Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    ABŞ, İsrail və Avropa ilə genişmiqyaslı müharibə şəraitindəyik - Pezeşkian

    27 Dekabr 2025 22:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ, İsrail və Avropa ilə genişmiqyaslı müharibə şəraitindəyik - Pezeşkian
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İran hazırda ABŞ, İsrail və Avropa ölkələri ilə “genişmiqyaslı müharibə” vəziyyətindədir.

    AzerVoice xəbər verir ki, bu barədə İranın “Əl-Aləm” televiziya kanalı məlumat yayıb.

    Prezidentin sözlərinə görə, qeyd olunan tərəflər İranın inkişaf etməsini istəmir və ölkəyə qarşı müxtəlif istiqamətlərdən təzyiq siyasəti yürüdür. Pezeşkian vurğulayıb ki, İsrail İrana qarşı həyata keçirdiyi hücumların ölkədə siyasi sistemin dağılmasına gətirib çıxaracağını düşünürdü, lakin bu gözləntilər doğrulmayıb.

    İran Prezidenti əlavə edib ki, ölkə mövcud təzyiqlərə və sanksiyalara baxmayaraq vəziyyəti nəzarətdə saxlaya bilib və bu mərhələdən də çıxmaq gücünə malikdir. Onun sözlərinə görə, İran ordusu İsrail ilə baş vermiş qarşıdurmadan əvvəlki dövrlə müqayisədə hazırda daha güclü vəziyyətdədir.

    Pezeşkian qeyd edib ki, əgər İsrail və ABŞ tərəfindən yeni hücumlar həyata keçirilərsə, İran buna daha sərt cavab verəcək və qarşı tərəfə “daha ağır dərs” verəcək.

    Xatırladaq ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İran tərəfindən atılacaq hər hansı addım sərt cavabla qarşılanacaq. Netanyahu eyni zamanda İsrailin İranla açıq müharibə axtarışında olmadığını, lakin Tehranın hərbi manevrlərini diqqətlə izlədiklərini qeyd edib.

    Xatırladaq ki, iyunda İsrail İran ərazisinə hücum edərək bir sıra yüksək rütbəli hərbi komandiri və nüvə alimlərini hədəfə almışdı. 12 gün davam edən qarşıdurmanın son mərhələsində ABŞ də prosesə qoşularaq İranın əsas nüvə obyektlərini bunkeri deşən partlayıcılarla bombalamışdı.

    #İran ordusu #İran Cumhurbaşkanı: ABD ve İsrail ile kapsamlı savaş halindeyiz #Tahran’dan Washington ve Tel Aviv’e sert mesaj #Pezeşkian: Yeni saldırılar daha ağır karşılık bulur #İran-İsrail gerilimi yeniden tırmanıyor #İran ordusunun gücü arttı açıklaması #İran Prezidenti: ABŞ və İsrail ilə genişmiqyaslı qarşıdurmadayıq #Tehran Vaşinqton və Təl-Əvivə xəbərdarlıq etdi #Pezeşkian: Yeni hücumlar daha sərt cavabla qarşılanacaq #İran rəhbərliyi Qərbə qarşı müharibə ritorikasını gücləndirir #İsrail–İran gərginliyi: Tehran genişmiqyaslı müharibə mesajı verdi #İran İsrail gərginliyi #ABŞ–İran münasibətləri #Yaxın Şərq təhlükəsizliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Netanyahu ABŞ səfərinə görünməmiş təhlükəsizlik tədbirləri ilə yollanıb

    28 İyul 2026 10:03

    İranın hər qarışını müdafiə edəcəyik - Məsud Pezeşkian

    14 İyul 2026 22:35

    ABŞ zərbələri nəticəsində səkkiz İran hərbçisinin öldüyü bildirilir

    8 İyul 2026 21:51

    Tramp İrana qarşı yeni hücumdan niyə imtina etdi? – Ağ evdəki müzakirələrin təfərrüatları açıqlanıb

    1 İyul 2026 12:24

    Trampdan İranla bağlı yeni bəyanat: “Ən yüksək səviyyəli nüvə nəzarətinə razılıq verilib”

    23 İyun 2026 16:39

    İranın yüksək hərbi rəsmisi: İran heç vaxt nüvə silahı axtarmayacaq

    12 İyun 2026 21:20

    Tramp: Hörmüz boğazına heç bir tərəf nəzarət etməyəcək

    27 May 2026 22:23

    Tramp: İran uranı təhvil versə belə sanksiya yumşaldılması olmayacaq

    27 May 2026 22:03

    Rubio: İranla bağlı müəyyən irəliləyiş var, lakin yaxın günlər həlledici olacaq

    27 May 2026 21:59

    Trampın İran strategiyası iki istiqamətdə davam edir

    27 May 2026 21:13

    Tramp: Tehran mənim mövqeyimin zəifləyəcəyini düşünürdü

    27 May 2026 20:59

    Tramp: “İranla bağlı hələ razı deyilik, amma razılaşma olacaq”

    27 May 2026 20:55
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 1 Avqust

    BMT Baş katibi HƏMAS-la bağlı razılaşmanı müsbət qiymətləndirib

    Ağ Ev FIFA Dünya Çempionatı ilə bağlı təhlükəsizlik nəticələrini açıqlayıb

    Perunun yeni xarici işlər naziri ABŞ ilə münasibətlərin gücləndiriləcəyini bildirib

    İsrailin pilotsuz uçuş aparatının zərbəsi nəticəsində Deyr əl-Bələhdə bir neçə nəfər yaralanıb

    Hörmüz boğazı açıqdır, İran ona nəzarət etmir - ABŞ

    NXP şirkəti Ambarella-nı satın almaq üçün danışıqlar aparır

    İranın aktivlərini bütün dünyada axtarırıq - Skott Bessent

    Netanyahunun siyasəti İsraildə yenidən tənqid hədəfinə çevrilib

    HƏMAS-ın silahsızlanması mühüm dönüş nöqtəsidir - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.