#silahlı toqquşma

İranın Pakistanla sərhədində ölkə ərazisinə daxil olmağa çalışan silahlı qrupla sərhəd mühafizəçiləri arasında toqquşma baş verib. Sistan və Bəluçistan Sərhəd Mühafizəçiləri Komandanı Rza Şəcai hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, Sistan və Bəluçistan əyalətinin Səravan şəhəri yaxınlığında İran–Pakistan sərhəd xəttində sərhədçilərlə “İran ərazisinə girməyə cəhd edən terrorçular” arasında silahlı qarşıdurma yaşanıb. Şəcai toqquşma zamanı silahlı qrupun ağır itkilər verdiyini, qaçan şəxslərin isə hadisə yerində çoxlu sayda silah və sursat qoyub getdiyini qeyd edib.

Tacikistan-Əfqanıstan sərhədində silahlı terror qrupunun dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb. Hadisə nəticəsində üç terrorçu zərərsizləşdirilib, iki tacik sərhədçisi həlak olub. Tacikistan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarının Mətbuat Mərkəzinin yaydığı məlumata görə, hadisə 23 dekabr 2025-ci il tarixində saat 23:30 radələrində Şəmsiddin Şohin rayonunun Kavok ərazisində, “Bağ” adlı 5 saylı sərhəd zastavasının mühafizə zonasında baş verib.