomatik dialoqun gücləndirilməsi məsələləri müzakirə olunub.

ABŞ və İran arasında “son şans” kimi qiymətləndirilən danışıqlar ərəfəsində hər iki tərəfin masaya hansı güc rıçaqları ilə oturduğu sualı münaqişənin gələcək taleyini müəyyən edən əsas amilə çevrilib. Mövcud vəziyyət göstərir ki, tərəflər yalnız diplomatik arqumentlərlə deyil, paralel şəkildə hərbi, iqtisadi və geosiyasi alətlərdən istifadə edərək danışıqlara təzyiq mühiti yaradır.

ABŞ və İran arasında gözlənilən silsilə görüşlər öncəsi Tehran rəsmi mövqeyini və şərtlərini dəqiqləşdirib. Şərtli danışıqlar: İran nümayəndə heyəti əvvəlcə ABŞ-ın öhdəliklərini necə yerinə yetirdiyini və Vaşinqtonun real mövqeyini qiymətləndirəcək. Yalnız bundan sonra rəsmi danışıqların gələcək formatı barədə qərar veriləcək.

ABŞ ordusu Qətərin paytaxtı Doha yaxınlığında yerləşən El-Udeyd Hava Bazasından yüzlərlə amerikalı hərbçini təxliyə edib. Nəşrin ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadla bildirdiyinə görə, təxliyə prosesi mərhələli şəkildə həyata keçirilib. Eyni zamanda, ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının yerləşdiyi Bəhreyndəki bazalardan da müəyyən sayda şəxsi heyətin çıxarıldığı qeyd olunur.