İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın İsrailə göstərdiyi hərbi və maliyyə yardımının mərhələli şəkildə dayandırılmasının vaxtının çatdığını bildirib. Netanyahu ABŞ-ın CBS televiziya kanalında yayımlanan “60 Minutes” proqramına müsahibəsində İsrail iqtisadiyyatının gücləndiyini və artıq yardım modelindən strateji tərəfdaşlıq modelinə keçmək istədiklərini bəyan edib.
#İran İsrail gərginliyi
Israil ictimaiyyətində aparılan sorğu nəticələrinə görə, respondentlərin təxminən üçdə ikisi ölkələrinin yaxın vaxtlarda İran ilə yenidən müharibəyə başlayacağını düşünür. Sorğu Maariv qəzetinin həftəlik ictimai rəy araşdırması çərçivəsində, Lazar Research Institute tərəfindən keçirilib və nəticələri cümə günü dərc olunub.
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İran hazırda ABŞ, İsrail və Avropa ölkələri ilə “genişmiqyaslı müharibə” vəziyyətindədir. Bu barədə İranın “Əl-Aləm” televiziya kanalı məlumat yayıb. Prezidentin sözlərinə görə, qeyd olunan tərəflər İranın inkişaf etməsini istəmir və ölkəyə qarşı müxtəlif istiqamətlərdən təzyiq siyasəti yürüdür. Pezeşkian vurğulayıb ki, İsrail İrana qarşı həyata keçirdiyi hücumların ölkədə siyasi sistemin dağılmasına gətirib çıxaracağını düşünürdü, lakin bu gözləntilər doğrulmayıb.