Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Tacikistan-Əfqanıstan sərhədində terror cəhdi dəf edilib, iki sərhədçi həlak olub

    25 Dekabr 2025 13:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tacikistan-Əfqanıstan sərhədində terror cəhdi dəf edilib, iki sərhədçi həlak olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice,Fərid Mikayılov

    Tacikistan-Əfqanıstan sərhədində silahlı terror qrupunun dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb. Hadisə nəticəsində üç terrorçu zərərsizləşdirilib, iki tacik sərhədçisi həlak olub.

    AzerVoice xəbər verir ki, Tacikistan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarının Mətbuat Mərkəzinin yaydığı məlumata görə, hadisə 23 dekabr 2025-ci il tarixində saat 23:30 radələrində Şəmsiddin Şohin rayonunun Kavok ərazisində, “Bağ” adlı 5 saylı sərhəd zastavasının mühafizə zonasında baş verib.

    Məlumata əsasən, üç nəfər terror təşkilatı üzvü Əfqanıstan ərazisindən Tacikistan Respublikasının dövlət sərhədini qanunsuz keçib. Operativ-axtarış tədbirləri nəticəsində terrorçuların gizləndiyi yer 24 dekabr saat 11:15-də müəyyən edilib.

    Tacikistan sərhədçilərinin təslim ol çağırışına tabe olmayan terrorçular silahlı müqavimət göstərərək sərhəd zastavalarından birinə hücum etməyi planlaşdırıblar. Baş verən silahlı toqquşma zamanı hər üç terrorçu zərərsizləşdirilib.

    Əməliyyat zamanı hadisə yerindən M-16 tipli odlu silah, Kalaşnikov avtomatı, xarici istehsal olan səsboğucu ilə təchiz edilmiş üç tapança, 10 ədəd əl qumbarası, gecəgörmə cihazı, partlayıcı maddələr və müxtəlif hərbi sursatlar müsadirə olunub.

    Toqquşma zamanı Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarının iki hərbi qulluqçusu – Navruzbekov Zirehbon Nağizbekoviç və Qurbanov İsmətullo Qulamoviç həlak olub.

    Rəsmi açıqlamada qeyd olunur ki, bu, son bir ay ərzində Əfqanıstandan Tacikistan ərazisinə yönəlmiş üçüncü silahlı hücum və terror cəhdidir. Bildirilib ki, bu hallar nəticəsində həm mülki şəxslər, həm də hərbi qulluqçular həyatlarını itiriblər.

    Tacikistan tərəfi bəyan edib ki, bu faktlar Əfqanıstanda fəaliyyət göstərən Taliban hakimiyyətinin beynəlxalq öhdəliklərini yerinə yetirmədiyini, sərhəd təhlükəsizliyi və terrorla mübarizə sahəsində ciddi məsuliyyətsizlik nümayiş etdirdiyini göstərir.

    Bəyanatda Tacikistan Sərhəd Qoşunlarının dövlət sərhədinin təhlükəsizliyini təmin etmək üçün tam fiziki və döyüş qabiliyyətinə malik olduğu vurğulanıb və bildirilib ki, sərhədçilər bundan sonra da terrorçu qruplara, qaçaqmalçılara və sərhəd pozuntularına qarşı qətiyyətlə cavab verəcəklər.

    Hazırda sərhəddə vəziyyətin sabit olduğu, hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilib.

    #Əfqanıstan #Tacikistan #Taliban #Taliban hökuməti #Terror hücumu #Tacikistan sərhədi #Əfqanıstan–Tacikistan sərhədi #silahlı toqquşma #Tacikistan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tacikistan İrandan 2,55 milyon ton neft və yanacaq almaq istəyir

    20 Avqust 2026 18:12

    Azərbaycan Əfqanıstanı təbrik edib

    19 Avqust 2026 10:35

    Taliban və Əş-Şəraa təcrübəsi - İntiqam və diplomatiya arasındakı strateji fərq

    16 Avqust 2026 09:30

    Talibanın hakimiyyətə qayıdışından 5 il ötür: Əfqanıstanda silahlı müxalifət niyə güclənə bilmir?

    15 Avqust 2026 17:30

    Bəlxdən Konyaya uzanan mənəvi işıq: Mövlana Cəlaləddin Ruminin həyatı və irsi

    9 Avqust 2026 07:15

    Azərbaycan ÜST-nin regional tədbirində "Ən yaxşı poster" mükafatına layiq görülüb

    27 İyul 2026 18:16

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    22 İyul 2026 14:33

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    20 İyul 2026 22:28

    Müasir Qətərin memarı Şeyx Həməd bin Xəlifə Al Sani kimdir?

    16 İyul 2026 02:00

    Tarixdə bu gün - 16 İyul

    16 İyul 2026 00:01

    NATO-nun 5-ci maddəsi nədir?

    7 İyul 2026 18:24

    İsraildə Tacikistan vətəndaşı İrana casusluqda ittiham olunur

    6 İyul 2026 18:58
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.